Dollar/Türk Lirəsində yeni rekord - YENİLƏNİB
Türk Lirəsi Dollar qarşısında ucuzlaşmaqda davam edir.
"Marja" xəbər verir ki, Dollar/TL məzənnəsi həftənin ilk iş günü səhər saatlarında 5.14 lirə səviyyəsini də keçib. Bu, yeni rekorddur. Bakı vaxtı ilə saat 12:22-də məzənnə 5.1460 səviyyəsində olub. Lirə Dollar qarşısında bu gün səhər 1,3% dəyərdən düşüb.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Dollar/TL məzənnəsi ötən həftə 5.0818 səviyyələrindən bağlamışdı.
Dollar, Türk Lirəsi qarşısında ötən Bazar ertəsidən bu yana 6 faiz, ilin əvvəlindən bəri isə 26% bahalaşıb.
"TEB/BNP Paribas"ın strateqi İşık Ökte TL-nin bu gün ucuzlaşmasına dair, "Türk lirəsinin bu gün ucuzlaşması ABŞ-Türkiyə ikitərəfli əlaqələrindəki xəbərlər və İran sanksiyalarının qüvvəyə minməsilə bərabər, 100-günlük fəaliyyət planında dövlət xərclərinin azaldılmasına dair konkret bir irəliləyiş olmamasından qaynaqlanır",- deyib.
LİRƏ ƏSASƏN BRUNSON BÖHRANI İLƏ UCUZLAŞIR
ABŞ, rahib Endryu Brunsonun Türkiyədəki məhkəməsi səbəbindən Türkiyənin daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Əbdülhəmid Gülə sanksiya tətbiq etmək qərarı verib.Sanksiyalar çərçivəsində, iki nazirin ABŞ-dakı əmlakları və əmlaklarından əldə edəcəkləri faiz gəlirləri dondurulub və ABŞ vətəndaşlarının nazirlərlə hər hansı bir iş və əməliyyat keçirməsi qadağan olunub.
Sanksiya qərarını ilk olaraq Ağ Evin sözçüsü Sarah Sanders açıqlamışdı.
Sanders, "ABŞ Prezidentinin göstərişi əsasında ABŞ-ın Xəzinə Nazirliyi, ikisi də Brunsonın həbs olunmasında mühüm rol oynayan daxili işlər və ədliyyə nazirlərinə sanksiya tətbiq edir" açıqlamasını vermişdi.
Sanders, "Brunsonın hər hansı bir cinayət törətdiyinə dair bir dəlil olmadığını və onun Türkiyı hökumətinin ədalətsiz həbsinin qurbanı olduğunu" bildirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, rahib Brunson böhranının ardından ABŞ-ın Türkiyənin daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Əbdülhəmid Gülün ABŞ-dakı əmlaklarının dondurulması qərarına qarşı cavab verəcəklərini deyib. Ərdoğan, ABŞ-ın daxili işlər və ədliyyə nazirlərinin Türkiyədəki əmlaklarını donduracaqlarını açıqlayıb.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
4 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 16 d. əvvəl
- 18 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq





















