Qısa zamanda kökəlir və daha çox ət verir - 800 BAŞ SAXLAYIR
Xaçmaz rayonunda yeni yaradılan təsərrüfatda cins heyvanların sayı 800 başa çatdırılıb.
2017-ci ildən rayonun Sayad kəndində fəaliyyətə başlayan bu təsərrüfata lizinq yolu xarici ölkələrdən “Holstein-friz” və “Simmental” cinsindən olan 600 başa yaxın iribuynuzlu heyvan gətirilib. Təsərrüfata ilk olaraq gətirilən inəklər ətlik-südlük istiqamətlidir. Sonuncu gətirilən 200 başa yaxın inək isə sırf südlük istiqamətli heyvanlardır. Dövlət qayğısı və əlverişli şərait nəticəsində hazırda təsərrüfatda olan mal-qaranın sayı 800 başa çatdırılıb. Bu heyvanlar təsərrüfatdakı yeddi fermada saxlanılır. Yeni doğulan buzovların böyüməsi və çəki alması üçün ərazidə daha 3 tövlənin tikintisi aparılır.
Aqronom Müşfiq Axundov bildirir ki, hazırda təsərrüfatda 250 baş sağmal inək var. Bu heyvanlardan gündəlik 6 tona yaxın süd əldə olunur. İstehsal olunan məhsul xammal şəklində süd zavodlarına satılır. Ətlik heyvanlar isə ət kombinatları ilə yanaşı, yerli qəssablara da satılır. Heyvanların yem ehtiyacını ödəmək üçün təsərrüfata məxsus 500 hektara yaxın ərazidə hər il arpa, qarğıdalı və yonca kimi yem bitkiləri əkilir.
Burada çalışan mütəxəssislər qeyd edirlər ki, cins inəklər qısa zamanda kökəlir və daha çox ət verir. Həm süd, həm də ət istehsalında sərfəlidir. “Simmental” cins inəklərin dişisinin ağırlığı 600-650, erkəyinin çəkisi isə 750-800 kiloqrama çatır. Bu inəklər bir laktasiya dövründə 4-4,5 ton süd verə bilir. “Simmental” cinsi həm də sağlam, dözümlü və uzunömürlü olması ilə seçilir. Ağ-qara rənglərdə olan “Holstein-friz” cinsi isə daha iri inəklərdir və bir laktasiya dövründə 10-12 ton süd vermək qabiliyyətinə malikdir. Süddəki yağlılıq isə 3,6 faizə bərabərdir.
Təsərrüfatda süni mayalanma da tətbiq olunur. Mayalanma aparılan heyvanlar yerli cinslərə nisbətən daha tez inkişaf edir. Cins heyvanların digər üstünlüyü isə regionun iqliminə daha tez uyğunlaşmasıdır.
İnkişaf etməkdə olan heyvandarlıq təsərrüfatında iribuynuzlu heyvanların sayının artırılması, ət və süd istehsalının daha da çoxaldılması nəzərdə tutulub.
Hazırda Xaçmazın fərdi və fermer təsərrüfatlarında 57 min 114 baş iribuynuzlu, 74 min 633 baş xırdabuynuzlu heyvan saxlanılır. Ötən il bu təsərrüfatlarda 14 min 622 ton ət, 60 min 569 ton süd istehsal edilib.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
12 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
19 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
20 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
21 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
21 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 22 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI























