Bu gün Azərbaycanın növbəti faiz qərarı elan ediləcək
Bu gün Azərbaycan Mərkəzi Bankı 2019-cu ildə 5-ci dəfə faiz qərarını açıqlayacaqdır. Saat 15:00-da Mərkəzi Bankda faiz dəhlizinin parametrlərinə dair mətbuat konfransı başlayacaqdır. Mərkəzi Bankın sədri Elman Rüstəmovun mətbuat konfransında İdarə Heyətinin qərarını ictimaiyyətə elan edəcəkdir.
“Marja”nın məlumatına görə, hazırda 8.5% olan uçot dərəcəsinin sabit saxlanılacağı yoxsa daha da azaldılacağı maraqla gözlənilir.
2019-cu ilin ötən dövrü ərzində Mərkəzi Bankın İdarə Heyəti keçirdiyi bütün iclaslarında faizlərin endirilməsinə qərar verib. İlin ilk iclasında uçot dərəcəsi 0,50 bənd, növbəti 3 iclasın hər birində isə 0,25 bənd endirilib. Müvafiq olaraq faiz dəhlizinin yuxarı və aşağı hədləri də aşağı düşmüşdür.
2017-ci ildə Mərkəzi Bankın uçot dərəcəsi 15% səviyyəsində idi. 2018-ci ilin Fevral ayında uçot dərəcəsi 13%-ə, Aprel ayında 11%-ə, İyul ayında 10%-ə, Oktyabr ayında 9,75%-ə endirildi. Uçot dərəcəsi 2019-cu ilin Fevral ayında 9,25%-ə, Mart ayında 9%-ə, Aprel ayında 8,75%-ə, İyun ayında isə 8,5%-ə salındı.
İqtisadi artımın davam etdiyini, inflyasiyanın Mərkəzi Bankın hədəfi (4±2%) çərçivəsində olduğunu, xarici sektorda müsbət meyillərin davam etdiyini, beynəlxalq konyunkturun Azərbaycan üçün əlverişli olaraq qaldığını, neftin qiymətinin 60 dollardan yüksək olduğunu nəzərə alsaq uçot dərəcəsinin endirilməsi davam etdirilə bilər.
“Faiz dəhlizinin parametrləri barədə növbəti qərarlar faktiki inflyasiyanın proqnozla müqayisəsi, inflyasiya gözləntiləri, xarici mühitin dəyişimi və maliyyə bazarlarının buna reaksiyasından asılı olaraq qəbul ediləcəkdir”,- Mərkəzi Bank bəyan etmişdi.
Eyni zamanda qeyd edək ki, bazarda faizi müəyyən edən alətlərdən biri olan Maliyyə Nazirliyinin 1 illik tədavül müddətli istiqrazları üzrə faiz dərəcəsi 6% səviyyələrinə düşüb. 3 illik dövlət istiqrazlarının faizi isə 8% səviyyələrinə geriləyib.
Depozit və not hərraclarında tələb təklifi dəfələrlə üstələyir. Tələbin yüksək olduğu bir şəraitdə hərraclarda faizin aşağı düşməsi üçün Mərkəzi Bank uçot dərəcəsini, o cümlədən faiz dəhlizinin yuxarı və aşağı həddlərini aşağı salmalıdır.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Xəbər verdiyimiz kimi, İyunun 7-də Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 8.75%-dən 8.5%-ə endirilməsi haqda qərar qəbul etmişdir. Faiz dəhlizinin yuxarı həddi 10.5%, aşağı həddi isə 6.5% (uçot dərəcəsinə ±2%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilmişdir.
Mərkəzi Bankın İdarə Heyətininin Sentyabr, Oktyabr və Dekabrda da pul siyasəti qərarları ictimaiyyətə açıqlayacaqdır.
UÇOT DƏRƏCƏSİ NƏDİR?
Məlumat üçün bildirək ki, uçot dərəcəsi (faiz dərəcəsi) pulun dəyəri rolunu oynayır. Pula olan tələb də faiz dərəcəsindən asılı olaraq dəyişir. Məsələn, faiz dərəcələri azaldığı zaman kreditlərə tələb artır, insanların banklara əmanət qoymaq meyli isə azalır. Bu zaman iqtisadi subyektlər daha çox kredit almağa meyl göstərirlər, əllərində olan nağd pulu isə banklarda aşağı faizlərlə saxlamaqdansa xərcləməyə çalışırlar. Nəticədə məcmu tələb artır ki, bu da həm iqtisadi artıma və məşğulluğa, həm də inflyasiyaya artırıcı təsir göstərir.
Faiz dərəcələri artdıqda isə kreditlərə tələb azalır, insanların banklara əmanət qoymaq meyli güclənir. Çünki, əmanətlər üzrə faizlər nağd pulu saxlamağın “alternativ xərci”dir. Nəticədə iqtisadi subyektlər daha az kreditlər alırlar və qazandıqları pulun çox hissəsini xərcləməyərək yığıma yönəldirlər. Beləliklə də məcmu tələb daralır və inflyasiyanın azalması üçün şərait yaranır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 1 gün sonra
-
- 30 d. əvvəl
- 37 d. əvvəl
-
1 saat əvvəl
Tullantılar necə biznesə çevrilir? “Tullantıların biznesi” kitabı NƏŞR OLUNDU
- 13 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı "İnvestra Kredit Ittifaqı"na lisenziya verib
-
13 saat əvvəl
AutoStar Kaukasus yeni S-Class modelini ilk dəfə Azərbaycanda təqdim etdi
-
14 saat əvvəl
Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb
- 14 saat əvvəl
-
15 saat əvvəl
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Qızılın qiyməti son 2 ayın yeni maksimum səviyyəsində
Ən çox oxunanlar
İyunda Azərbaycanda orta maaş cüzi azalıb
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Bank VTB Azərbaycan"ın kapital strukturu cari maliyyə göstəricilərinə uyğunlaşdırılıb
Leobank Uşaq kartı istifadəçilərinin sayı 20 000-ə çatdı!
“Mərmər İnşaat” şirkətinin biznes həcmi əhəmiyyətli şəkildə kiçilib
"ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib"
Azərbaycanda şirkətlərin sayı 6 faizə yaxın artıb






















