Pambıqçı hər hektardan 914 manat qazanıb
"Bu günə qədər pambığın dəyəri olaraq fermerlərə 36 milyon 600 min manat vəsait ödənilmişdir ki, bu da hər hektara 914 AZN məbləğində qazanc deməkdir".
Bu bardə "Marja"ya “MKT İstehsalat Kommersiya” MMC-dən bildirilib.
Qeyd edilib ki, 2018-ci ildə yeni texnologiyanın tətbiqi sayəsində 45,000 hektar sahədə, o cümlədən 8800 nəfərdən çox fermerə məxsus 40,000 hektar və şirkətə məxsus 5,000 hektar sahədə pambıq əkilib becərilmişdir. Cari ilin sentyabr ayından etibarən şirkət filial və xüsusi məntəqələrində pambıq qəbuluna başlayıb. Tədarük mövsümünün başlanmasından etibarən “Ağ qızıl” sortları üzrə 118 min tondan çox xam pambıq artıq qəbul edilib. Mövsümün sonunadək filiallarda və pambıq qəbulu məntəqələrində 120 min tondan artıq xam pambığın qəbulu gözlənilir. Bu isə 1 hektar üçün 26.7 sentner orta məhsuldarlıq deməkdir. Qeyd edək ki, bu nəticə ötən ilin göstəricisi ilə müqayisədə 8 sentner çoxdur.
"Fermerlərlə təşkil edilmiş qarşılıqlı işgüzar əlaqələr nəticəsində, onlara bu günə qədər pambığın dəyəri olaraq 36 milyon 600 min manat vəsait ödənilmişdir ki, bu da hər hektara 914 AZN məbləğində qazanc deməkdir. Bu münasibətlər getdikcə zənginləşir və doğmalaşır",- şirkətdən bildirilib.
Ölkənin pambıq və pambıq məhsulları istehsalı və satışı ilə məşğul olan aparıcı şirkəti “MKT İstehsalat Kommersiya” MMC pambıqçılığın inkişafına öz töhfəsini vermişdir. 1995-ci ildən fəaliyyətə başlayan Cəmiyyət ölkənin pambıqçılıqla məşğul olan qabaqcıl rayonlarında (Ağcabədi, Ağdam, Ağdaş, Biləsuvar, Beyləqan, Bərdə, Neftçala, Saatlı, Sabirabad, Salyan, Kürdəmir, Tərtər, Goranboy, İmişli, Ucar, Yevlax, Zərdab) yeni pambıq sortlarının əkilməsi, məhsuldarlığın artması, əlverişli infrastrukturun yaradılması istiqamətində işlər aparmaqda davam edir.
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin sentyabr ayında qeyri-neft sektoru üzrə malların ixracına dair dərc olunan reytinqə əsasən, “MKT İstehsalat Kommersiya” MMC 2018-ci ilin yanvar-avqust aylarında qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı subyektlərinin siyahısında 2-ci yer tutub. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə şirkət ixrac gəlirlərini 28.1 milyon artıraraq 48.1 milyon ABŞ dolları məbləğinə çatdırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
-
- 13 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Ən çox oxunanlar
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?


























