DYP sürücü və avtomobil sahiblərinə müraciət edib
Nəqliyyat vasitələrinin istifadəçiləri barədə məlumatların verilməsi ilə bağlı Baş DYP İdarəsi hüquqi və fiziki şəxslərə müraciət edib.
İdarədən verilən məlumata görə, son vaxtlar ayrı-ayrı internet saytlarında, sosial şəbəkələrdə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilərək elektron qaydada tərtib edilən inzibati xəta haqqında protokollar üzrə cərimə məbləğlərinin banklarda qəbul edilməməsi, yaxud müxtəlif vaxtlarda törədilən qayda pozuntularına görə bir neçə protokol üzrə qərarların bir gündə çıxarılması səbəbindən ödənişdə çətinliklərlə üzləşmələri barədə bəzi sürücülər tərəfindən müxtəlif fikirlər səslənir.
Bununla əlaqədar DİN Baş DYP İdarəsi bir daha nəqliyyat vasitəsi sahiblərinin diqqətinə çatdırır ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən nəqliyyat vasitəsini dövlət qeydiyyatından, həmçinin təkrar dövlət qeydiyyatından keçirərkən fiziki şəxslər qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsini və olduğu halda elektron ünvanını və sürücülük vəsiqəsinin nömrəsini, hüquqi şəxslər isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin müvafiq məlumatlarını dövlət qeydiyyatını həyata keçirən orqana verməli və həmin məlumatlar dəyişdikdə onları bir gün ərzində yeniləməlidirlər:
"Əfsuslar olsun ki, bəzi hüquqi və fiziki şəxslər həmin məlumatları vaxtında yeniləmədikləri üçün barələrində elektron qaydada tərtib edilmiş sənədlərin poçt tərəfindən rəsmi qaydada ünvana çatdırılması və həmin protokollar üzrə qərarların çıxarılması mümkün olmur. Belə protokollar yalnız nəqliyyat vasitələri istifadə olunan zaman saxlanıldıqda müvafiq sənədlər rəsmi qaydada sürücülərə təqdim edilir və həmin sənədlər eyni vaxtda verildiyi üçün eyni gündə də qərarlar qəbul edilir. Aydın məsələdir ki, bu halda da daha çox qayda pozmuş şəxs eyni vaxtda daha çox məbləğdə cərimə ödəməli olur.
Qeyd olunan, eləcə də nəqliyyat vasitəsi saxlanılaraq müvafiq sənədlərin təqdim olunması zaman əlavə vaxt itkisinə yol verilməsi hallarının qarşısının alınması məqsədilə avtomobil sahiblərindən xahiş olunur ki, yuxarıda sadalanan məlumatlar dəyişdiyi vaxtdan bir gün ərzində poçt vasitəsilə ərazi üzrə regional qeydiyyat-imtahan və texniki baxış şöbələrinə, yaxud Baş DYP idarəsinin www.dyp.gov.az internet saytının “Online müraciət” səhifəsi vasitəsilə həmin məlumatların yenilənməsi barədə müraciət etsinlər".
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 52 d. sonra
-
10 d. əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
-
17 d. əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 28 d. əvvəl
-
39 d. əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 50 d. əvvəl
-
1 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
2 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
2 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
13%-lik istiqrazları 71 investor aldı
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir



























