“AMAY”-ın İrandakı şirkətinə rəhbərlik edən şəxs sərhəddə saxlanıldı
“AMAY”-ın İranda yaradılan şirkətinə rəhbərlik edən və axtarışda olan şəxs Azərbaycanən dövlət sərhədini pozarkən saxlanılıb.
Bu barədə " Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən məlumat verilib.
Bildirilib ki, DSX əməkdaşlarının sayıqlığı və peşəkarlığı nəticəsində Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 179.3.1-ci və 179.3.2-ci maddələri ilə təqsirli bilinən, barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib və axtarışda olan “AMAY” MMC tərəfindən İranda təsis edilən “Azər Caspian İran” şirkətinə məxsus müəssisələrə rəhbərlik edən 1976-cı il təvəllüdlü Bayramov Nizami İmran oğlu Yardımlı rayonu ərazisində İran İslam Republikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozarkən saxlanılıb.
N.Bayramovun üzərinə baxış keçirilərkən 20 qram tiryək, “Nokia” markalı mobil telefon, 150 ABŞ dolları və 100 manat pul aşkarlanıb.
Saxlanılan şəxsə həmin əməllərinə görə CM-nin 318.1-ci, 206.2-ci və 234.1-ci maddələri üzrə ittiham elan edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 saat əvvəl
-
4 saat əvvəl
Naxçıvanda sahibkarlara verilmiş güzəştli kreditlərin məbləği 2,5 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycan şirkəti dünyanın 43 ölkəsinə 1,7 milyon dollarlıq xidmət ixrac edib
-
5 saat əvvəl
Azərbaycanın ən böyük özəl ixracatçıları - İLK 10-LUQ AÇIQLANDI
-
5 saat əvvəl
Mahlıc 1-ci, pomidor 2-ci, elektrik enerjisi 3-cü olub - Azərbaycanın qeyri-neft ixracı açıqlandı
-
6 saat əvvəl
Özbəkistanın “Artel” və “AKFA” şirkətlərinin nümayəndələri ilə Bakıda görüş keçirilib
-
6 saat əvvəl
1,7 milyondan çox aksiz markasız “Cavallo”, “Platinium”, “Milano”aşkar edildi - VİDEO
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanda xəttə buraxılacaq elektrikli avtobusların sayı açıqlanıb