“Access Bankirlər Məktəbi" layihəsinə start verilir!
(®) "AccessBank" bu sektorda inkişaf edərək uğurlu karyera qurmaq istəyənlər üçün "Access Bankirlər Məktəbi" ("Access Bankers School") layihəsinə start verir. Layihənin məqsədi yüksək potensiala malik gənclərin peşəkar addımlarını atmaqda dəstək olmaqdır.
12 həftə davam edəcək layihə çərçivəsində namizədlər Bankın baş ofisində və filiallarında hazırlıq keçəcək. İştirakçılar mikrokreditləşmə, kiçik və orta biznes müştəriləri ilə iş, tamçeşidli qeyri-kredit məhsullarının və xidmətlərinin təqdim olunması, xəzinədarlıq və risklərin idarə edilməsi kimi istiqamətlərlə tanış olacaq.
Namizədlərə qarşı tələblər:
-Ən azı bakalavr dərəcəsi
-Komandada işləmək bacarığı
-Analitik təfəkkür
-AccessBank-da karyera qurmaq istəyi
-Bankın regional filiallarında işləmək istəyi və imkanı
-Rus və / və ya ingilis dili biliyinə üstünlük verilir
-İş təcrübəsi tələb olunmur, amma təcrübənin olması üstün cəhətdir.
Seçim mərhələlərindən keçmiş namizədlərə aşağıdakılar təklif olunur:
-Unikal peşəkar inkişaf imkanı
-İlk təlim günlərindən etibarən əmək müqaviləsinin bağlanması
-Təlim müddətində zəmanətli əməkhaqqı
--Bank sahəsini eyni zamanda bir neçə istiqamətdən tanımaq imkanı
AccessBank-da karyera yüksəlişi.
"Access Bankirlər Məktəbi"nə müraciət etmək üçün 31 mart 2019-cu il tarixinədək sayta keçid edərək (https://www.accessbank.az/az/our-bank/bankers-school/ ) qeydiyyatdan keçə bilərsiniz. Növbəti 3 həftə ərzində (31 mart - 21 aprel) namizədlərin seçimi aparılacaq və seçilmiş şəxslərə elektron məktub və SMS vasitəsilə məlumat veriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 1 saat sonra
- 45 d. əvvəl
-
13 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Trampa seçki zərbəsi – Demokratlar önə keçib
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
Ən çox oxunanlar
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM






















