"GMO-nu da təyin edə bilirik" - YENİ LABORATORİYALAR
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən Bakının Nərimanov rayonunda yeni istifadəyə verilmiş qida və metrologiya laboratoriyalarının təqdimatı keçirilib.
Azərbaycan Standartlaşdırma İnstitutunun Yeyinti və kənd təsərrüfatı məhsullarının sınaq laboratoriyasının imkanları haqqında məlumat verilərək bildirilib ki, burada bütün növ ərzaq və kənd təsərrüfatı məhsullarının müxtəlif parametrlər üzrə sınaqları aparılır. Laboratoriya milli akkreditasiyadan keçməklə yanaşı, Almaniya Akkreditasiya Qurumu tərəfindən də akkreditasiya olunub. Bu isə laboratoriya tərəfindən verilən sınaq protokollarının Avropa Birliyi ölkələrində tanınması, bununla da yerli məhsulların ixrac imkanlarının genişlənməsini təmin edir. Qida laboratoriyasında istifadə olunan avadanlıqlar Almaniya, Avstriya, Yaponiya, Rusiya, Türkiyə, ABŞ kimi ölkələrin istehsalıdır.
Genetik modifikasiya olunmuş (GMO) məhsulların sınağı laboratoriyasında qida məhsullarında genetik modifikasiya olunmuş orqanizmlərin həm keyfiyyət, həm də kəmiyyət göstəricilərinin təyini həyata keçirilir. Laboratoriyada mövcud olan avadanlıqlar vasitəsilə zəncirvari reaksiya metodu ilə heyvan ətlərinin mənşəyini də təyin etmək mümkündür.
Həmçinin Azərbaycan Standartlaşdırma İnstitutunun Yüngül sənaye məhsullarının sınağı laboratoriyasında pambıq mahlıcı, tibbi higroskopik pambıq, texniki pambıq çiyidi, ipliklər, parçalar, tibbi gigiyenik bint, trikotaj parçalar və məmulatlar, gön dəri, dəri məmulatları, ayaqqabılar, oyuncaqlar, kosmetik vasitələr, uşaq bezləri, uşaqların qidalanması üçün qablar, butulkalar, əmziklər və digər yüngül sənaye məhsullarının sınaqlarının aparıldığı bildirilib.
Təqdimat zamanı Azərbaycan Metrologiya İnstitutunun etalon və ölçmə vasitələrinin yoxlanması laboratoriyaları haqqında da geniş məlumat verilib. Bildirilib ki, bu laboratoriyalarda elektrotexniki, fiziki-kimyəvi və optiki fizika, həndəsi və mexaniki, kütlə, radiotexniki, temperatur, təzyiq, sərf və həcm ölçmə vasitələrinin yoxlanılması və kalibrlənməsi işləri yüksək dəqiqliklə həyata keçirilir. Qeyd olunub ki, tibb və diaqnostika, sənaye, nəqliyyat və rabitə, kənd təsərrüfatı və digər sahələrdə tətbiq edilən ölçmə vasitələrinin yoxlanması məqsədilə laboratoriya mərkəzində hər cür şərait yaradılıb. Bu laboratoriyaların sayının artırılması, həmçinin regionlarda mövcud laboratoriyaların imkanlarının genişləndirilməsi məqsədilə işlər davam etdirilir.
Sonra texniki tənzimləmə, standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi sahələrinin inkişafı ilə bağlı aparılan işlərə həsr olunan mətbuat konfransı keçirilib.
“Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin Baş direktoru Namiq Tağıyev bildirib ki, ölkədə keyfiyyət infrastrukturu sahələrinin beynəlxalq səviyyədə tanınması istiqamətində mühüm işlər görülməkdədir. Dövlət başçısının 2017-ci il 10 fevral tarixli 1234 nömrəli Fərmanı ilə standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmə təkmilləşdirilib. Texniki tənzimləmə və standartlaşdırma sahəsində köklü islahat xarakterli iki qanun və dövlət proqramı layihəsi hazırlanıb. Standartlaşdırma İnstitutunun İSO-da, Metrologiya İnstitutunun Çəkilər və Ölçülər üzrə Beynəlxalq Təşkilatda tamhüquqlu, Akkreditasiya Mərkəzinin Avropa Akkreditasiya Təşkilatında və Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Təşkilatda assosiativ üzvlüyü təmin edilib.
Namiq Tağıyevin sözlərinə görə, Azərbaycanda akkreditasiya olunmuş qurumlar tərəfindən məhsullara verilən sertifikatların xarici ölkələrdə tanınması məqsədilə işlər sürətləndirilib.
Yerli məhsulların rəqabət qabiliyətliliyinin yüksəldilməsində sertifikatlaşdırmanın əhəmiyyətindən danışan Namiq Tağıyev bildirib ki, sertifikatlaşdırma prosesi standartlar, digər norma və qaydalara uyğunluğun qiymətləndirilməsindən ibarət olmaqla, son nəticədə istehsal və xidmət sahələrində qabaqcıl təhlükəsizlik və keyfiyyət meyarlarının tətbiqinin təsdiqidir. Sertifikatlaşdırmanın məqsədi əhalinin sağlamlığı, həyatı, əmlak və ətraf mühit üçün təhlükəsiz və keyfiyyətli məhsul istehsalını təmin etməkdir. Sertifikatlaşdırma istehlakçılara məhsulun səriştəli seçilməsində köməklik göstərmək və sahibkarların beynəlxalq iqtisadi, elmi-texniki əməkdaşlıqda, habelə beynəlxalq ticarətdə iştirakı üçün münbit şərait yaratmaqdadır. Namiq Tağıyev qeyd edib ki, sertifikatlaşdırılmış məhsul və xidmətlər son nəticədə həm yerli istehlakçılar arasında, eyni zamanda xarici ticarətdə etimad qazanmış olur.
Beynəlxalq təcrübə haqqında danışan baş direktor müasir dövrdə xüsusilə inkişaf etmiş ölkələrdə məhsula verilmiş sertifikatın istehlakçılar üçün güvən, etimad və şübhəsizlik meyarı kimi qəbul edildiyini deyib. Sahibkarlar məhsul və xidmətlərini sertifikatlaşdırmaqla istehsalat prosesində şəffaflığı, standartların təhlükəsizlik və keyfiyyət meyarlarına sadiqliyini, o cümlədən bunun qiymətləndirilməsini həyata keçirən subyektlərə açıqlığını bəyan etmiş olur.
Qanunvericiliyə əsasən ölkəmizdə uyğunluğun qiymətləndirilməsi fəaliyyətini Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən akkreditasiya olunmuş sertifikatlaşdırma qurumları həyata keçirir. Hazırda ölkədə akkreditasiya olunmuş 199 sınaq laboratoriyası, 39 kalibrləmə laboratoriyası, məhsul və xidmətlərin sertifikatlaşdırılmasını həyata keçirən 12 orqan fəaliyyət göstərir. Eyni zamanda uyğunluğun qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olan orqanların səriştəliliyini və akkreditasiya meyarlarına uyğunluğunun davamlılığını qiymətləndirmək məqsədilə Akkreditasiya Mərkəzi tərəfindən dövrü inspeksiya həyata keçirilir.
Namiq Tağıyev onu da bildirib ki, hazırda Avropa Birliyi tərəfindən həyata keçirilən Tvinninq layihəsinin yekununda Avropa Akkreditasiya Təşkilatının Tanınma Sazişinə qoşulması gözlənilir. Bu isə istehsal olunan məhsulların təhlükəsizliyi və keyfiyyətinə zəmanət sənədi sayılan uyğunluq sertifikatlarının xarici ölkələrdə tanınmasını təmin edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 gün sonra
-
1 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
-
1 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
1 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
8 saat əvvəl
50 milyondan çox istifadəçisi olan OPay 500 milyon dollar cəlb etməyi planlaşdırır
-
10 saat əvvəl
Naxçıvan Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsinə təyinat olub
- 10 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanda ərzaq bahalaşır: Ən çox qiyməti artan məhsullar açıqlanıb - Rəsmi rəqəmlər
- 11 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycan 1,55 milyon litr şərab ixrac edib – Əsas alıcı ölkələr açıqlandı
- 12 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycanda 9 ayda 164,5 milyon manat ƏDV geri qaytarılıb
Azərbaycanda ərzaq bahalaşır: Ən çox qiyməti artan məhsullar açıqlanıb - Rəsmi rəqəmlər
Ən çox oxunanlar
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli 96 milyon manat artıb – Ən böyük artım biznes kreditlərindədir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Sizin Lombard”dan "75/25 Payız fürsəti" ®
Azərbaycanda oyuncaqların satışı və idxalı ilə bağlı yeni qaydalar təsdiqləndi – 6 ay sonra qüvvəyə minəcək
Torpağa dəyər, gələcəyə inam – Ziraat Bank Azərbaycan III Beynəlxalq Aqro Forumda! ®
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
























