Bu şirkət meyvə bağları salmaq üçün Tərtəri seçdi
Tərtər rayonunun Xoruzlu kəndində intensiv meyvə bağları salınır. “Aqropat” MMC tərəfindən yaradılan bağçılıq təsərrüfatında müasir texnologiyalar əsasında məhsuldar meyvə tingləri əkilir, damcı suvarma sistemi qurulur.
Təsərrüfatın aqronomu Çərkəz Səfərov bildirib ki, bağların salınmasında İspaniya və Hollandiyadan dəvət olunmuş mütəxəssislərdən məsləhət alınıb. Rayonun beş illik iqlim şəraiti nəzərdən keçirilib. Araşdırmalar nəticəsində Tərtər rayonunda intensiv bağçılığın inkişaf etdirilməsi üçün müvafiq iqlim şəraitinin, həmçinin məhsuldar torpaqların mövcud olduğu qənaətinə gəlinib.
Hazırda 140 hektara yaxın ərazidə İspaniya və Türkiyədən gətirilmiş yüksək məhsuldar alma, armud, alça, badam, ərik, gilas, gavalı, heyva, xurma və şaftalı tingləri müasir texnologiyalar əsasında əkilir. Müqaviləyə əsasən tinglərin alındığı şirkətlər beş il ərzində ağaclara nəzarət edəcəklər. Bu meyvə tingləri əkildikdən 1-2 il sonra bar verməyə başlayır, 4-5 ildən sonra isə ən yüksək məhsuldarlığa çatır. Yaxşı qulluq olunarsa, hər hektardan 2,5 ton təmizlənmiş badam, 40 ton şaftalı, 50 tona yaxın armud, 45 ton alma, 40 ton xurma, 25 ton ərik götürmək mümkündür. Təsərrüfatda istehsal olunan məhsullar yerli bazarlara çıxarılmaqla yanaşı, xaricə də ixrac ediləcək.
Meyvə ağaclarının küləkdən qorunması üçün bağın kənarlarında 11 min şam ağacı əkilib. Təsərrüfatdaxili yollara çınqıl tökülərək hamarlanıb. Bağın ərazisinə 1200 ton peyin, həmçinin gübrə verilib. Bağda ağacların suvarılması damcı üsulu ilə həyata keçiriləcək. Bunun üçün 45 min və 21 min kubmetr tutumu olan iki su anbarı inşa edilib. Hazırda suvarma sistemi qurulur.
Tərtər rayonunda yaradılan intensiv bağçılıq təsərrüfatı əhalinin ekoloji cəhətdən təmiz meyvə məhsulları ilə təmin olunmasına öz töhfəsini verəcək. Təsərrüfatda 30 nəfər daimi, 150 nəfər isə mövsümi işlərə cəlb olunacaq.
Gələcəkdə təsərrüfatın daha da genişləndiriləcəyini deyən Ç.Səfərov bildirib ki, növbəti illərdə daha 40 hektarda meyvə bağının salınması, məhsulun yığılması üçün plastik qablar istehsal edilməsi və soyuducu anbarın inşa olunması nəzərdə tutulur.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
12 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
19 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
20 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
21 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
21 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 22 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI























