Lirə daha da ucuzlaşdı - YENİ REKORD
Türk Lirəsi Dollar qarşısında ucuzlaşmaqda davam edir.
"Marja" xəbər verir ki, Dollar/TL məzənnəsi həftənin ilk iş günü 5.28 lirə səviyyəsini də keçib. Bu, yeni rekorddur. Bakı vaxtı ilə saat 20:40-da məzənnə 5.2805 səviyyəsini görüb. Lirə Dollar qarşısında bu gün 4% dəyərdən düşüb.
Avro/TL məzənnəsi ilə 6 lirə səviyyəsini keçərək 6.0024-ü görüb.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Dollar/TL məzənnəsi ötən həftə 5.0818 səviyyələrindən bağlamışdı.
Dollar, Türk Lirəsi qarşısında ötən Bazar ertəsidən bu yana 6,5 faiz, ilin əvvəlindən bəri isə 27% bahalaşıb.
Türk Lirəsinin axşam saatılarında ucuzlaşamsına ABŞ Prezidenti Donald Trampın açıqlaması səbəb olub. Tramp "İran fəaliyyətlərindən (İranda fəaliyyət göstərəmək və ya bu ölkə ilə ticarət aparmaq - Marja) əl çəkməyən şəxs və qurumlar ciddi şəkildə nəticələrini ödəyəcəklər" . Qeyd edək ki, Türkiyə İran ilə əlaqələrini pozmayacağını, bu ölkədən neft və qaz almağa davam edəcəyini bəyan edib.
"TEB/BNP Paribas"ın strateqi İşık Ökte TL-nin bu gün səhər ucuzlaşmasına dair, "Türk lirəsinin bu gün ucuzlaşması ABŞ-Türkiyə ikitərəfli əlaqələrindəki xəbərlər və İran sanksiyalarının qüvvəyə minməsilə bərabər, 100-günlük fəaliyyət planında dövlət xərclərinin azaldılmasına dair konkret bir irəliləyiş olmamasından qaynaqlanır",- deyib.
LİRƏ ƏSASƏN BRUNSON BÖHRANI İLƏ UCUZLAŞIR
ABŞ, rahib Endryu Brunsonun Türkiyədəki məhkəməsi səbəbindən Türkiyənin daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Əbdülhəmid Gülə sanksiya tətbiq etmək qərarı verib.Sanksiyalar çərçivəsində, iki nazirin ABŞ-dakı əmlakları və əmlaklarından əldə edəcəkləri faiz gəlirləri dondurulub və ABŞ vətəndaşlarının nazirlərlə hər hansı bir iş və əməliyyat keçirməsi qadağan olunub.
Sanksiya qərarını ilk olaraq Ağ Evin sözçüsü Sarah Sanders açıqlamışdı.
Sanders, "ABŞ Prezidentinin göstərişi əsasında ABŞ-ın Xəzinə Nazirliyi, ikisi də Brunsonın həbs olunmasında mühüm rol oynayan daxili işlər və ədliyyə nazirlərinə sanksiya tətbiq edir" açıqlamasını vermişdi.
Sanders, "Brunsonın hər hansı bir cinayət törətdiyinə dair bir dəlil olmadığını və onun Türkiyı hökumətinin ədalətsiz həbsinin qurbanı olduğunu" bildirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, rahib Brunson böhranının ardından ABŞ-ın Türkiyənin daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Əbdülhəmid Gülün ABŞ-dakı əmlaklarının dondurulması qərarına qarşı cavab verəcəklərini deyib. Ərdoğan, ABŞ-ın daxili işlər və ədliyyə nazirlərinin Türkiyədəki əmlaklarını donduracaqlarını açıqlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 18 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 2 saat əvvəl
-
3 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
-
4 saat əvvəl
Dünya səviyyəli robototexnika yarışı ilk dəfə Azərbaycanda keçiriləcək
- 4 saat əvvəl
-
5 saat əvvəl
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
-
5 saat əvvəl
Azerconnect Group NVIDIA-nın süni intellektlə bağlı tədbirində iştirak edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 3 GÜN
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Ən çox oxunanlar
PAŞA Bank: 20 min manatadək sifariş verən investorların sifarişlərinin 100 faiz təmin ediləcəyi ehtimalı yüksəkdir
“AzerGold” QSC-də Kəlbəcərin Söyüdlü (Zod) qızıl yatağı layihəsinin icra vəziyyəti nəzərdən keçirilib
SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində
Türkiyənin ən dəyərli 5 brendi açıqlanıb





















