SOCAR istiqrazlarının satışında rekord – RƏQƏMLƏR AÇIQLANDI
SOCAR istiqrazlarının təkrar bazarında market-meyker fəaliyyətini həyata keçirən PSG kapital şirkəti yanvar ayının nəticələrini açıqlayıb. Şirkətdən verilən məlumatlardan aydın olur ki, istiqrazlara yalnız yeni müştərilərin marağı artmayıb. İndiyədək istiqraz sahibi olanlar da yenidən qiymətli kağızlar əldə etməyə başlayıblar.
SOCAR istiqrazlarının dörviyyəyə buraxılmasından keçən 3 ay ərzində hər iki istiqrazdan biri təkrar bazarda alınıb-satılıb. Belə ki, bu müddətdə SOCAR istiqrazları üzrə təkrar bazarda 50 milyon dollardan artıq alqı-satqı həyata keçirilib.
Təkcə yanvar ayında 16,5 milyon dollarlıq SOCAR istiqrazlarının alqı-satqısı üzrə 82 əqd bağlanıb. SOCAR istiqrazlarının ticarətində marketmeyker fəaliyyətini həyata keçirən “PSG Kapital İnvestisiya Şirkəti”nin məlumatına görə, istiqraz alanların 72%-nı yeni müştərilər təşkil edib. 28% insanlar isə artıq istiqrazı olanlardır ki, onlar yeni kağızlar əldə ediblər.
PSG kapital şirkətinin Nümayəndəsi İkram Səfərəliyev bildirir ki, SOCAR istiqrazları üzrə ilk faiz ödənişindən sonra istiqrazlara müştərilərin marağı daha da artıb. Xatırladaq ki, SOCAR istiqrazları üzrə ilk faiz ödənişi yanvarın 17-də aş tutub və istiqraz sahiblərinə ümumilikdıə 1,25 milyon dollarlıq vəsait ödənilib. «İlk faiz ödənişlərindən sonra istiqrazlara maraq daha da artıb. Xüsusilə fiziki şəxslərin istiqrazlara marağı daha da artıb. Ümumilikdə bu il ərzində 16,5 milyon dollar həcmində alqı-satqı əməliyyatı baş tutub».
Yanvarda istiqraz almaq istəyən əcnəbilərin sayında da artım müşahidə olunub. SOCAR istiqrazlarının təkrar bazarında əsasən Rusiya, Ukrayna, Türkiyə və Gürcüstan vətəndaşları aktivlik göstəriblər.
Xatırladaq ki, Dövlət Neft Şirkətinın (SOCAR) daxili bazar üçün nəzərdə tutulmuş SOCAR istiqrazları 2016-cı ilin oktyabrında buraxılıb. İstiqrazlar 100 milyon dollar həcmində, 5 illik müddətə və illik 5% gəlirliklə emissiya edilib. İlkin olaraq abunə yazılışı yolu ilə satılan istiqrazlara investorlar tərəfindən tələbat 2 dəfə artıq olub. Təkrar bazarda SOCAR istiqrazlarının market-meykeri olaraq «PSG Capital» şirkəti çıxış edir.
Oktyabr ayının 17-dən isə SOCAR istiqrazlarının təkrar bazarda dövriyyəsinə başlanıb. Faiz ödənişləri ildə 4 dəfə həyata keçiriləcək. İlk faiz ödənişi 17 yanvar 2017-cı ildə həyata keçirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
21 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















