Expressbank təbiətin qorunmasına önəm verir
(®) Ekoloji tarazlığın bərpasını, ətraf mühitin qorunmasını mütəmadi olaraq diqqətdə saxlayan Expressbank kollektivi Azərbaycan təbiətinə xüsusi önəm vermiş, daim onun təbii və ilkin toxunulmazlığının qorunmasını ən vacib məsələlərdən saymış, Ümummilli lider Heydər Əliyevin “Hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir!” sözünü rəhbər tutaraq Beynəlxalq Yer günü ilə əlaqədar olaraq ağacəkmə aksiyası keçirib.
Aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 21 aprel 2019- cu il tarixində Binəqədi rayonu ətrafında baş tutub.
Mütəmadi olaraq mühüm korporativ sosial məsuliyyət tədbirlərinə böyük önəm verən Expressbank- ın bu tədbirinin əsas məqsədi ətraf mühitin qorunmasının vacibliyini insanlara çatdırmaqla ictimai nəzarəti gücləndirmək, ekoloji tarazlığın bərpasını həyata keçirmək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.
Bankın İnsan Resursları departamentinin rəhbəri Məlahət Abdullayeva bildirdi ki, “Bu gün əkilən hər bir ağac gələcək nəsillərə yadigar qalacaq. Bakı şəhərində, ümumilikdə Abşeron yarımadasında ekoloji tarazlığın qorunmasında vacib rol oynayacaq. Məqsədimiz ekoloji-maarifləndirmə çərçivəsində ətraf mühitin qorunmasına xidmət etmək və ictimaiyyətin diqqətini bu sahəyə cəlb etməkdir.”
Ağacəkmə aksiyası zamanı əməkdaşlar həmçinin ərazini tullantılardan təmizlədilər. Expressbank ekoloji-maarifləndirmə çərçivəsində ətraf mühitin qorunmasının əhəmiyyətinin təbliğatı ilə əlaqədar olaraq bu cür maarifləndirici tədbirləri davam etdirəcək.
Qeyd edək ki, pərakəndə və biznes bankçılıq sahəsində fəaliyyət göstərən, geniş maliyyə məhsulu və xidmətlərinə malik olan Expressbank-ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.
Ağacəkmə aksiyasından hazırlanan çarx
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 1 saat sonra
- 19 d. əvvəl
-
13 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Trampa seçki zərbəsi – Demokratlar önə keçib
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
Ən çox oxunanlar
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM



















