Azərbaycanda ət qıtlığıdır - bahalşamanın səbəbləri
Ətin qiyməti bahalaşıb. Əgər yanvarda mal ətinin orta qiyməti 10, qoyun ətinin 11 manat idisə, artıq fevralda qiymətlər 1-1,5 manat artıb.
Sıravi ət satıcıları arasında sorğu göstərir ki, ətin qymətinin artmasına səbəb qıtlıqdır.
Satıcılar istehsalçılara istinadən deyir ki, ölkədə otlaq əraziləri kəskin azalıb. Bu ərazilər inzibati qaydada pambıq, üzüm və müxtəlif bitkilərin əkilməsi üçün ayrılıb.
Satıcıların sözlərinə görə, qiymət artımının digər səbəbi odur ki, gömrükdə bir heyvanın qiyməti (rəsmi rüsumla rüşvət) 100 dollardan 250 dollara qalxıb.
Heyvanların topdan satış nəqli üçün heyvan sayından asılı olmayaraq heyvan daşıyan maşının hər bir furqonu üçün 20 min manat tələb edilir.
Statistika özünü təmin etmədən danışır
Statistika deyir ki, Azərbaycan özünü 90%-dən çox ət və ət məhsulları ilə təmin edir. Bununla belə, həmin statistikaya əsasən, özünü təmin etmə faizi ildən-ilə artır. Əgər 2013-cü ildə Azərbaycan özünü mal əti ilə 86,3%, qoyun əti ilə 97,7% təmin edirdisə, 2014-cü ildə bu göstəricilər 87,7% və 97,9%, 2015-c ildə ümumiyyətlə müvafiq olaraq 91,8% və 99,3%-ə çatıb.
Rəsmi rəqəmlərə görə, 2016-cı ildə Azərbaycanda 523,8 ton ət istehsal edilib. Bunun üzərinə 2016-cı ildə 5235,08 ton təşkil edən mal əti idxalını da gəlmək lazımdır.
Bundan əlavə, ölkəyə 66 min 805 baş xırda buynuzlu heyvan - 6 min 476 Rusiyadan, 60 min 329 Gürcüstandan idxal edilib.
Nazirlər Kabinetinin minimal istehlak səbəti ilə bağlı 2014-cü ildəki qərarına əsasən, orta hesabla adambaşına tələbat 29,4 kq təşkil etməlidir. Bu rəqəmə əsasən, ölkədə minimal ət tələbatı 285,3 ton təşkil etməlidir. Başqa sözlə, statistikaya inansaq, təkcə daxili istehsal tələbatı təminən iki dəfə ödəməlidir. Yəni statistika iddia edir ki, adambaşına 58 kq ət düşür.
Orta qazancı olan 4 nəfərlik ailə ayda 4 kq, yaxud ildə adambaşına 12 kq ət yeyir, bu da minimal istehlak səbətinin tələbindən 2,5 dəfə, ÜST standartlarından 7 dəfə azdır. Onda hansı özünü təminatdan söhbət gedir?
Belə çıxır ki, bazarın real həcmi 108 min ton (12 kq х 9 mln adam), yaxud statistikanın iddia etdiyindən 4,8 dəfə azdır.
Ekspertlər rəsmi rəqəmlərə etibar etmir
Ancaq ekspertlər ət istehsalı ilə bağlı rəqəmləri yanlış hesab edir. Belə ki, İqtisadi Tədqiqatlar Mərkəzinin departament rəhbəri Valeh Məhərrəmov qeyd edib ki, Dövlət Statistika Komitəsinin rəqəmləri həddən artıq şişirdilib, ikincisi də orda heyvanların diri çəkisi qeyd olunub. Əgər diri çəkini ətə çevirsək, istehsal 250 min ton təşkil edir. İdxalla birgə bazarın ümumi həcmi 260 min tondan artıq deyil. Rəsmi rəqəmlərə əsasən, ölkədə 8,8 mln. xırda buynuzlu və 2,7 mln. iri buynuzlu heyvan var. “Ölkədə heyvanların identifikasiyası həyata keçirilməyib və bu rəqəmin hardan götürüldüyü məlum deyil”, - deyə o bildirib.
Onun fikrincə, əslində ət istehsalı hətta minimal istehlak səbətində göstərilən rəqəmi də ödəmir.
“Əgər beynəlxalq standartları götürsək, ondan çox uzaqdayıq. O, 2,9 dəfə azdır. Belə ki, Beynəlxalq Səhiyyə Təşkilatı hesab edir ki, illik istehlak adambaşına 84 kq təşkil etməlidir. Məsələn, Rusiyada ət istehsalı adambaşına 70 kq təşkil edir və onlar 84 kq çatdırmağı qarşılarına məqsəd qoyub”, - deyə o bildirib.
V.Məhərrəmov qeyd edib ki, hazırda paradoksal vəziyyət yaranıb, əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb və tələbat azalıb, ancaq ətin qiyməti qalxır.
“Ət qıtlığı göz qabağındadır. Otlaq sahələri azalır. Son 3 ildə əkin üçün 100 min hektar otlaq sahəsi ayrılıb. Yaxın vaxtlarda əkin üçün daha 50 min hektar otlaq sahəsinin ayrılması nəzərdə tutulur”, - deyə bildirib.
Ekspert həmçinin qeyd edib ki, otlaq sahələrinin azalması ilə paralel olaraq kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət proqramından qeyd olunan normalar da yerinə yetirilmir.
“Dövlət proqramında qeyd olunur ki, ildə 2 mln ton kalorili yem hazırlanacaq. Ancaq 2016-cı ildə cəmi 47 min ton belə yem hazırlanıb”.
© Turan
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 52 d. sonra
-
10 d. əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
-
17 d. əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 28 d. əvvəl
-
39 d. əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 50 d. əvvəl
-
1 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
2 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
2 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
13%-lik istiqrazları 71 investor aldı
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir



























