Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Şirkətlərin media aktivliyinin reytinqi hesablanıb - İLK 3-LÜKLƏR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Şirkətlərin media aktivliyinin reytinqi hesablanıb - İLK 3-LÜKLƏR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

MEDİA MONİTORINQİN NƏTİCƏLƏRİNƏ DAİR AYLIQ HESABAT


 

Reklam_3_11

“Media Consulting and Services”  01-31 Dekabr 2017-ci il dövrü üzrə məlumatların ilkin hesabatını başa çatdırıb. Medianın əhatəsinə daxil olan məlumatlar media qrupu tərəfindən kəmiyyət, keyfiyyət, xarakter (tonallıq) və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media aktivliyinin reytinqi hesablanıb.

 

Şirkətin məlumatında qeyd edilir ki, media monitorinq qrupu  10 Televiziya, 55  çap  və  550 on-line media daxil olmaqla  615-dən çox mənbəni, eyni zamanda sosial şəbəkələri izləyir. Monitorinq qrupu 22 sektorun, o cümlədən Enerji-yanacaq, İKT, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır. 

 

Məşhur 5 sektorda ad hallanması üzrə məlumatların ümumi dinamikası aşağıdakı kimidir:  

 

1. Banklar 27890

2. Universitetlər 15174

3. Mobil Rabitə 2321

4. Sığorta şirkətləri 1443

5. Otellər 863

 

Aparıcı 5 sektor üzrə adı mediada ən çox hallanan qurumları təqdim edirik:

 

Banklar: 27890  ədəd ad hallanan yazı

 

1.ABB -1753

2.Dəmir Bank -1444

3.Kapital Bank - 969

 

Bankların media aktivliyi dekabr ayında noyabr ayı ilə müqayisədə  daha çox olub. Belə ki, 2017-cı ilin noyabr ayında  25059 bank adı hallanan yazı müşahidə edilib. Hesabat ayında əvvəlki aylardan fərqli olaraq Dəmir Bankın adının kəskin hallanmasını qeyd edə bilərik. Dəmir Bank haqqında dərc olunan məlumatların əksəriyyəti bankın lisenziyasının ləğv edilməsi  ətrafında cərəyan edir.  Hesabat dövründə bank sektorunun əsas mövzuları bankların bağlanması (və ya bağlanacağı), əmanətlərin və kreditlərin qaytarılmaması ilə bağlıdı.

 

Universitetlər: 15174  ədəd ad hallanan yazı

 

  1. BDU - 1601

  2. UNEC - 1130

  3. BANM- 929

 

Qeyd edək ki, hazırda 22 universitet və ya ali məktəbin ölkə mediasında yer alan məlumatlarının statistikasını aparırıq.

 

Mobil Rabitə: 2321  ədəd ad hallanan yazı

 

1.Azercell -1047

2.Nar Mobile - 664

3.Bakcell - 610

 

Dekabr ayında bank sektorunda müşahidə edilən tendensiyanın oxşarı  mobil rabitə sektorunda da baş verib. Cari hesabat ayında mobil rabitə şirkətlərinin  media aktivliyi noyabr ayı ilə müqayisədə çox olub.  Belə ki, 2017-ci ilin noyabr ayında 1435 mobil rabitə şirkətlərinin adı çəkilən yazı monitorinqin əhatəsinə düşüb. Cari hesabat dövründə mobil rabitə sektorunun əsas mövzusu BakuTel-2017 olub. Məlumatların əvvəlki ayla müqayisədə sayının daha çox olmasını şərtləndirən amil də məhz BakuTel-2017-dir.

 

Sığorta şirkətləri:  1443 ədəd ad hallanan yazı

 

1.Azərsığorta - 136

2.Paşa sığorta -121

3.Azsığorta – 115

 

İlin yekun ayı olduğunu nəzərə alaraq şirkətlər adətən dekabrda mediada daha aktiv olmağa çalışırlar. Amma maraqlıdır ki, şığorta sektorunda əksinə dekabr ayı ilə müqayisədə noyabrda məlumatlar daha çox olub. Belə ki, 2017-ci ilin noyabr ayında sığorta şirkətləri haqqında ölkə mətbuatında  1563 yazı yer alıb. Bütövlükdə sığorta şirkətlərinin media passivliyi başa düşülən deyil. İri həcmli bank kreditləri dayandırıldığı üçün sığorta şirkətləri əmlak sığortasından məhrum olub. Yeni avtomobilllərin bahalaşması və onların kredit şərtlərinin sərtləşdirilməsi nəticəsində bu seqmentdə işləyən sığorta şirkətlərinə ciddi zərbə dəyib. 2018-ci ilin yanvarında  avtomobillərin idxal və aksiz rüsumlarının qaldırılması bu seqmentdə mübarizə aparan sığorta şirkətlərinin işlərini bir az da çətinləşdirəcək.  Kredit bazarı, deməli girov qoyulan əmlakın sığortası da yaxın vaxtda bərpa olunmayacaq. Buna baxmayaraq sığorta şirkətlərinin öz xidmətlərini diversifikasiya etmək təşəbbüsləri mediada gözə dəymir.

 

Otellər: 863 ədəd ad hallanan yazı

1. Hilton Baku - 265

2. Excelsior Baku - 171

3. Fairmont Baku - 100

"Cari hesabat dövründə Hilton Baku haqqında dərc olunan məlumatların kəskin artması bu ayda iki məşhurun, - Braziliya futbolçusu Dani Alveş  və  100 kiloqram çəki atması ilə gündəmə gələn Faruk Sabancı Yeni il bayramını bu oteldə qeyd edəcəyinə dair məlumatlar mediada dərc edilib. Hesabat dövründə otelçilik sektorunda əsas mövzu yeni il proqramları olub. Qeyd edək ki, hazırda 21 otelin monitorinqini aparırıq. Məlumatların sayından göründüyü kimi bu sektor çox passivdir və demək olar ki, onlar yerli media ilə işləməyə həvəs göstərmir. Bunu şərtləndirən amillərdən biri onların əsas müştərilərinin əcnəbilərin olması göstərilə bilər",- Media Consulting and Services-in məlumatında deyilir.

 

2017-ci ilin Dekabr ayının statistikasından göründüyü kimi, banklar arasında Azərbaycan Beynəlxalq Bankı, ali məktəblər arasında BDU, mobil rabitə şirkətləri arasında Azercell, sığorta şirkətləri arasında Azərsığorta, otel və biznes mərkəzləri arasında  Hilton Baku  haqqında daha çox ad hallanması olub.

 

Qeyd edək ki, nəticələr  www.mcs.az  və facebook səhifəsində  də yerləşdirilib:

https://www.facebook.com/MediaConsultingServices/

 

Əlavə etmək istərdik ki, elan olunan statistika  ilkin nəticələrdir və yalnız say göstəricilərini ifadə edir. Media Consulting and Services  reklam haqqında qanunvericiliyi və biznes etikasını nəzərə alaraq qurumlar haqqında dərc olunan məlumatların keyfiyyət və tonallıq  (pozitiv, neytral və neqativ) üzrə statistikasını mətbuata açıqlamır. Ətraflı məlumat əldə etmək və media monitorinq qrupu tərəfindən hazırlanan geniş hesabata abunə olmaq  istəyən şəxslər  [email protected] ünvanına və 012-5678461 telefon nömrəsinə müraciət edə bilərlər.  

08.01.2018 06:54

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ