"Azərbaycan pambıq istehsalı üzrə dünyada ilk onluğa daxil ola bilər"
!["Azərbaycan pambıq istehsalı üzrə dünyada ilk onluğa daxil ola bilər"](/storage/thumbnail/cover/cdn/2018/march/27/1522146610.jpg)
Azərbaycan pambıq istehsalı həcminə görə yaxın illərdə dünyada ilk onluğa daxil ola bilər. Bu sahədəki dövlət siyasəti kənd təsərrüfatı ilə yanaşı, iqtisadiyyatın digər sektorlarının da inkişafı üçün əlverişli zəmin yaradıb.
Bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı ekspert Vüqar Bayramov bildirib.
Ekspert qeyd edib ki, pambıqçılığın inkişafı ilə bağlı dövlət siyasətinin gücləndirilməsi məhsul istehsalının kəskin artmasına səbəb olub. Post-neft dövründə kənd təsərrüfatında ənənəvi sahələrin dəstəklənməsi yeni iş yerlərinin yaradılmasına səbəb olmaqla, ölkənin ixrac qabiliyyətinin genişlənməsinə gətirib çıxarıb. 2017-ci ildə 207 min ton pambıq istehsal olunub ki, bu da 2015-ci illə müqayisədə 6 dəfə çoxdur. Belə ki, 2015-ci ildə Azərbaycanda 35 min ton pambıq istehsal olunmuşdu.
Pambıqçılığın dirçəldilməsi yüngül sənayenin də inkişafına səbəb olacaq
Pambıqçılığın ölkəyə daha çox valyutanın daxil olmasına imkan yaratdığını deyən V.Bayramov bildirib ki, hazırda pambığın dünya bazarında 1 paundu 86 sentə satılır:
“Burada söhbət birinci növ pambıqdan gedir. Bunlar Nyu-York və Liverpul standartlarına uyğun pambıqdır. Müstəqillik illərində pambığın dünya bazarında qiymətinin dəyişməsinə diqqət yetirsək, yalnız 2001-ci ildə pambığın 1 paundu 47 sentə düşüb. 2011-ci ildə isə pambığın 1 paundu 1,58 dollaradək yüksəlib. Son illər isə orta göstərici 80-90 sent arasında dəyişib. Bu o deməkdir ki, Azərbaycan pambığı xam mal və eləcə də emal edərək satışa çıxarsa, mövcud istehsalı nəzərə alsaq, sözügedən məhsulun ixracı ölkəyə təxminən 200 milyon dollardan çox vəsaitin daxil olmasına imkan verəcək. Bu sahənin inkişafı həm də ona görə lazımdır ki, pambıqçılıq yüngül sənaye üçün xammaldır. Pambıqçılığın dirçəldilməsi yüngül sənayenin də inkişafına səbəb olacaq, həmçinin emal sektorunda da yeni iş yerlərinin yaradılması ilə nəticələnəcək”.
Ekspert dünya üzrə pambıq ixracına dair statistik göstəricilərə nəzər salaraq vurğulayıb ki, hazırda dünyada ABŞ 3,2 milyon ton pambıq ixracatı ilə öndədir. Sonrakı yerlərdə Hindistan (991 min ton), Avstraliya (808 min ton), Braziliya (607 min ton), Özbəkistan (327 min ton) gəlir. MDB-nin digər üzvü Türkmənistan 185 min ton ixracat ilə ilk onluğu tamamlayır. Qlobal istehsala diqqət yetirəndə isə nisbətən fərqli mənzərənin şahidi oluruq. Belə ki, Hindistan 5,9 milyon ton pambıq istehsalı ilə dünyada birincidir. Çin 4,9 milyon ton, ABŞ 3,7 milyon ton, Pakistan 1,7 milyon ton istehsal ilə növbəti yerləri bölüşürlər. Özbəkistan 811 min ton istehsal ilə dünyada 7-cidir. Sonrakı yerləri isə 697 min ton ilə Türkiyə, 288 min ton ilə Türkmənistan tutur. Bu rəqəmlər ondan xəbər verir ki, Azərbaycan pambıq istehsalı həcminə görə yaxın illərdə dünyada ilk onluğa daxil ola bilər. Eyni zamanda, qlobal ixrac və istehsal göstəriciləri təsdiqləyir ki, bəzi ölkələr istehsal etdiyi məhsuli daxili emal üçün, bəziləri ixrac, bir qismi isə hər iki məqsəd üçün istifadə edirlər. Məsələn, ABŞ istehsal etdiyi 3,7 milyon ton pambığın 87 faizə yaxınını ixrac edir, Çin isə istehsal etdiyi pambığın, demək olar, hamısını daxili emala yönəldir. Bu baxımdan Azərbaycanda istehsal edilən pambıq həm ixrac, həm də də daxili tələbin ödənilməsi üçün istifadə oluna bilər ki, bu da ölkəyə valyutanın daxil olmasına şərait yaratmaqla, yerli istehsalı stimullaşdırmış olacaq.
Pambığın xammal formasında deyil, emal edilərək ixrac olunması daha məqsədəuyğundur
İqtisadçı bildirib ki, pambığın xammal formasında deyil, emal edilərək ixrac olunması daha məqsədəuyğundur. Bu, həm də iqtisadi diversifikasiya baxımından vacibdir. İxrac məhsullarının sayı artır, iqtisadiyyat diversifikasiya olunur. Azərbaycanda yüngül sənaye məhsullarına tələbat kifayət qədər yüksəkdir. “Biz xaricdən, xüsusilə geyim və yüngül sənaye məhsullarını idxal edirik. Pambıqçılığın həm də emaledici istiqamətdə formalaşması idxalın azalmasına gətirib çıxaracaq. Bununla bir sıra tələb olan məhsulları yerli istehsal hesabına ödəmək mümkün olacaq. Rəsmi statistikaya əsasən, illik yüngül sənaye məhsullarının idxalına 400 milyon dollardan çox vəsait xərcləyirik. Amma pambıqçılıqla bağlı emal sektorunun inkişaf etdirilməsi həm idxaldan asılılığın aradan qaldırılmasına, həm yeni iş yerlərinin açılmasına, həm də valyutanın ölkə daxilində qalmasına şərait yaradacaq. Bu baxımdan məqsədəuyğundur ki, pambıqdan yalnız xammal kimi deyil, yeni istehsal sektorlarını inkişaf etdirməklə, həm də məhsul əldə olunsun. Emal prosesinin bərpası həm pambıqçılığın inkişaf etdirilməsinə, həm də yerli istehsalın artırılması hesabına idxaldan asılılığın azaldılmasına səbəb olacaq", - deyə ekspert diqqətə çatdırıb.
Pambıq istehsalının artırılması yaxın illərdə bu sahədə 300 minə yaxın insanın işlə təmin olunmasına imkan verəcək
Vüqar Bayramov deyib: “Müşavirədə qeyd olunduğu kimi, pambıqçılığın inkişafı, eyni zamanda, regionlarda məşğulluğun gücləndirilməsi baxımdan da vacibdir. Bu sahədə artıq 200 minə yaxın iş yeri yaradılıb. Pambıqçılığın inkişafı gələcəkdə bu sahədə daha çox vətəndaşın çalışmasına imkan yaradacaq. Bu, regionlarda işsizlik səviyyəsinin azaldılmasına səbəb olmaqla yanaşı, həmçinin daha çox gəlirin əldə edilməsi baxımdan da vacibdir. İlkin qiymətləndirilmələr göstərir ki, pambıq istehsalının artırılması yaxın illərdə bu sahədə 300 minə yaxın insanın işlə təmin olunmasına imkan verəcək. Müşavirədə məhsuldarlığın artırılması da əsas hədəflərdən biri kimi qiymətləndirildi. Bu, bir tərəfdən əhalinin daha çox gəlir etməsinə, digər tərəfdən isə intensiv metod ilə istehsal olunan pambıq həcminin artırılmasına səbəbə olacaq. Yəni, növbəti illərdə pambıq istehsalının artırılması daha çox məhsuldarlığın yüksəldilməsi hesabına baş verəcək. Bu isə Azərbaycanda ənənəvi sektor olan pambıqçılığın inkişafı üçün yeni mərhələnin başlandığından xəbər verir”.
Dövlət dəstəyi növbəti illərdə də davam etdiriləcək
Son illər pambıqçılığın inkişafının bu sahədə dövlət siyasətinin təkmilləşdirilməsi, sistemləşdirilməsi və daha ünvanlı xarakter alması ilə bağlı olduğunu deyən İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri qeyd edib ki, pambıq istehsalçıları üçün subsidiya məbləğlərinin artırılması, subsidiya məbləğinin istehsal olunan məhsulunun həcminə uyğunlaşdırılması, texnika təminatının gücləndirilməsi, pambığın alış qiymətinin artırılması ilə bağlı həyata keçirilən tədbirlər bu sahədə istehsalı stimullaşdırdı. Nəticədə dövlət dəstəyinin daha da gücləndirilməsi fermerlərin istehsala marağını artırmaqla bu istehsal növünü daha da rentabelli hala gətirdi. Bu kontekstdən pambıqçılığın son illərdəki inkişafı məhz dövlət dəstəyinin genişləndirilməsi hesabına baş verib.
“Müşavirədə müzakirə olunan məsələlər göstərir ki, növbəti illərdə də dövlət dəstəyinin gücləndirilməsi davam etdiriləcək. Bu isə pambıqçılığın iqtisadiyyatda payının artmasına gətirib çıxaracaq, eyni zamanda, pambıq istehsalı ilə yeni hədəflərə nail olmağa imkan verəcək”, - deyə Vüqar Bayramov bildirib.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
8 saat əvvəl
"Kapital Bank”ın dollar istiqrazlarına 37 investordan 37 sifariş - HƏRRACIN NƏTİCƏSİ AÇIQLANDI
- 9 saat əvvəl
-
-
9 saat əvvəl
Rusiya büdcəsinin neft satışından gəlirləri 50 faizə yaxın artıb
-
9 saat əvvəl
Danışıqların əsas mövzularına iqtisadi məsələlər də daxildir
- 10 saat əvvəl
-
10 saat əvvəl
Pirşağı-Novxanı-Xırdalan yolundan Saray qəsəbəsinə giriş-çıxış tam məhdudlaşdırılacaq
- 10 saat əvvəl
-
10 saat əvvəl
Belçikanın çörəkçi-kafelər şəbəkəsi Azərbaycan bazarına daxil olur - MÜQAVİLƏ BAĞLANIB
-
10 saat əvvəl
Zelenski: Rusiya ilə Ukrayna arasında ABŞ, Çin və ya Aİ vasitəçilik edə bilər, Macarıstan yox
- 10 saat əvvəl
-
10 saat əvvəl
"10-a yaxın Çin şirkəti Qarabağda fəaliyyət göstərmək üçün müraciət edib"
![AzVak-da paylaşılan iş elanlarına 10 minlərlə baxış olur](/storage/thumbnail/thumbnail/cdn/2024/may/03/Azerbaycanda_vakansiyalar.png)
AzVak-da paylaşılan iş elanlarına 10 minlərlə baxış olur
!["Kapital Bank”ın dollar istiqrazlarına 37 investordan 37 sifariş - HƏRRACIN NƏTİCƏSİ AÇIQLANDI](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/08/dollar-2158015108-640x640.jpg)
"Kapital Bank”ın dollar istiqrazlarına 37 investordan 37 sifariş - HƏRRACIN NƏTİCƏSİ AÇIQLANDI
![İnvestisiya şirkətlərinin dövriyyələri açıqlandı](/storage/thumbnail/thumbnail/cdn/2024/may/8/investisiya_sirketleri_2024.jpg)
İnvestisiya şirkətlərinin dövriyyələri açıqlandı
![Danışıqların əsas mövzularına iqtisadi məsələlər də daxildir](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/08/putin-modi.jpg)
Danışıqların əsas mövzularına iqtisadi məsələlər də daxildir
![Belçikanın çörəkçi-kafelər şəbəkəsi Azərbaycan bazarına daxil olur - MÜQAVİLƏ BAĞLANIB](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/08/LePainQuotidien.jpg)
Belçikanın çörəkçi-kafelər şəbəkəsi Azərbaycan bazarına daxil olur - MÜQAVİLƏ BAĞLANIB
![Neftdə ABŞ fırtınası](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/08/neft.jpg)
Neftdə ABŞ fırtınası
![Sabahın rəsmi məzənnəsi müəyyən olunub](/storage/thumbnail/thumbnail/cdn/2024/Yanvar/22/zencir_dollar-1.jpg)
Sabahın rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
![5 000 dollar 5 il ərzində 500 000 dollar qazandıra bilər?](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/08/ismayilzade-ferid.jpg)
5 000 dollar 5 il ərzində 500 000 dollar qazandıra bilər?
![Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edildi](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/08/sari.jpeg)
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edildi
![Texnologiya həvəskarlarına şad xəbər: festival keçiriləcək](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/08/iFest.jpg)
Texnologiya həvəskarlarına şad xəbər: festival keçiriləcək
![Azərbaycanda Bosch brendinin ilk eksklüziv mağazası açıldı! - VİDEO](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/08/BE_Bosch_White.png)
Azərbaycanda Bosch brendinin ilk eksklüziv mağazası açıldı! - VİDEO
!["Holberton School Azerbaijan" ilk Məzun Gününü qeyd edib](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/08/holberton_mektebi/holberton.jpg)
"Holberton School Azerbaijan" ilk Məzun Gününü qeyd edib
![BOKT-a illik 15 faizlə pul lazımdır -MƏBLƏĞ, ŞƏRTLƏR](/storage/thumbnail/thumbnail/cdn/2023/oktyabr/05/100-manat-2.jpg)
BOKT-a illik 15 faizlə pul lazımdır -MƏBLƏĞ, ŞƏRTLƏR
![Topdan gübrə satan şirkətin gəliri artıb](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/08/aits.jpg)
Topdan gübrə satan şirkətin gəliri artıb
![“65 minlik evə görə 250 min manat istəyir” - MTK rəhbəri](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/08/mahal-mtk.png)