120 milyon avroya zavod tikilir, 650 nəfərlik iş yeri açılacaq
“Run Group”un dəvəti ilə Azərbaycana gələn “Dagan” şirkəti burada Göygöl Buğda Nişastası Dərin Emalı Zavodu üçün ən qabaqcıl texnologiyalarla buğda yetişdirmək niyyətindədir.
“Run Group”un yaydığı məlumata görə, zavodun tam gücü ilə işləməsi üçün 300 000 ton buğda lazım olacaq. Bununla əlaqədar yaradılan “Dagan & Run Group” müştərək şirkəti mayın 16-da Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiyalar Mərkəzi ilə memorandum da imzalayıb.
Məlumatda qedy edilib ki, təqdim olunan layihə ilə əlaqədar burada “Run Group”un digər beynəlxalq tərəfdaşları – Türkiyənin məşhur "Doğuş Holding" şirkətlər qrupunun və Çin Milli İdxal-İxrac Korporasıyasının (CNTIC) nümayəndələri də iştirak edirlər.
Belə ki, Göygöl rayonu ərazisində "Run Group"un sifarişi və "Run Const.&inv.comp" MMC-nin layihəsi əsasında Buğda Nişastası Dərin Emalı Zavodunun inşası işlərinin Baş podratçısı Türkiyənin məşhur "Doğuş Holding" şirkətlər qrupuna daxil olan "Ayson Geotektnik ve Deniz İnşaat A.Ş", potratçılar isə "Tunay" - Z.A ASC və Sİ-Qrupdur.
Dünyanın qabaqcıl ölkələrindən gətirilərək ən müasir texnika və texnologiyaların tətbiq ediləcəyi zavodun inşası üçün ilkin hesablamalara görə, 120 milyon avro investisiya tələb olunur. Zavodun inşasının maliyyələşməsini Çin Milli İdxal-İxrac Korporasıyası (CNTIC) və "Run Group"un birgə təsis etdiyi "CNTIC & Run Group" şirkəti həyata keçirir. Layihənin gerçəkləşməsinin bütün hüquqi məsələlərini isə İsrailin "Zahavi Pretty" hüquq şirkəti həll edir.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Göygöl şəhərində 20 hektarlıq ərazidə yerləşəcək nişasta zavodu istismara veriləndən sonra burada 650 nəfərlik iş yeri açılacaq və nişasta istehsalı üçün gündəlik 800 ton buğda emal edilə biləcək. Hələlik məhsulun 98 faizinin xaricə ixrac olunacağı, 2 faizinin isə daxili bazara çıxarılacağı planlaşdırılır. Qeyd edək ki, nişastadan qida sənayesində və tibdə istifadə olunan 12 adda məhsul hazırlanır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 23 saat sonra
-
- 11 d. əvvəl
-
35 d. əvvəl
“Azərsun Holdinq” yerli xammaldan günəbaxan yağı istehsalını 4000 tona çatdıracaq
-
58 d. əvvəl
Birbank Star kartı ilə ictimai nəqliyyatda hər ay 5 gediş ödənişsizdir ®
-
1 saat əvvəl
“Fitch” Azərbaycan Mərkəzi Bankının islahatlarını yüksək qiymətləndirdi
-
1 saat əvvəl
Xəzər sahilində yerləşən hovuz və şəxsi qarajı olan villalar satışa çıxarılıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Tullantılar necə biznesə çevrilir? “Tullantıların biznesi” kitabı NƏŞR OLUNDU
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Azərbaycan nefti cüzi ucuzlaşıb
Qızılın qiyməti son 2 ayın yeni maksimum səviyyəsində
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Kürdəmirdə “Bazarstore” açılır
İyunda Azərbaycanda orta maaş cüzi azalıb
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
























