Azərbaycanda yığılan minik avtomobilləri anbarlarda qalıb
2018-ci ilin yanvar-iyul aylarında (7 ay) Azərbaycanda cəmi 269 ədəd minik avtomobili istehsal edilib (daha doğrusu yığılıb).
Xatırladaq ki, 2018-ci ilin yanvar-iyun ayları (6 ay) ərzində Azərbaycanda 130 ədəd minik avtomobili istehsal edilmişdi. Beləliklə, İyulda istehsal 139 ədəd artıb.
“Marja” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, istehsal əvvəlki ilin müvafiq dövrünə nisbətən 9 dəfə artıb. Artımın yüksək olmasına baxmayın. Belə ki, ötən ilin eyni dövründə Azərbaycanda minik avtomobili istehsalı dayanmışdı.
01.08.2018-ci il vəziyyətinə, bu il istehsal edilmiş 269 ədəd minik avtomobilinin 108 ədədi anbarlarda olub. 01.06.2018-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 110 ədəd təşkil etmişdi.
YERLİ İSTEHSAL AVTOMOBİLLƏRİ DÖVLƏT ALIB
Avqustun 1-də Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə 139 avtomobil təqdim edilmişdi.
Əgər bu il istehsal edilmiş 269 minik avtomobilinin 139 dövlət tərəfindən alınmışdırsa və 108 ədədi də anbarlarda qalırsa, deməli bu il istehsalçılar cəmi 22 ədəd avtomobil satıblar. Bu 22 satışın da əksəriyyəti dövlət müəssisələrinədir. Məsələn, Naxçıvan Ali Məclisi Naxçıvan Avtomobil Zavodundan, Gəncə Şəhər İcra Hakimiyyəti yanında Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi isə Naftçala Avtomobil zavodundan avtomobillər almışdı. Qısası, fərdi şəxslər Azərbaycanda yığılan minik avtomobillərini almırlar.
Neftçala Avtomobil Zavodunun əsas sahibi “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov bildirmişdi ki, hökumət qurumlarından ümumilikdə 40-a yaxın “Xəzər” avtomobili sifariş verilib:
“Xəzər” avtomobillərini sifariş verən qurumlar arasında İqtisadiyyat, Energetika və Vergilər Nazirlikləri, Mərkəzi Seçki Komissiyası (MSK) var”.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Bu ilin Martında Neftçala Avtomobil Zavodu (Khazar) işə düşüb. Həmçinin Azərbaycanda Naxçıvan Avtomobil Zavodunda (NAZ-Lifan) fəaliyyət göstərir. Bu il istehsal edilmiş 269 ədəd avtomobilin 80-nə yaxını Naxçıvan Avtomobil Zavodu tərəfindən yığılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 1 gün sonra
-
-
8 d. əvvəl
“Azərsun Holdinq” yerli xammaldan günəbaxan yağı istehsalını 4000 tona çatdıracaq
-
31 d. əvvəl
Birbank Star kartı ilə ictimai nəqliyyatda hər ay 5 gediş ödənişsizdir ®
-
48 d. əvvəl
“Fitch” Azərbaycan Mərkəzi Bankının islahatlarını yüksək qiymətləndirdi
-
52 d. əvvəl
Xəzər sahilində yerləşən hovuz və şəxsi qarajı olan villalar satışa çıxarılıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tullantılar necə biznesə çevrilir? “Tullantıların biznesi” kitabı NƏŞR OLUNDU
- 14 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Qızılın qiyməti son 2 ayın yeni maksimum səviyyəsində
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Kürdəmirdə “Bazarstore” açılır
İyunda Azərbaycanda orta maaş cüzi azalıb
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Bank VTB Azərbaycan"ın kapital strukturu cari maliyyə göstəricilərinə uyğunlaşdırılıb






















