Anbarlara yığıb, qışda Rusiyaya ixrac edəcək
Tərtər rayonundakı ən nümunəvi təsərrüfatlardan biri Soyulan kəndində fəaliyyət göstərən “Azaqrokənd” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Təsərrüfatın əsasını bağçılıq təşkil etsə də, burada pambıqçılıq, tərəvəzçilik, taxılçılıq və digər sahələr də inkişaf etdirilir.
“Azaqrokənd” MMC-nin rəhbəri Zəfər Nəsirov bildirib ki, Tərtər rayonunun iqlimi və münbit torpaqları intensiv bağçılıq üçün əlverişlidir. Bunu nəzərə alan fermer 2010-cu ildən intensiv bağçılıq təsərrüfatı yaratmağa başlayıb və 24 hektarda xurma bağı salıb. Xurma ağacının məhsuldarlığı və xəstəliklərə davamlı olması, ən əsası isə satış bazarının mövcudluğu bu sahəyə marağı artırır. Bu il xurma bağından 300 ton məhsul yığılıb. Anbarlarda saxlanılan məhsul qış aylarında əsasən Rusiyaya ixrac olunacaq.
Bağçılıq təsərrüfatında xurma ilə yanaşı nar, alça, armud, gavalı, alma, qoz bağları da salınıb. Bağlarda əsasən xaricdən gətirilmiş meyvə ağacları üstünlük təşkil edir. Əldə olunan yüksək nəticələr bağçılığı daha da inkişaf etdirməyə stimul verir. Bu il bağlardan 7 ton alma, 3 ton gavalı, 800 kiloqram armud yığılıb.
Hazırda meyvə bağlarında ağaclara qış qulluğu edilir. Bağban Nofəl Nəsirov deyir ki, meyvə ağacları xüsusi diqqət, qulluq tələb edir. Bol məhsul əldə etmək üçün bağa il boyu qulluq etmək lazımdır. Qış mövsümündə ağacların inkişaf və məhsuldarlığını tənzimləmək məqsədilə budama işləri aparılmalıdır. Ağacların dibi qazılaraq yumşaldılmalı, peyin və gübrə verilməlidir. Mart ayına kimi qış yemləməsi və budama işləri başa çatdırılmalıdır.
Təsərrüfatda bu il pambıq, taxıl, yonca və digər yem bitkiləri də becərilib. 2019-cu ilin məhsulu üçün 5 hektarda taxıl əkilib. 8 hektarda pambıq, 15 hektarda şəkər çuğunduru becərilməsi nəzərdə tutulur. Tərtərli fermer təsərrüfatındakı bütün işləri lizinq yolu ilə aldığı kənd təsərrüfatı texnikaları vasitəsilə həyata keçirir. Hazırda 50-yə yaxın müxtəlif texnika və aqreqatla təchiz olunan MMC ətraf kəndlərdə də fermerlərə aqroservis xidməti göstərir.
Cəmiyyət tərəfindən Soyulan kəndində istixana təsərrüfatı da yaradılır. Ümumi ərazisi 5 hektar olan kompleksin 2 hektarında qurulan istixanada hazırda metal konstruksiya işləri görülür. Kompleksdə qazanxana, su anbarı, inzibati bina, anbarlar, işçilər üçün yeməkxana, istirahət otaqları inşa ediləcək, Türkiyə və İtaliya istehsalı olan ən müasir avadanlıqlar, İsrail istehsallı damcı suvarma sistemi quraşdırılacaq. Suvarma, havalandırma sistemləri tam avtomatlaşdırılmış şəkildə idarə olunacaq. Burada istehsal olunacaq pomidor və xiyar ixrac üçün nəzərdə tutulur. İstixanada 50 nəfər kənd sakini daimi işlə təmin ediləcək.
“Azaqrokənd” MMC-nin rəhbəri Zəfər Nəsirov gələcəkdə baramaçılığı da inkişaf etdirmək fikrindədir. Bunun üçün hazırlıq işlərinə başlanılıb. İpəkqurdunun yem bazasının möhkəmləndirilməsi məqsədilə Çindən gətirilmiş tut tingləri əkilir. Tut bağı üçün ayrılmış sahədə Çin texnologiyası əsasında 7 min ədəd tingin əkilməsi nəzərdə tutulur.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Azərtac
Müştərilərin xəbərləri
Davamlı inkişaf və yenidənqurma missiyası ilə "STV Engineering" şirkəti "Rebuild Karabakh" sərgisindədir ®
YAP-dan Türkiyənin hakim partiyasına sərt etiraz: “Azərbaycanın daxili işlərinə müdaxilə yolverilməzdir”
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün sonra
-
17 saat sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
-
12 saat sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
12 saat sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
57 d. əvvəl
Kapital Bankda əhalinin əmanətləri 1 milyard manat artıb - Depozitlər 10 milyard manatı keçib
- 59 d. əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Kapital Bankın biznes kreditləri portfeli istehlak kreditləri portfelindən daha sürətlə artıb
-
5 saat əvvəl
Azərbaycanda əhalinin borc yükü son illərin ən yüksək səviyyəsinə çatıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Kapital Bankda əhalinin əmanətləri 1 milyard manat artıb - Depozitlər 10 milyard manatı keçib
Azərbaycanda mənzil öz qiymətini kirayə ilə 23 ilə çıxarır
Mərkəzi Banka yeni səlahiyyət verilir
Ən çox oxunanlar
İnvestisiya şirkətlərinin xalis mənfəəti 60% artıb
Kapital Bankın biznes kreditləri portfeli istehlak kreditləri portfelindən daha sürətlə artıb

























