Dövlət büdcəsində artıqlıq yaranıb
2018-ci ilin altı ayında dövlət büdcəsinin mədaxili 9821,6 mln. manat, xərcləri 9524,3 mln. manat olmuş, 297,3 mln. manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranmışdır.
Gəlirlər
2018-ci ilin altı ayında dövlət büdcəsinin mədaxili 9821,6 mln. manat icra olunmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27,1 faiz və yaxud 2096,8 mln. manat çoxdur.
Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 3382,6 mln. manat vəsait daxil olmuşdur ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz və ya 30,0 mln. manat çoxdur.
Həmin vəsaitin 65,8 faizi və yaxud 2226,1 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür.
2018-ci ilin altı ayında Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə 1619,0 mln. manat vəsait təmin edilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 38,2 faiz və yaxud 447,8 mln. manat çoxdur.
Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 178,9 mln. manat təşkil etmişdir.
Sair daxilolmalar üzrə büdcəyə 33,1 mln. manat vəsait daxil olmuşdur.
Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 4608,0 mln. manat vəsait transfert edilmişdir.
2018-ci ilin aprel-iyun ayları üzrə dövlət büdcəsinin mədaxil proqnozu 5258,2 mln. manat icra olunmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1125,1 mln. manat və ya 27,2 faiz çoxdur.
Xərclər
2018-ci ilin altı ayında dövlət büdcəsinin xərcləri 9524,3 mln. manat icra olunmuşdur ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 16,2 faiz və ya 1330,6 mln. manat çoxdur.
İqtisadi təsnifata uyğun olaraq cari ilin ilk altı ayında dövlət büdcəsi xərclərinin 38,1 faizi və ya 3625,7 mln. manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz və ya 125,7 mln. manat çoxdur.
2018-ci ilin altı ayında dövlət büdcəsi xərclərinin 4948,8 mln. manatı və ya 51,9 faizi cari xərclərə, 3596,3 mln. manatı və ya 37,8 faizi əsaslı xərclərə, 979,2 mln. manatı və ya 10,3 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilmişdir.
Cari ilin aprel-iyun ayları üzrə dövlət büdcəsinin xərcləri 5116,3 mln. manat icra olunmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisdə 835,3 mln. manat və ya 19,5 faiz çoxdur.
İcmal büdcə
Cari ilin altı ayında icmal büdcənin gəlirləri 15100,2 mln. manat olmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3492,1 mln. manat və ya 30,1 faiz çoxdur. İcmal büdcənin xərcləri isə 10843,0 mln. manat icra olunmuşdur.
İcmal büdcədə 4257,2 mln. manat artıqlıq (profisit) yaranmışdır.
Müştərilərin xəbərləri
Hazır mənzil axtaranların diqqətinə: City Garden Narimanov”da 2, 3, 4 otaq, eləcə də studiya premium mənzillər hazırdır
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 33 d. əvvəl
-
42 d. əvvəl
Hökumətdən "Sea Breeze Resort" üçün qərar - 55 hektar torpaq sahəsi ayrıldı
-
-
1 saat əvvəl
Bankların əldə etdikləri xalis mənfəət/xalis zərər məbləğinə görə SİYAHISI
-
1 saat əvvəl
Azercell-in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildi
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
AFB Bank 2026-cı ilin I rübünü güclü maliyyə nəticələri ilə başa vurub
-
2 saat əvvəl
2027-ci il üzrə dövlət büdcəsi 42 milyard manat proqnozlaşdırılır
-
2 saat əvvəl
Azərbaycan iqtisadiyyatı barədə yeni proqnozlar - 2030-CU İLİN SONUNADƏK DOLLAR 1,70-DƏN GÖTÜRÜLÜR
- 2 saat əvvəl
-
2 saat əvvəl
2 ilə 3 milyarddan çox artım – Azərbaycanın dövlət borcu artırılacaq
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Bank 23-cü filialını Zaqatalada açdı
Hazır mənzil axtaranların diqqətinə: City Garden Narimanov”da 2, 3, 4 otaq, eləcə də studiya premium mənzillər hazırdır
2027-ci il üzrə dövlət büdcəsi 42 milyard manat proqnozlaşdırılır
Ən çox oxunanlar
Azərbaycan iqtisadiyyatı barədə yeni proqnozlar - 2030-CU İLİN SONUNADƏK DOLLAR 1,70-DƏN GÖTÜRÜLÜR
"PAŞA Bank" səhmlərinə sahib olun!
2 ilə 3 milyarddan çox artım – Azərbaycanın dövlət borcu artırılacaq
2027-2030-cu illər üzrə Ortamüddətli büdcə çərçivəsi açıqlanıb







.jpg)






.jpg)









