“Onlar unudulmadı”
19 illik fəaliyyəti dövründə inşaat sektorunda istehsal etdiyi keyfiyyətli məhsullarla tanınan “Mətanət A” şirkəti öz sektorunda Korporativ Sosial Məsuliyyət layihələrinin həyata keçirilməsinə də hər zaman xüsusi diqqət ayırmışdır.
Belə ki, şirkət ətraf mühitin qorunması, keyfiyyətli məhsulların istehsalı, kadrların inkişafı, eləcə də idman, mədəniyyət və təhsil sahəsinə daima dəstək verməklə sosial məsuliyyətə verdiyi önəmi sərgiləməkdədir.
Müsəlman aləminin ən vacib və ən gözəl bayramlarından biri olan Ramazan bayramı da birlik və bərabərliyin rəmzi hesab olunur. Bu bayramın təməlində xeyirxahlıq, paklıq, Allaha inam və sevgi durur. “Mətanət A” şirkəti hər il olduğu kimi bu il də Ramazan bayramında onlarla imkansız, sosial təminatı az olan, Qarabağ müharibəsi iştirakçıları, qaçqın və məcburi köçkün ailələrinin yanında oldu. Ailələrlə görüş zamanı onlara ərzaq sovqatları paylanıldı və bildirildi ki, “Mətanət A” şirkəti Korporativ Sosial Məsuliyyət proqramına uyğun olaraq hər zaman cəmiyyətin aztəminatlı, əlil, şəhid ailələrinə, eləcə də yaşlı, kimsəsiz ailələrə yardım etməklə öz korporativ vətəndaşlıq borcunu yerinə yetirir və bundan sonra da bu işləri davam etdirəcəkdir.
Qeyd edək ki, 2000-ci ildə əsası qoyulmuş “Mətanət A” şirkət qısa müddət ərzində milli şirkətlər arasında aparıcı yerlərdən birinə sahib olaraq innovativ texnologiyalar sayəsində yüksək inkişaf səviyyəsinə çatıb. Müasir texnologiyalarla təchiz olunmuş zavodlarında istehsal edilən məhsullar ölkəmizdə və onun hüdudlarından kənarda istifadəçilərin rəğbətini qazanmışdır. Hazırda şirkət 3 sistemdə, 24 mal qrupunda fəaliyyət göstərməklə 200-dən çox ticarət markasına və 1000-dən artıq məhsul çeşidinə malikdir. Müştərilərə həm çeşid zənginliyi, həm rahatlıq, həm də keyfiyyət baxımından tam xidmət göstərməklə daima yeni ideyaların ortaya qoyulması şirkətin əsas prinsiplərindəndir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 1 saat sonra
-
12 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















