AZAL Bakı-Gəncə və Bakı-Qəbələ aviareyslərinin bərpa olunacağı dəqiq tarixi açıqlayıb
“Azərbaycan Hava Yolları” (AZAL) QSC fevralın 15-dən etibarən Bakı-Gəncə, fevralın 17-dən etibarən isə Bakı-Qəbələ marşrutu üzrə müntəzəm reysləri yerinə yetirməyə davam edəcək.
Bunu açıqlamasında AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.
Onun sözlərinə görə, Bakı-Gəncə reysləri bazar ertəsi, çərşənbə, cümə və bazar günləri, Qəbələyə reyslər isə cümə və bazar günləri yerinə yetiriləcək.
Heydər Əliyev Beynəlxalq Hava Limanından (GYD) saat 11:05-də uçan təyyarə, Gəncə Beynəlxalq Hava Limanına (KVD) saat 12:05-də enəcək. Gəncədən saat 13:05-də uçan təyyarə isə Heydər Əliyev Beynəlxalq Hava Limanına saat 14:05-də çatacaq. Bakıdan Qəbələyə uçuş saat 16:30-da, Qəbələ Beynəlxalq Hava Limanına (GBB) enmə saat 17:25-də. Qəbələdən uçuş saat 18:15-də, Heydər Əliyev Beynəlxalq Hava Limanına enmə saat 19:10-da olacaq”.
Paşa Kəsəmənski deyib ki, daxili istiqamətlər üzrə aviabiletlərin qiyməti Tarif Şurası tərəfindən müəyyənləşdirilib. Bakı-Gəncə istiqaməti üzrə bir tərəfə aviabiletin qiyməti 56 manat, Bakı-Qəbələ marşrutu üzrə isə bir tərəfə aviabiletin qiyməti 48 manat müəyyən olunub.
XXXX 15:45
Gəncə şəhər İcra Hakimiyyətinin müraciəti əsasında fevralın 5-dən Gəncə-Bakı-Gəncə aviareysi bərpa olunacaq.
Sözügedən istiqamətdə uçuşlar həftədə 4 dəfə (bazarertrsi, çərşnənbə, cümə və bazar günləri) olmaqla “Azərbaycan Hava Yolları” (AZAL) QSC tərəfindən həyata keçiriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 9 saat sonra
-
4 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır



















