Azərbaycanda yeni biznes sedanın satışı başladı - QİYMƏTLƏR
(®) "Cahan Motors" şirkəti Opel brendinə məxsus yeni İnsignia modelini bazara təqdim edib.
Qeyd edək ki, bu dəfəki model Opelin 120 illiyinə həsr edilərək “120 Years Edition” Opel İnsignia olaraq adlandırılmışdır. İstehsalçılar “Almaniyada yarandı, hamımız üçün istehsal edildi” deyərək, Opel sürücülərinə təşəkkürünü bildiriblər. Məhz bu səbəbdən “120 Years Edition Opel İnsignia” yaranıb.
Sözü gedən model bütün dünyada kifayət qədər böyük maraqla qarşılanmışdır. Buna səbəb avtomobilin interyerində funksionallıq və rahatlıq baxımından edilən əlavələrlə yanaşı köpəkbalığından ilhamlanmış xüsusi eksteryer dizayn olmuşdur. Təsadüfi deyil ki, avtomobilin ön görünüşü və yan qapılarda mövcud olan cizgilər köpəkbalığının yırtıcı və nəhəng görünüşünü təcəssüm etdirir.
Sükana ilk toxunuşdan hiss edilən cazibəsi avtomobilin təchizatında ən xırda detallara diqqət yetirildiyinin xəbərçisidir. Oturacaqların dizayn və təchizatı sürücü və sərnişinlərin avtomobildən zövq almasını təmin edir. Ümumilikdə isə interyerin quruluşu və lazımı alətlərin panellərdə müvafiq düzülüşü müasirliyi və innovativliyi aşılamaqla yanaşı, sürücünün idarə etmə zamanı özünə güvənini artırır.
Salonda qurulmuş Apple və Android Car Play sistemli monitor səyahətinizi daha rəngli və zövqlü etməklə yanaşı, ətrafa nəzarət monitoru funksiyasını da yerinə yetirir.
Yenilənmiş Opel İnsignia modeli aktiv təhlükəsizlik sistemləri kompleksinə sahibdir. Kompleksin tərkibinə avtomatik əyləcləmə funksiyası olan öndən qəzaları xəbərdar edən sistem (bu sistem vasitəsilə qarşıda olan avtomobilə və ya piyadaya yaxınlaşdıqda avtomobil özü özünü dayandırır) , hərəkət zolağına nəzarət funksiyası, yol nişanları haqqında məlumatvermə, arxa görüntü kamerası, ön və arxa park radarlar, kor zonalara nəzarət sistemləri daxildir. Bütün bunlardan əlavə bu modeldə sinifinin ən yaxşısı sayılan “İntellilux Led Matrix” faraları da mövcuddur ki, bu da avtomobilə daha müasir və cəzbedici görünüş bəxş edir.
Alman mühəndisləri yanacaq sərfiyyatını azaldmaqla bərabər, daha kiçik motorlardan daha yüksək güc və qüvvə momenti səviyyələri istehsal etməyi mümkün hala gətirmişdir. Bunun ən yaxşı nümunəsi Opel mühərrikləridir. Belə ki, İnsignia modeli 1.5 həcmli turbo mühərriklə, 165 at gücünə sahibdir. Bu isə öz sinifində ən çox at gücünə sahib olmaq iddiasını əks etdirir.
İnsignia-nı KİMLƏR SÜRƏ BİLƏR?
“Mükəmməlliyin 120 illiyi” zərif və atletik görünüşü ilə bütün avtomobil həvəskarlarının diqqət mərkəzində olacağı şübhə doğurmur. Cəlbedici, innovativ və daha təhlükəsiz olan İnsignia - nın potensial müştǝriləri uğurlu iş adamları, avtomobili sürücüsü tərəfindən idarə edilməsini sevənlər, gənc menecerlər, CEO-lar, gənc ailələr və son trendləri təqib edən gənclərdir.
Yeni İnsignia təqdim etdiyi rahatlıqla sizə tamamilə başqa bir dünya vəd edir. Ölkəmizdə bu modeli səbrsizliklə gözləyənlər bu gündən etibarən Babək prospekti 21/99 ünvanında yerləşən Opel Bakı Mərkəzinə yaxınlaşa bilərlər.
Avtomobil ilə yaxından tanış olmaq istəyənlər üçün sınaq yürüşü keçirmək imkanı da yaradılmışdır. Böyük ehtimalla siz bu avtomobilə aşiq olacaqsınız və nəyin bahasına olursa-olsun ona sahib olmaq istəyəcəksiniz.
Şirkətin Marketing Meneceri Rövşən Mehdiyevdən aldığımız məlumata əsasən “120 Years Edition İnsignia” modeli iki variantda - 46 000 manata və 49 000 manata təqdim olunur. Şirkət rəsmisinin sözlərinə əsasən, bu model biznes klass seqmentində ən yaxın gələcəkdə öz layiqli yerini tutacaq.
Əlavə məlumat üçün +994 55 258 55 45 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.





Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
3 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
-
5 saat əvvəl
Venesuela neft satışından 300 milyon dollarlıq gəlir əldə edib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Trampdan Davosda mühüm açıqlamalar
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
Ən çox oxunanlar
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"























