"Fikrimiz dəyişdi, Ələt azad iqtisadi zonası barədə layihə qanunvericiliyə zidd deyil”
“Beynəlxalq təcrübəni öyrəndikdən və qanun layihəsinin fəlsəfi mahiyyətinə vardıqdan sonra “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsinin milli qanunvericiliklə ziddiyyət təşkil etməsi barədə fikrimiz dəyişdi, əksinə, bu layihənin tam üstün olması qənaətinə gəldik”.
Bunu Milli Məclisin Hüquq siaysəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentin iclasında “Ələt iqtisadi zonası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. O bildirib ki, layihə Konstitusiya və milli qanunvericiliklə qətiyyən ziddiyyət təşkil etmir: “İnvestorlar bu qanun layihəsinə, azad iqtisadi zonaya tam əsaslana bilərlər. Qəti deyə bilərəm ki, qanun layihəsi iqtisadi inkişafın indiki məqamında irəliyə atılan ən ciddi addımdır”.
"Ələt azad iqtisadi zonası haqqında" qanun layihəsi ilə bağlı hüquqşünaslarla iqtisadçıların fikirləri arasında ziddiyyət var.
Bunu qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Elşən Musayev deyib.
Onun sözlərinə görə, qanun layihəsi tətbiq olunacaq daxili qaydaların daha mütərəqqi olduğunu özündə ehtiva edir: "Qanun layihəsi beynəlxalq təcrübədən istifadə olunmaqla hazırlanıb. Lakin hüquqşünaslarla iqtisadçıların fikirləri arasında müəyyən ziddiyyət var. Hüquqşünaslar layihəni müzakirə edib ona rəy verməlidirlər. Bu qanunun mahiyyəti ondan ibarətdir ki, layihənin iqtisadi cəlbediciliyi onun hüquqi cəlbecidliyinin üstündə olsun. Hansısa formada məhkəmə yaradılmalıdır. Mahiyyət etibarilə bu Azad Zona investorlar üçündür. İnvestor bu qaydaları öyrənib gələcək. Bu gün dünya təcrübəsinə istinad eləməsək, çox dəqiqdir ki, ora heç kim gəlməyəcək. Bu ziddiyyətləri, iqtisadçı və hüquqşünas ritorikasını nəzərə almasaq, gərək qanun layihəsinin müzakirəsini aparmayaq. Təcrübə göstərir ki, Azad Zonalarla bağlı kim nə qədər güzəşt edirsə, o daha çox udur, dövlət daha çox qazanır".
“Ələt azad iqtisadi zona haqqında” qanun layihəsi ölkə konstitusiyası ilə ziddiyyət təşkil edir.
Bunu millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında qanun layihəsinin müzakirəsində çıxışı zamanı deyib. O bildirib ki, qanun layihəsində nəzərdə tutulan əmək qaydaları, ətraf mühitin mühafizəsi və azad iqtisadi zonada mübahisələrin həlli ilə bağlı normalar yenidən işlənməlidir və yaxud ümumiyyətlə qanunvericilikdən çıxarılmalıdır.
“Qanun layihəsində qeyd olunub ki, Azərbaycanda investorlar üçün əlverişli şərait yaradılır ki, bu da onları vergi və gömrük rüsumlarından azad edir. Biz ekologiya, əmək hüquqları ilə bağlı beynəlxalq konvensiyaya qoşulmuşuq. Əgər biz vətəndaşların fundamental hüquq və azadlıqlarından danışırıqsa, bu normalarla bağlı investororlara hansı güzəştdən söhbət gedə bilər? Ekologiya ilə bağlı xarici investora nə kimi güzəştdən söhbət gedə bilər?”,- deyə millət vəkili öz narazılığını bildirib.
© APA
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 51 d. sonra
-
11 d. əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
-
18 d. əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 29 d. əvvəl
-
40 d. əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 51 d. əvvəl
-
1 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
2 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
2 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
13%-lik istiqrazları 71 investor aldı
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir


























