“MƏTANƏT A” şirkəti gənclərin məşğulluğunun artırılmasına töhfə verir
(®) “Mətanət A” şirkəti ölkəmizdə yeni iş yerlərinin açılması, gənclərin məşğulluğunun artırılması strategiyasına ən çox töhfə verən biznes qurumlarından biridir. Eyni zamanda əməkdaşlarının sıralarını gənc və perspektivli kadrlarla zənginləşdirməkdə maraqlı olan şirkət Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilən tələbə və məzunlar üçün növbəti karyera sərgisində iştirak edib. “Mətanət A” şirkəti sərgidə müxtəlif xarakterli 10-a yaxın vakansiya təqdim edib.
Tələbə və məzunlar Azərbaycanın əmək bazarında yüksək səviyyəli iş şəraiti və adekvat əmək haqları təklif edən biznes strukturu kimi tanınan “Mətanət A” ailəsinə üzv olmanın üstünlükləri ilə tanış olub, iş təklifləri ilə yaxından maraqlanıblar. Şirkətin mütəxəssisləri sərgi iştirakçılarına vakansiyalarla bağlı ətraflı məlumat veriblər. “Mətanət A” şirkətində işləmək arzusunda olan gənclər elə sərginin gedişi sırasında işə qəbulla bağlı doldurduqları anket və CV-lərini “Mətanət A” şirkətinin İnsan Resursları Departamentinin nümayəndələrinə təqdim ediblər.
Qeyd edək ki, «Mətanət A» şirkətinin əsası 2000-ci ildə qoyulub və qısa müddət ərzində milli şirkətlər arasında aparıcı yerlərdən birinə sahib olaraq innovativ texnologiyalar sayəsində yüksək inkişaf səviyyəsinə çatıb. Müasir texnologiyalarla təchiz olunmuş zavodlarında istehsal edilən məhsullar ölkəmizdə və onun hüdudlarından kənarda istifadəçilərin rəğbətini qazanaraq şirkəti öz sektorunda qabaqcıl biznes strukturlarından birinə çevirib. Hazırda şirkət 3 sistemdə, 24 mal qrupunda fəaliyyət göstərməklə 200-dən çox ticarət markasına və 1000-dən artıq məhsul çeşidinə malikdir. Müştərilərə həm çeşid zənginliyi, həm rahatlıq, həm də keyfiyyət baxımından tam xidmət göstərməklə daim yeni ideyaların ortaya qoyulması şirkətin əsas prinsiplərindəndir.
Karyeranızı dinamik inkişaf edən innovativ bir şirkətdə - “Mətanət A” da qurun.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 47 d. sonra
- 1 saat əvvəl
-
13 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Trampa seçki zərbəsi – Demokratlar önə keçib
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
Ən çox oxunanlar
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM























