Azərbaycan bankının baş ofisində lisenziyasız sığorta şirkəti fəaliyyət göstərir
Azərbaycanın yeganə regional bankı – “Naxçıvanbank” ASC-nin baş ofisində lisenziyasız sığorta şirkəti fəaliyyət göstərir. Söhbət “Naxçıvansığorta” ASC-dən gedir.
Vergilər Nazirliyinin məlumatına görə, bu şirkət 2014-cü ildə təsis edilib. “Naxçıvansığorta”nın nizamnamə kapitalı 5,5 mln. manat, hüquqi ünvanı isə Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 7-dir. Bu ünvanda həm də “Naxçıvanbank” dövlət qeydiyyatından keçib. Amma iki maliyyə qurumunu birləşdirən amil təkcə bu deyil. Məsələ ondadır ki, sığorta şirkətinin İdarə Heyətinə (İH) rəhbərlik edən İsa İsayev həm də Bankın İH-nin sədr müavinidir.
“Naxçıvanbank”ın filiallarında bildirirlər ki, onlara bağlanılan kredit müqavilələri üzrə sığorta xidmətini “Naxçıvansığorta” göstərir. Yəni, məsələn, daşınmaz əmlakın girovluğu ilə kiməsə kredit verilirsə, həmin əmlak “Naxçıvansığorta” vasitəsilə sığortalanır və baş verən sığorta hadisəsi zamanı da ödənişi məhz həmin şirkət həyata keçirir. Maraqlıdır ki, “Naxçıvansığorta”nın adı lisenziya ilə fəaliyyət göstərən sığorta şirkətlərinin siyahısında yoxdur. Nə vaxtilə mövcud olmuş Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidməti, nə də onun hüquqi varisi sayılan, səlahiyyətlərinin ötürüldüyü Maliyyə Bazarına Nəzarət Palatası adı çəkilən sığorta şirkətinə lisenziya verməyib.
Məsələyə münasibət bildirən Palatanın Direktorlar Şurası sədrinin müşaviri Rüfət Abbasov bildirib ki, təmsil etdiyi qurum hazırda bununla bağlı araşdırma aparır və nəticəsi tezliklə açıqlanacaq.
© Report
Müştərilərin xəbərləri
Kapital Bank-ın təhsil işçilərinə unikal imkanlar yaradan TəhsilPlus kartı ilk sahiblərinə təqdim olundu
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 d. əvvəl
-
- 19 d. əvvəl
-
1 saat əvvəl
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət Vergi Xidməti “OBA”nı məşğulluğa töhfəyə görə təltif etdi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Mərkəzi Bank rəhbər təyinatı ilə bağlı 18 müraciəti uyğun hesab etməyib
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Dövlət Vergi Xidməti “OBA”nı məşğulluğa töhfəyə görə təltif etdi
Martın 7-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Kapital Bank-ın təhsil işçilərinə unikal imkanlar yaradan TəhsilPlus kartı ilk sahiblərinə təqdim olundu
Filippində neftin 100 dollar olması ilə bağlı xəbərdarlıq
BVF neft şoku ilə bağlı hazır vəziyyətə keçdi
SOCAR-ın prezidenti Afrika ölkəsində səfərdə olub, alınmış 10% pay ilə bağlı müzakirə aparılıb




















