Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Onlayn "qulaq falı"

iç səhifə xəbər başlığı altı (mobil)_31
Onlayn "qulaq falı"

Şübhə etmirəm ki, mənim kimi, siz də internetdəki banner reklamlarına artıq alışmısınız. Söhbət istənilən saytın köşəsindəki "filan şeyi al" və ya "filan yerə ucuz səhayət" tipli elanlardan gedir. Maraqlısı odur ki, orada yalnız "random" (təsadüfi) qaydada seçilmiş reklamlar deyil, eyni zamanda yaxın vaxtda onlayn mağazalarda və ya axtarış sistemlərində tapmağa çalışdığımız məhsullar da peyda olur. Paradoksal olan isə odur ki, bu, heç kimi təəccübləndirmir. Əksinə, bəziləri "elə mən də bunu axtarırdım" deyə həmin reklam platformasına bacardığı qədər təşəkkür edir.

 

Reklam_3_11

Həyatımızın ayrılmaz bir parçasına çevrilmiş bu elanların bir adı var - hədəflənmiş reklam.



Niyə hədəflənmiş reklamın hədəfinə məhz biz çevrilirik? Bu yazıda həmin suala cavab tapmağa çalışacağam.

 

İSTİ İZLƏRLƏ

 

Reklam bannerlərini istifadəçiyə onun rəqəmsal izləri əsasında göstərirlər. Məsələn, siz "Google"da hansısa bir məhsulla bağlı araşdırma aparırsınız. Çox keçmir ki, həmin məhsulun reklamı "YouTube" ("Google"a məxsusdur) servisində sizin qarşısınıza çıxır. Analoji hal "Facebook" və digər platformalarda da yaşana bilər. Bəs bu necə baş verir? Məsələ burasındadır ki, bu məlumatlar xüsusi piksellər, yəni həmin axtarış səhifəsində quraşdırılan kod vasitəsilə yığılır. Ardınca reklamçılar sizin maraq dairənizə əsasən elanları bölüşdürür.


Maraq dairəsi demişkən, biz reklam bannerii klikləyəndə və ya ondan imtina edəndə rekamçı bizim haqqımızda daha çox məlumat əldə edir. Başqa sözlə, biz daha relevant (asanlaşdırılmış, dəqiq) təkliflər almağa başlayırıq.

 

Bir şeyi də nəzərə alın ki, reklamının yayılmasını istəyən şirkət istifadəçi barədə maksimum dəqiq məlumat almaqda maraqlıdır. Lakin bu həmişə mümkün olmur. Yəqin ki, hər birinizin rastınıza internetdə marağınızda olmayan məhsullar çıxıb. Yəni, sizin həmin məhsulu almaq ehtimalınız sıfıra yaxındır. Bunun əsas səbəbi odur ki, sizin haqqınızda kifayət qədər informasiya toplanılmayıb.

 

Bəzən isə rastımıza yaxın vaxtda ziyarət etdiyimiz yerlər barədə elanlar çıxır. Məsələn, Qəbələyə səfər etmisiniz, ertəsi gün isə sizə həmin ərazidəki hotellərin sərfəli təklifləri verilir. Məsələ olduqca bəsitdir - siz ya wi-fi qoşulmusunuz, ya da mobil internetin köməyi ilə sosial şəbəkələrdə hansısa paylaşım etmisiniz.


Təbii ki, reklamının yayılmasını istəyən şəxs (şirkət, təşkilat) coğrafi hədəflənməyə də üstünlük verir. 

 

KÖRPÜNÜ ÖZÜMÜZ YARADIRIQ!

 

Beləliklə, reklamçılara istifadəçilər barədə verilən məlumatı iki qrupa bölmək olar: onlayn və offlayn. Anladığınız kimi, onlayn qrupuna internetdəki, offlayna isə real həyatdakı hərəkətlərimiz daxildir. Sözsüz ki, bunlar arasında bir körpü mövcuddur və bu körpünün adı internetdir. Qayıdıram bayaq çəkdiyim misala. Qəbələyə səfəriniz zamanı siz bir neçə şəkil çəkdirmisinizsə, onlardan azı 1 və ya 2-ni paylaşacaqsınız, üstəlik, ürəyinizdən keçən sözləri də əlavə edəcəksiniz. Beləliklə, reklamçı sizi daha yaxından tanımaqla yanaşı, siz offlayn məlumatları onlayna çevirirsiniz. Hüquqi baxımdan siz matçinqə (matching) icazə verdiniz. Bəziləriniz üçün yeni olan matçinq termini məlumatların qarşılaşdırılması anlamını verir.

 

Yeri gəlmişkən, bir müddətdir ki, "Google" ikiqat avtorizasiya tələb edir - yalnız elektron poçtla deyil, həm də mobil telefon nömrəsi ilə. Beləliklə, şirkət saytlara daxil olanların coğrafiyası barədə daha dəqiq məlumat əldə edir və elanlarını bunun əsasında yerləşdirir.

 

QULAĞIMIZ SİZDƏDİR!

 

Sözsüz ki, bu yazını oxuyanların mütləq əksəriyyətinin beynində belə bir sual canlanıb: bizi dinləyə bilərlərmi? Müxtəlif vaxtlarda "Facebook" və "Instagram" bu cür iddialara cavab verməli olub. Suala cavabı bir qədər də dərində axtaracağam. Araşdırmalar isbat edir ki, yanvar ayının 1-də ən çox rast gəlinən elanlar mədə və baş ağrıları ilə bağlıdır. Bunun səbəbi heç də o deyil ki, biz bu cür ağrılardan şikayət edən zaman telefon yanımızda idi. İş burasındadır ki, reklamçılar mövsümi amilləri mütləq nəzərə alır.

 

Ekspertlərin fikrincə, dinləməni təşkil etmək o qədər də çətin deyil. Yetər ki, istifadəçi mikrofona çıxışa icazə versin. Vəssalam! Lakin İT mütəxəssislər isə deyir ki, məşhur reklam platformaları arasında belə hallara rast gəlinməyib. Üstəlik, şirkətlər öz reputasiyalarını ayaq altına almağa, istifadəçilərinin etimad və etibarını yerlə yeksan etməyə risk etməzlər.

 

QURTULMAQ MÜMKÜNSÜZDÜR!

 

Mütəxəssislər onu da deyir ki, internet reklamdan qurtulmaq, yəni bütün şəxsi məlumatlarını gizlətmək faktiki olaraq mümkün deyil. Bununla yanaşı, bu cür müdafiə sıravi vətəndaşa heç lazım da deyil. Onu da anlamaq lazımdır ki, məlumatların yığılmasının məqsədi izlənmə və ya dinlənmə deyil, marketinqdir.
 

Müəllif: İlkin Əhmədov

29.01.2019 11:24

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ