Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Peykimiz 50 milyon dollar gəlir gətirib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Peykimiz 50 milyon dollar gəlir gətirib

Bugünədək tutumlarının 78%-nin satışı reallaşdırılmış “Azerspace-1” peykinin kommersiya fəaliyyətindən 50 milyon ABŞ dollarından çox vəsait əldə edilib. Bu barədə “Marja”ya Azərkosmos-dan bildirlib.

 

Reklam_3_11

Qeyd edilib ki, dünya peyk xidmətləri bazarına daxil olduğu 4 il ərzində potensial müştərilərin cəlb edilməsi və peykin yerləşdiyi orbital mövqenin tanıdılması istiqamətində intensiv fəaliyyət  həyata keçirilib.

 

2014-cü ildə “Azərspace-1” peyki vasitəsilə ilə Azərbaycanın bütün  televiziya və radio kanalları keyfiyyətli yayıma başlayı. Hazırda “Azerspace-1” peykində Azərbaycan, rus, ukrayna, gürcü, türk dillərində ümumilikdə 30 televiziya və 17 radio kanalı yayımlanmaqdadır.

 

Qeyd edək ki, Azərkosmos Bakı 2015 İlk Avropa Oyunlarının peyk xidmətləri üzrə rəsmi təchizatçısı funksiyasını həyata keçirib. Oyunlar zamanı görüntünün dünyanın 74 beynəlxalq yayım mərkəzinə çatdırılması Azərkosmosun operatoru olduğu “Azerspace-1” peyki üzərindən həyata keçirilib. Beləliklə Azərkosmos oyunların ən maraqlı anlarının Avropa, eləcə də dünyanın digər qitələrindəki milyardlarla televiziya tamaşaçısına yüksək keyfiyyətlə və fasiləsiz  çatdırılmasında mühüm rol oynayıb.

 

Eyni zamanda, 2015-ci ildə  Azərbaycan Milli Məclisinə, Türkiyə Böyük Millət Məclisinə keçirilən seçkilər, Gürcüstanda keçirilən Yüngül Atletika üzrə Avropa Çempionatı, Qırğızıstanda  təşkil olunan ikinci Dünya Köçəri Oyunları və.s “Azerspace-1” peykinin resurslarından istifadə olunmaqla canlı yayımlanıb.

 

Cari il ərzində “Azərkosmos” və Gürcüstanın The Georgian Public Broadcasting (GPB) şirkəti arasında Adjara TV, 2TV, Maestro TV, Saperavi TV, Palitra TV, Trialeti TV kanallarının kommersiya yayımına dair müqavilələr imzalanıb.

 

Bununla yanaşı, “Azərkosmos” artıq Azərbaycan, Malayziya, Rusiya, Almaniya, Ukrayna, Misir, Gürcüstan, Birləşmiş Ərəb Əmirliyi, Türkiyə, Livan, Kamerun Birləşmiş Krallıq, Qırğısıztan, Tacikistan, Estoniya, Belarus kimi ölkələrdən müxtəlif sektorlar üzrə TV və radio kanallar, teleradio yayım şirkətləri, data provayderləri, dövlət qurumları və digər telekommunikasiya şirkətlərindən olan müştərilərə  yüksək keyfiyyətli peyk xidmətləri göstərir. Ümumilikdə, “Azerspace-1” peykinin göstərdiyi  teleradio, data və telekommunikasiya xidmətləri vasitəsilə 19 ölkədən olan müştəri bazasının yaradılması 2014-cü ildən etibarən  irəliyə atılan uğurlu addımlardan hesab olunur.

 

“Azərkosmos” ASC fəaliyyətə başladıqdan bəri peyk sənayesində yerli kadr hazırlığına xüsusi önəm verib.  Kosmik sənaye Azərbaycan Respublikası üçün yeni bir sahə idi və müstəqil peykimizin idarəolunması, bu sahədə yüksək ixtisaslı kadrların yetişdirilməsi zərurətini ortaya çıxardırdı. Yüksək ixtisalı kadrların hazırlanması üçün müxtəlif təlim proqramlarına əsasən, “Azərkosmos” əməkdaşları şirkətin partnyorları olan ABŞ-nin “Orbital Sciencies” və Malayziyanın “Measat Satellite Sistems” şirkətlərində qısa və uzun müddətli nəzəri və təcrübi  stajkeçmə təlimləri ilə yanaşı, Böyük Britaniyanın, Çinin, Almaniyanın tanınmış təlim şirkətlərində ixtisasartırma kurslarında iştirak edib. Bu gün “Azerspace-1” peyki yerli mütəxəssislər tərəfindən uğurla idarə olunur. “Azərkosmos”da peyk sənayesində ixtisaslaşmış yüksək ixtisaslı kadrlar yetişib və onların əldə etdiyi bilik və bacarıqlar telekommunikasiya peyklərininin idarə olunmasında növbəti nəsil kadrların yetişdirilməsində mühüm rol oynayacaq.

 

“Azərkosmos” ASC fəaliyyətə başladıqdan bəri peyk sənayesində yerli kadr hazırlığına xüsusi önəm verib.  Kosmik sənaye Azərbaycan Respublikası üçün yeni bir sahə idi və müstəqil peykimizin idarəolunması, bu sahədə yüksək ixtisaslı kadrların yetişdirilməsi zərurətini ortaya çıxardırdı. Yüksək ixtisalı kadrların hazırlanması üçün müxtəlif təlim proqramlarına əsasən, “Azərkosmos” əməkdaşları şirkətin partnyorları olan ABŞ-nın “Orbital Sciencies” və Malayziyanın “Measat Satellite Sistems” şirkətlərində qısa və uzun müddətli nəzəri və təcrübi  stajkeçmə təlimləri ilə yanaşı, Böyük Britaniyanın, Çinin, Almaniyanın tanınmış təlim şirkətlərində ixtisasartırma kurslarında iştirak edib. Bu gün “Azerspace-1”peyki yerli mütəxəssislər tərəfindən uğurla idarə olunur. “Azərkosmos”da peyk sənayesində ixtisaslaşmış yüksək ixtisaslı kadrlar yetişib və onların əldə etdiyi bilik və bacarıqlar telekommunikasiya peyklərininin idarə olunmasında növbəti nəsil kadrların yetişdirilməsində mühüm rol oynayacaq.

 

Bu gün Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki  ”Azerspace-1”peykinin orbitə buraxılmasının dördüncü ildönümüdür.

 

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 3 may tarixli 885 nömrəli Sərəncamı ilə telekommunikasiya peykinin hazırlanması, orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsini təmin etmək məqsədi ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (“Azərkosmos” ASC) təsis edilib.

 

“Azerspace-1” telekommunikasiya peyki 8 fevral 2013-cü il tarixində Fransız Qvianasında (Cənubi Amerikada, Fransanın inzibati idarəçiliyində olan region) yerləşən Kuru kosmodromundan orbitə buraxılıb. ABŞ-ın “Orbital Sciences” korporasiyası tərəfindən istehsal olunan və Fransanın “Arianespace” şirkəti tərəfindən öz yüksək etibarlılığı ilə seçilən “Ariane-5” daşıyıcı raket  ilə orbitə buraxılan “Azerspace-1” peyki 19 fevral tarixində  46°  Şərq uzunluğunda yerləşən orbital mövqeyinə çatdı. “Arianespace” şirkəti üçün “Azerspace-1” peykinin buraxılışı 2002-ci ildən etibarən həyata keçirilən 54-cü ardıcıl uğurlu buraxılış hesab olunur. “Azerspace-1” peyki “Orbital Sciences” korporasiyası tərəfindən hazırlanan və hazırda 20-dən çox fəal peykin üzərində uğurla fəaliyyət göstərdiyi STAR-2 peyk platforması əsasında yığılıb. Ən azı 15 illik istismar müddəti nəzərdə tutulan  “Azerspace-1” peykinin uğurlu buraxılışı və orbitdə olduğu ötən dövr ərzində aparılan effektiv idarəetmə nəticəsində bu müddət 15 ildən 16,3 ilədək artırılıb.

08.02.2017 16:43

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ