“AS Qrup İnvestment” onlarla məktəblinin arzusunu yerinə yetirdi
® “AS Qrup İnvestment” Novruz bayramı ərəfəsində ASAN Könüllüləri Təşkilatının “ASAN məktub” layihəsinə qoşularaq Masallı rayonunda onlarla məktəblinin arsuzunun reallaşmasında iştirak etdi.
ASAN Könüllüləri və şirkət əməkdaşları torpaq çərşənbəsi günü – 19 mart tarixində Masallı “ASAN Həyat” kompleksində 11 məktəbdən olan şagirdləri bir araya topladı və birlikdə bayram şənliyi keçirdilər. Masallı rayonunun Alvadı, Qızılavar, Sığdaş, Bədəlan, Türkoba, Hişkədərə, Mahmudavar, Musaküçə, Alışanlı, Ətçələr və Cəlilabad rayonunun Göytəpə kəndindən olan və www.asanmektub.az saytına məktub ünvanlamış 80 məktəblinin arzusu reallaşıb. Onlardan 40 nəfərinin istəyi “AS Qrup İnvestment” tərəfindən qarşılanıb. Uşaqlara öz istəklərinə uyğun olaraq geyimlər, məktəb ləvazimatları hədiyyə olunub.
Bu layihənin məqsədi xeyirxahlıq ənənələrinə malik olan ölkəmizdə sosial fəaliyyəti yaymaq, maddi qazanc güdmədən uşaqlara sevinc yaşatmaqdır. “ASAN məktub” layihəsi vasitəsi ilə Respublika ərazisində yaşayan uşaq evlərinin, az təminatlı ailələrin və kənardan qayğıya ehtiyacı olan uşaqların arzuları həyata keçirilir.
“AS Qrup İnvestment” əməkdaşları isə mütəmadi icra etdiyi Korporativ Sosial Məsuliyyət siyasətinə uyğun növbəti aksiyanı “ASAN məktub” layihəsinə qoşularaq həyata keçirməkdən məmnunluq duyduqlarını bildirdilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 1 saat sonra
- 45 d. əvvəl
-
13 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Trampa seçki zərbəsi – Demokratlar önə keçib
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
Ən çox oxunanlar
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM





















