Maliyyə Nazirliyindən Belarusdan alınan vaqonların qiyməti ilə bağlı açıqlama
Maliyyə Nazirliyi “Azərbaycan Dəmir Yolları” QSC-nin Belarus Respublikasından aldığı vaqonların qiyməti ilə bağlı son günlər bəzi kütləvi informasiya vasitələrində dərc olunan iddialara münasibət açıqlayıb.
Nazirliyin mətbuat katibi Mais Piriyev bildirib ki, əsasən bəzi ekspertlərə istinadla bir sıra mətbuat orqanlarında və sosial şəbəkələrdə dərc olunan “Azərbaycan Dəmir Yolları” QSC-nin Belarus Respublikasından aldığı vaqonların qiymətinin əvvəlki illə müqayisədə bir neçə dəfə çox olması və bu əqdin nəyə görə Maliyyə Nazirliyinin diqqətini cəlb etməməsi ilə bağlı bildirib:
“Əvvəla, “stəkanda fırtına” yaratmağa ehtiyac yoxdur. Bu, ilkin məlumat mənbəyi təhlil edilmədən hər hansı məsələyə qeyri peşəkar və hətta qeyri sağlam yanaşmanın əlamətidir. Ən azından bu məlumatlar yoxlanıla bilərdi. Məsələn, iddia olunur ki, bu il “Azərbaycan Dəmir Yolları” QSC-nin Belarusdan aldığı vaqon əvvəlki vaqon alışından 4,3 dəfə baha başa gəlib. Əslində isə bəlli olur ki, “Azərbaycan Dəmir Yolları” tərəfindən 2019-cu ildə Belarus Respublikasından ümumiyyətlə vaqon alınmayıb. Alış 2018-ci ildə olub, özü də iki vaqon deyil, hər biri 4 vaqondan ibarət olan 2 ədəd ikimərtəbəli qatar, yəni ümumilikdə 8 vaqon tədarük edilib. Bu tədarük QSC tərəfindən İsveçrənin “Stadler Bussang AG” şirkəti ilə bağlanmış müqavilə əsasında həyata keçirilib. Yeri gəlmişkən, “Azərbaycan Dəmir Yolları” tərəfindən 2015-2016-cı illərdə də “Stadler Bussang AG” şirkətindən eyni növ qatarlar alınaraq Bakı-Sumqayıt marşrutu üzrə istifadəyə verilib və bu qatarlarda bir vaqonun dəyəri təqribən 3,53 milyon ABŞ dolları olub. “Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatına əsasən, 2018-ci ildə tədarük olunan qatarlar sabit elektrik enerjisi sistemi (sabit cərəyan) ilə yanaşı, həm də dəyişən elektrik enerjisi sistemində (dəyişən cərəyan) hərəkət etmək xüsusiyyətinə malik olduğu üçün bu qatarlardakı vaqonların qiyməti 3,78 milyon ABŞ dolları təşkil edib”, - deyə nazirlik rəsmisi bildirib.
Bu əqdin Maliyyə Nazirliyinin diqqətini cəlb etməməsi ilə bağlı iddiaya gəlincə, mətbuat katibi qeyd edib ki, Maliyyə Nazirliyi heç bir dövlət şirkətinin gözətçisi deyil, ələxsus “Azərbaycan Dəmir Yolları” QSC kimi müstəqil gəlir mənbələrinə malik olan qurumlara münasibətdə.
“Hər bir dövlət şirkətinin təsdiq olunmuş əsasnaməsinə uyğun olaraq fəaliyyət göstərən rəhbərliyi mövcuddur və məhz bu rəhbərlik də bilavasitə şirkətin fəaliyyətinin nəticələrinə görə məsuliyyət daşıyır. Dövlət şirkətləri tədarük və alış əməliyyatları həyata keçirərkən dövlət satınalmaları qanunvericiliyinə riayət etməlidirlər. Həmin tədarükə gəldikdə isə qeyd etməliyik ki, sözügedən satınalmaya bu sahədə dövlət tənzimləməsini həyata keçirən müvafiq dövlət orqanı tərəfindən razılıq verilmişdir. Dövlət mülkiyyətində olan müəssisələrin maliyyə-təsərrüfat fəaliyyəti üzərində maliyyə nəzarətinin təmin edilməsi mövcud qanunvericiliklə Maliyyə Nazirliyinin vəzifələrinə aid edilməyib. Bununla belə, dövlət büdcəsindən dövlət şirkətlərinə hər hansı bir məqsəd üçün ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi Maliyyə Nazirliyi tərəfinən yoxlanıla bilər. Həmin yoxlamalar nazirliyin Dövlət Maliyyə Nəzarəti Xidmətinin illik iş planına daxil edilməklə həyata keçirilir. İş planından kənar yoxlamanın keçirilməsinə dair qərar xüsusi halların müşahidə olunduğu zaman qəbul edilə bilər.
Məlumat üçün onu da bildiririk ki, iri dövlət şirkətlərinin maliyyə-təsərrüfat fəaliyyətində fiskal dayanıqlılığın təmin edilməsi, gəlirlərin və xərclərin proqnozlaşdırılmasına və icrasına nəzarətin daha da gücləndirilməsi, habelə bu sahədə idarəetmənin təkmilləşdirilməsi və şəffaflığın artırılması məqsədi ilə Nazirlər Kabinetinin 30 dekabr 2016-cı il tarixli, 534 nömrəli Qərarı ilə yaradılmış və Maliyyə Nazirliyinin də daxil olduğu Hökumət komissiyası tərəfindən həmin dövlət şirkətlərinin təqdim etdikləri məlumatlar və hesabatlar əsasında gəlirlər və xərclər smetalarının illik icra vəziyyəti monitoring edilir, təhlil və qiymətləndirmə aparılmaqla müvafiq tədbirlər görülür”.
M.Piriyev məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuata verdiyi açıqlamada da kifayət qədər ətraflı məlumat təqdim olunduğunu xatırladıb. “Necə deyərlər, əlavə şərhə ehtiyac qalmır”.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 18 saat sonra
-
-
1 saat əvvəl
Azərbaycan avtomobildən“doymur” – Sayı bir ildə 100 min artdı, 2 milyona yaxınlaşdı
-
2 saat əvvəl
Paşinyan dəmir yolu məsələsində Rusiya ilə dostluq şəraitində razılıq əldə etmək istəyir
- 3 saat əvvəl
-
3 saat əvvəl
Paşinyan Ermənistandan Azərbaycana ixracın başlayacağını bildirib
-
4 saat əvvəl
Azərbaycan daha 4 beynəlxalq şirkəti ƏDV məqsədləri üçün vergi uçotuna aldı - ADLARI
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bankın eyni gündə 2 yeni filial fəaliyyətə başladı - Filialların sayı 18 oldu
-
5 saat əvvəl
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Hacıqabul Sənaye Parkında yeni şirkət - 4,7 milyon manatlıq gübrə və biopestisidlərin istehsalı layihəsi
Azərbaycan daha 4 beynəlxalq şirkəti ƏDV məqsədləri üçün vergi uçotuna aldı - ADLARI
Avqustun 14-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Expressbank eyni gündə 2 filial açıb
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
Hər 4 məcburi audit subyektindən biri auditdən yayınır
Azərbaycan Çin şirkətilə alüminium və metallurgiya sənayesində birgə layihələrin həyata keçirilməsini nəzərdən keçirib





















