İqtisadiyyat Nazirliyi “Bakcell”i mükafatlandırdı
(®) Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti Korporativ Sosial Məsuliyyət (KSM) sahəsində daha bir mükafata layiq görülüb.
İyunun 4-də Bakıda İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişaf Agentliyi (KOBİA) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) birgə təşkilatçılığı ilə keçirilən "Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır" adlı konfransda Bakcell “Korporativ Sosial Məsuliyyət” nominasiyası üzrə mükafatlandırılıb. Mükafat İqtisadiyyat naziri Şahin Mustafayev tərəfindən Bakcell şirkətinin rəhbərinə təqdim olunub.
Xatırladaq ki, bu ilin əvvəlində Bakcell şirkəti “Milli KSM Mükafatı 2018″ mükafatının qalibi olub. ASK, Azərbaycan Gənclər Fondu və Proaktiv şirkətinin təşkil etdiyi tədbirdə “Bakcell”in SOS Uşaq Kəndləri - Azərbaycan Assosiasiyası ilə birgə həyata keçirdiyi “Öz biznesinə başla və təkmilləşdir” layihəsi “Gənc sahibkarlara dəstək üzrə ilin layihəsi” nominasiyasında ən uğurlu KSM layihəsi elan edilib.
Bakcell artıq 10 ildir ki, ölkənin ən genişmiqyaslı Korporativ Sosial Məsuliyyət (KSM) proqramlardan biri olan “Bakcell Stars” proqramını həyata keçirir. “Bakcell Stars”ın əsas istiqamətlərindən biri xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaq və gənclər üçün imkanlar yaratmaq, onların cəmiyyətə inteqrasiyasının dəstəkləmək, təhsil və iş imkanları ilə təmin etməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 1 saat sonra
-
12 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır






















