Qazaxıstan öz neftinin nəqli üçün Azərbaycanın boru kəmərləri sistemini öyrənir
Qazaxıstan ortamüddətli perspektivdə karbohidrogen ehtiyatlarının gözlənilən artımı ilə əlaqədar yeni neft ixracı marşrutlarını öyrənir.
Bunu Qazaxıstanın energetika naziri Kanat Bozumbayev “İnterfaks-Qazaxıstan” agentliyinə bildirib.
Nazirin sözlərinə görə, yeni marşrutlar Qazaxıstana 2023-2024-cü ildən tez lazım olmayacaq. Baxılan variantlardan biri Azərbaycan ərazisindən keçən boru kəmərləri və dəmir yolu daşımalarıdır. K.Bozumbayev deyib: “Biz hələ yalnız proqnoz balansını hesablamalıyıq - nə qədər hasil edəcəyik, haraya ixrac edəcəyik, Azərbaycan tərəfi hansı imkanlara malikdir. Gələcəkdə hansı tariflər ola bilər, onlar rəqabətlidirmi”. O əlavə edib ki, Azərbaycan karbohidrogenlərin nəqli üçün bir neçə variant təklif edə bilər. “Orada çox imkanlar var. Bakı-Supsa (Batumi limanınadək boru kəməri), Bakı-Tbilisi-Ceyhan (Türkiyənin Ceyhan limanınadək boru xətti), daha sonra dəmir yolu vasitəsilə bizim aşırma limanına nəql oluna bilər. İmkanlar çoxdur, məsələ tariflərin rəqabətqabiliyyətliliyindədir”, - deyə Kanat Bozumbayev sonda bildirib.
Dekabrda Bakı və Astana Qazaxıstan neft-qazının nəqli məsələləri üzrə iki işçi qrupunun yaradılması barədə razılığa gəliblər. Bundan əvvəl K.Bozumbayev qeyd etmişdi ki, işçi qrupu Qazaxıstan neftinin Azərbaycan vasitəsilə dünya bazarlarına nəqlinin rəqabətqabiliyyətliliyini öyrənəcək.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
8 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
16 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
16 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
17 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 18 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI





















