Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam-3_21

Banklarla müştərilər arasında mübahisələrə baxacaq - YENİ QURUM

iç səhifə xəbər başlığı altı (mobil)_31
Banklarla müştərilər arasında  mübahisələrə baxacaq - YENİ QURUM
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda maliyyə ombudsmanının yaradılması istiqamətində daha bir addım atılıb. Bu barədə Azərbaycan Banklar Assosiasiyasının (ABA) icraçı direktoru Yunus Abdulov məlumat verib.

 

Onun sözlərinə görə, Ombudsmanın əsasnaməsi təsdiq edilib. Bununla bağlı qərar ABA-nın sonuncu ümumi yığıncağında qəbul edilib.

 

Növbəti mərhələdə Ombudsmanın reqlamentinin təsdiq edilməsi nəzərdə tutulur ki, bu məsələnin təxminən 2 aydan sonra reallaşacağı gözlənilir. Yalnız bundan sonra maliyyə ombudsmanı banklarla müştərilər arasında olan mübahisələrə baxa biləcək.

 

Xatırladaq ki, maliyyə sektorunda ombudsmanın yaradılması ideyası ABA-ya məxsusdur. Məqsəd müştərilərin banklara etimadının gücləndirilməsi və tərəflər arasında yaranan mübahisələrin məhkəməsiz həll edilməsidir.

 

Maliyyə ombudsmanının 2 min ABŞ dollarına qədər olan mübahisələrə baxması nəzərdə tutulub. Bununla belə, yalnız o banklardan ombudsmana şikayət etmək mümkün olacaq ki, onlar “Bankların müştəriləri - fiziki şəxslərlə əlaqədar mübahisələrin baxılmaq üçün Bank Ombudsmanına verilməsi haqqında Bəyannamə”ni imzalamış olsunlar.

 

Bundan başqa, maliyyə obdusmanı, mübahisəni mahiyyəti üzrə həll edən qüvvəyə minmiş məhkəmə aktı mövcud olduqda, mübahisəyə bir dəfə baxdıqda, ona dair barışdırıcı sazişi təsdiq etdikdə və ya mübahisəni mahiyyəti üzrə həll edən qərar verdikdə, qaldırılan məsələnin baş verməsindən və iddia olunan hüquq pozuntusundan iki ildən artıq vaxt keçdikdə, məsələ ümumi bank işinə, bankların xidmət çeşidinə və siyasətinə aid olduqda, məsələyə müvafiq qanunvericiliyə uyğun olaraq cinayət tərkibi olduqda, məsələyə aid iş qiymətləndirmə mərhələsində və iş üzrə müqavilə, razılaşma imzalanmamış olduqda, eləcə də iş bankın qiymət siyasətinə aid olduqda, şikayət edilən maliyyə təşkilatının lisenziyası geri çağırıldıqda və ya bu maliyyə təşkilatı ləğv olunduqda, hüquqi səlahiyyəti olmayan və ya qismən hüquq səlahiyyəti olan şəxs tərəfindən mürtaciət edildikdə ərizəyə baxmaqdan imtina edə bilər. 

 

© Report

07.02.2017 07:25

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ