Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam-3_21

Bu MTK-lardan ev almaq təhlükəlidir – SİYAHI

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu MTK-lardan ev almaq təhlükəlidir – SİYAHI
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Son dövrlər Mənzil Tikinti Korperativlərinin (MTK) vətəndaşları aldatması ilə bağlı şikayətlər xeyli artıb. Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov  bildirib ki, 2016-cı ildə 100-dən çox mənzil-tikinti kooperativi və şirkət barəsində şikayətlər daxil olub.

 

Şikayətlərin bir qismində vətəndaşlar inşa edilmiş çoxmərtəbəli yaşayış binalarının müvafiq norma və qaydalara uyğun tikilməməsindən, müqavilə şərtlərinin kobud surətdə pozulmasından, bəzi şirkətlərin mənzilin pulunu aldıqdan sonra yoxa çıxmasından, mənzillərin dövlət komissiyası tərəfindən istismara qəbul edilməməsindən, vətəndaşların bu binalarda aldıqları mənzilə mülkiyyət hüququnu təsdiq etdirə bilməməsindən, yol verilən süründürməçilikdən, qazın və suyun vaxtında verilməməsindən, bunun üçün sakinlərdən dəfələrlə əlavə pul yığılmasından şikayətlənirlər.

 

“2 MTK 800 vətəndaşı aldadıb”

 

Hüquqşünas Xəyal Bəşirov da  açıqlamasında son dövrlər MTK-ların saxtakarlıqları və vətəndaşları aldatmaları ilə xeyli faktla qarşılaşdığını deyib. Təkcə, bir mənzili bir neçə nəfərə satmaqla "Sahil D company" və "Real MTK" 800-ə yaxın vətəndaşı aldadıb.

 

O bildirib ki, əslində bu neqativ halların qarşısını almaq üçün ölkənin qanunvericilik bazasında kifayət qədər əsaslar və normalar mövcuddur. Amma mənzil almaq arzusunda olan vətəndaşların öz hüquqlarını bilməməsi faktı sonda bu cür xoşagəlməz halların baş verməsinə səbəb olur.

 

Cinayət işi açılan MTK-lar vətəndaşları aldatmaqda davam edir

 

Bununla yanaşı, “iş başında olan” bir çox dələduz MTK rəhbərləri həmin insanların hüquqi savadsızlıqlarından və həm də qanunvericilikdə mövcud olan müəyyən boşluqlardan öz mənafeləri naminə məharətlə istifadə edirlər. Təbii olaraq dövlətimiz müvafiq orqanlar vasitəsi ilə cəmiyyətimizin bu cür çirkin mənzərəsi ilə fasiləsiz olaraq mübarizə aparır və bu cür şəxslərin böyük əksəriyyəti özlərinin layiqli cəzalarını almaqdadırlar. 20-dən çox MTK-ya qarşı cinayət işi açılıb. Bununla belə, haqqında cinayət işi açılan bəzi MTK-lar vətəndaşları aldatmaqda davam edirlər. Məsələn, “Yeni Yasamal MTK” şikayətçi olan vətəndaşın pulunu qaytarmaq üçün başqa bir vətəndaşı aldadaraq pul alır.  Görünən odur ki, bu cəzalar heç də həmişə cinayətlərin qurbanına çevrilmiş şəxslərin pozulmuş hüquqlarının bərpası və əllərindən çıxmış mənzillərinin qaytarılması ilə nəticələnmir.

 

“Mənzili başqasına satmaq üçün 3-10 min rüşvət tələb edirlər”

 

“MTK”ların “dələduzluq” halları bununla yekunlaşmır. “Kupça” verilməyən mənzilin sahibi onu başqa vətəndaşa satmaq istəyir. Qanuna əsasən mənzilin sahibi həm də MTK-nın üzvü olduğu üçün hər hansı bir vəsait ödənilmədən mənzil digər vətəndaşa ötürülməlidir. MTK-lar isə bunun üçün vətəndaşdan 3-5 min manat, bəzi hallarda hətta 10 min manat tələb edirlər. Bununla yanaşı, evin əvvəlki sahibinə verilən sənədi qanunsuz olaraq cırıb atırlar. Nəticədə ortaya elə mənzərə çıxır ki, mənzil MTK-dan birbaşa ikinci müştəriyə satılıb.

 

“Dövlətin pulsuz verdiyi sayğacları, pulla satırlar”

 

X.Bəşirov bildirib ki, Mülki Məcəlləyə və Mənzil Məcəlləsinə əsasən əslində insanlar MTK-larla alqı-satqı müqaviləsi bağlamalı deyil, ödədikləri üzvlük haqqı hesabına həmin kooperativlərə üzv kimi qəbul olunmalıdırlar. Və həmin Mənzil Tikinti Kooperativlərinin üzvlərinin vəsaitləri hesabına həmin çoxmənzilli binanın tikintisi başa çatdırılmalıdır. Vəkilin sözlərinə görə, binanın tikintisi bitdikdən sonra 6 ay ərzində MTK-lar ləğv edilməli, Mənzil Sahiblərinin Müştərək Cəmiyyəti (MSMC) yaradılmalıdır. Bina ilə bağlı məsələləri MSMC-lər tənzimləməlidir. Amma hazırda bu belə deyil. MTK-lar nəinki ləğv edilmir, hətta qanunsuz olaraq kommunal ödənişləri toplayır, qanunla pulsuz olan sayğacları ev sahiblərinə pullu satırlar.  

 

1. “Kotlovandan”dan deyil, mövcud binalardan ev alın

 

Hüquqşünas hesab edir ki, vətəndaşlar “dələduz” MTK-ların qurbanına çevrilmək istəmirlərsə bəzi məsələlərə diqqət yetirməlidirlər. Birincisi, bünövrəsi qoyulmayan çoxmənzilli binalarda, qeyri-müəyyən müddətdən sonra mövcud olub olmayacağı dəqiq bilinməyən mənzil almamalıdırlar. Bu həm qanuna ziddir, həm də vətəndaş üçün təhlükəlidir. Çünki həmin mənzillərin yerləşdiyi binanın tikilib başa çatdırılacağı sual altındadır. Bir çox hallarda da bu cür tikilməkdə olan binaların tikintisinin müxtəlif səbəblərdən yarımçıq saxlanılmasının şahidi oluruq. Nəticədə əvvəlcədən belə ev üçün pul ödəyən vətəndaş həm evsiz qalır, həm də pulunu geri qaytara bilmir. Mövcud binalardan mənzil almaq daha məqsədəuyğundur.

 

2. MTK-lardan ev alarkən mütləq ödəniş qəbzi tələb edilməlidir

 

MTK-lardan ev almaq istəyənlər bununla yanaşı, alqı-satqı zamanı maliyyə arayışı ilə yanaşı, ödəniş qəbzini də tələb etməlidirlər. X.Bəşirov bildirib ki, vətəndaşlar adətən hesab edirlər ki, maliyyə arayışını almaqla iş bitir. Amma bu belə deyil. Maliyyə arayışı sadəcə vətəndaşın MTK qarşısında öhdəliyinin yerinə yetirildiyini göstərir. Ödəniş qəbzi isə MTK-ya köçürmə ilə bağlı əsas qanuni sənəd hesab edilir və ödəniş məbləğini göstərir. MTK ödəniş qəbzini təqdim etmirsə, bu artıq həmin korperativin vergidən yayındığını, qanunsuzluqlara yol verdiyinin göstəricisidir. Vətəndaş bununla aldadılma ehtimalının yüksək olduğunu nəzərə almalıdır. Digər tərəfdən, vətəndaşa qarşı “dələduzluq” halı baş verərsə, cinayət işi açılan zaman həm hüquq-mühafizə orqanları, həm də məhkəmə maliyyə arayışı ilə yanaşı əsas sənəd olaraq ödəniş qəbzini tələb edirlər.

 

3. MTK-dan ev almaq istəyənlər mütləq vəkillərə müraciət etsinlər

 

 X.Bəşirov hesab edir ki, MTK-lardan ev almaq istəyən vətəndaşlar hər bir halda vəkillərə və hüquqşünaslara müraciət etməlidirlər. Bu onları üzləşə biləcəkləri dələduzluq hallarından sığortaya bilər: “Düzdür, vətəndaş xidmət haqqı olaraq vəkillərə kiçik məbləğdə ödəniş etməli olacaqlar. Amma bu onları həm yeni evini, həm də on görə ödənilən böyük məbləğdə vəsaiti itirməkdən qoruyacaq”.

 

4. Adı cinayətdə hallanan MTK-lardan uzaq durun

 

Ən əsası MTK-larda mənzil almaq istəyən vətəndaşlar adı cinayətdə hallanan MTK-lara müraciət etməməlidirlər. X.Bəşirov həmin MTK-ların siyahısını təqdim edib. Siyahı belədir:

 

N

Cinayət işi açılan MTK

1

"ANT MTK"                                      

2

."Şərq-M MTK"

3

"Badu Kubə MTK"

4

"Yeni Yasamal MTK"

5

"RUM MTK"

6

"Əzizbəy KM MTK"

7

"Ayla MTK"

8

"İdeal İnşaat MTK"

9

“Dağlar MTK"

10

"Real MTK" 

 

11

200 saylı MTK"

12

"Sahil D company" 

13

"Fuad LTD"

14

"Xəzərə mənzərə MTK"

15

"Xəmsə MTK"

16

"Birlik MTK"

17

"Kamran B, Ə MTK" 

18

"STS MTK" 

19

"Karat MTK"

© Fins.az

17.02.2017 12:33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ