Sahibkar hansı vergiləri verməlidir? - IV hissə
Həmçinin oxu: Sahibkar hansı vergiləri verməlidir? - I hissə
Həmçinin oxu: Sahibkar hansı vergiləri verməlidir? - II hissə
Həmçinin oxu: Sahibkar hansı vergiləri verməlidir? - III hissə
Fiziki şəxsin əhaliyə xidmət göstərilməsi nə deməkdir?
Misal: Əgər fiziki şəxs 1 kiloqram kartofu əhaliyə satırsa deməli o sadələşmiş vergi ödəyicisidir yəni mikro sahibkar sayılır.
Əgər fiziki şəxs 1 kiloqram kartofu mağazaya satırsa olur gəlir vergisi ödəyəcisi.
Qeyd: Bu misalı topdan və pərakəndə ticarətə də əlavə etmək olar. Yəni mağaza kartofu əhaliyə satırsa olur parkəndə ticarət fəaliyyəti. Əgər digər mağazaya olur topdansatış fəaliyyət. ƏDV üzvü olmalıdır.
Xidməti müqavilə ilə işləyən şəxs vergini necə ödəməlidir?
Vergi Məcəlləsinin 151.5.2. maddəsinə əsasən cari vergi ödəmələrinin məbləği mənfəətdən və ya gəlirdən verginin məbləğinin 75 faizindən az olmamalıdır.
Misal: 1. VÖEN-i olan sərbəst mühasib “A” şirkətinə hesabatların verilməsi ilə bağlı xidmət göstərir. Xidməti müqavilədə 200 manat qeyd olunur. Vergi Məcəlləsinin 108 maddəsinə əsasən gəlirdən çıxılan xərclər (plastik kartın alınması, sığorta haqqının ödənilməsi ) 42,50 qəpikdir 200 - 42.50 = 157.50*20% = 31 manat 50 qəpik. 31, 50*75% = 23manat 63 qəpik. 31,50-23,50 = 8 manat vergi tutulacaq.
Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı necə ödənilir?
Sosial sığorta haqqında qanunun aşağıdakı maddələrinə nəzər salaq və bunların açlışınmisalla qeyd edək.
14.5. Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir:
14.5.1. sahibkarlıq fəaliyyəti üzrə - minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında; (2020-ci il yanvarın 1-dən qüvvəyə minir)
Tikinti materialları satan sahibkar 500 manat gəlir əldə edib. Nəzərə alsaq ki, minimum əmək haqqı 130 manatdır və bunun da 50 faizi 65 manat edir. Bu halda sahibkar 65 manat sığorta ödəyəcək.
14.5.2. mülki hüquqi xarakterli müqavilələrlə işləyənlər (fərdi sahibkarlar istisna olmaqla) üzrə ödəmə mənbəyindən tutulmaqla - gəlirlərinin 25 faizi miqdarında;
Fəhlə bir yerdə iş görür və 100 manat gəlir əldə edir. Bu halda 100*25%= 25 manat sosial ödəyəcək
.
14.5.3. xüsusi notariuslar üzrə - minimum aylıq əmək haqqının on mislinin 25 faizi miqdarında;
Özəl notarius 500 manat gəlir əldə edir. 130*10 = 1300*25%=325 manat sığorta ödəyəcəklər.
14.5.4. müəlliflik qonorarı ödəyən hüquqi və fiziki şəxslər üçün ödəmə mənbəyindən tutulmaqla - hesablanmış qonorar məbləğinin 15 faizi miqdarında;
Qəzet 100 manat qonarar ödəyir. 100*15%= 15 sığorta ödəyəcək.
14.5.5. vəkillər kollegiyasının üzvləri, sərbəst auditorlar, sərbəst mühasiblər - gəlirlərinin 20 faizi miqdarında;
Fərdi mühasib xidməti müqavilə ilə 200 manatlıq iş görüb.
200 * 20% = 40 manat sığorta ödəyəcək.
14.5.6. mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (I və II qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün (alınan əmlak və torpaq payı hesabına şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla) minimum aylıq əməkhaqqının 6 faizi miqdarında.
Şəxsi təsərrüfatı olan kəndlinin üç nəfər ailə üzvünün gəliri 300 manatdır. Hər biri ayrılıqda 100 manat gəlir əldə edirlər. Belə olan halda 300*6% = 18 manat sığorta haqqı ödəniləcək.
14.6. Məcburi dövlət sosial sığorta haqqı hər ay üçün hesablanır, əmək haqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir.
14.7. Bu qanunun məqsədləri üçün neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.
Qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığortaolunanların muzdlu işdən aylıq gəlirlərin nəçə faizi sığorta haqqına ödəniləcək?
Sosial sığorta haqqında qanunun 14.4 maddəsinə əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığortaolunanların muzdlu işdən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı dərəcələrlə ödənilir:
Sığorta haqqına cəlb edilən aylıq gəlir | sosial sığorta haqqı dərəcəsi | ||
cəmi | sığortaolunanın gəlirlərindən tutulan | sığortaedənin vəsaiti hesabına ödənilən | |
200 manatadək | 25 faiz | 3 faiz | 22 faiz |
200 manatdan çox olduqda | 25 faiz | 6 manat + 200 manatdan çox olan hissənin 10 faizi | 44 manat + 200 manatdan çox olan hissənin 15 faizi |
Misal: “Suqovuşan” MMC-nin işçi 180 manat gəlir əldə edir. 180*3% = 5.40 işçinin əmək haqqısından tutulub aidiyyatı quruma ödənilir.
“Suqovuşan” MMC-nin əmək haqqı fondundan 180*22% = 39.60 tutularaq aiddiyatı quruma köçürülür.
“Suqovuşan” MMC-nin işçisi 500 manat maaş alır.6+(500-200)*10%= 36 manat işçinin əmək haqqısından tutulub aidiyyatı quruma ödənilir.
“Suqovuşan” MMC-nin əmək haqqı fondundan 44+(500-200)*15% = 89.00 tutularaq aiddiyatı quruma köçürülür.
Fiziki şəxsin işçisi yoxdursa işçisizlikdə sığorta ödəməlidirmi?
İşsizlikdən sığorta haqqında qanuna əsasən şəxsin digər şəxslə və yaşəxslərlə əmək müqaviləsi bağlamırsa, o halda işsizlikdən sığorta haqqı ödəmir.
İşçisizlikdə sığorta ödəmələri necə həyata keçirilir?
“Suqovuşan” MMC-nin işçisi 300 manat maaş alır. İşçinin hesabına 300*0.5% = 1 manat 50 qəpik vəsait aidiyyatı quruma ödənilir.
İşəgötürən isə 300*0.5% = 1 manat 50 qəpik vəsaiti aidiyyatı quruma ödəyir.
© Marja.az üçün, iqtisadçı - ekspert Rauf Qarayev
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 1 gün sonra
-
- 5 d. əvvəl
-
1 saat əvvəl
Tullantılar necə biznesə çevrilir? “Tullantıların biznesi” kitabı NƏŞR OLUNDU
- 13 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı "İnvestra Kredit Ittifaqı"na lisenziya verib
-
13 saat əvvəl
AutoStar Kaukasus yeni S-Class modelini ilk dəfə Azərbaycanda təqdim etdi
-
14 saat əvvəl
Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb
- 14 saat əvvəl
-
15 saat əvvəl
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
- 16 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Rəsmi məzənnələr açıqlandı
Kürdəmirdə “Bazarstore” açılır
İyunda Azərbaycanda orta maaş cüzi azalıb
Ən çox oxunanlar
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Bank VTB Azərbaycan"ın kapital strukturu cari maliyyə göstəricilərinə uyğunlaşdırılıb
Leobank Uşaq kartı istifadəçilərinin sayı 20 000-ə çatdı!
“Mərmər İnşaat” şirkətinin biznes həcmi əhəmiyyətli şəkildə kiçilib
"ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib"
Azərbaycanda şirkətlərin sayı 6 faizə yaxın artıb























