Qırğızıstanda vəziyyət gərginləşib - YENİLƏNİB
09:23 - Qırğızıstanda vəziyyətin gərginləşməsi ilə əlaqədar ölkənin sabiq prezidenti Almazbek Atambayev avqustun 7-dən 8-nə gecə keçən “Aprel” televiziya kanalı vasitəsilə xalqa müraciət edib.
Almazbek Atambayev müraciətində deyib: “Mən sizə kədərlə müraciət edirəm. Bugünkü iqtidar ölkə Konstitusiyasını pozaraq öz xalqına odlu silahlardan atəş açır. Bu, çox utandırıcı bir haldır. Atambayev və onun ətrafına toplaşanlar terrorçu deyil. İqtidara demək istəyirəm, dayanın və öz xalqınıza güllə atmayın.
Almazbek Atambayev güc strukturlarına müraciətlə deyib: “Bu gün sizə atəş əmri verənlər ölkədən qaçacaq, ancaq siz qalacaqsınız. Siz xalq qarşısında and içmisiniz, bu gün onlara güllə atırsınız”.
Sabiq prezident, həmçinin tərəfdarlarına da təşəkkürünü bildirib.
08:58 -Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin həbs olunması ilə bağlı əməliyyat ölkədə vəziyyət gərginləşdirib.
Sabiq prezidentin tutulması ilə bağlı əməliyyatda bir xüsusi təyinatlı aldığı güllə yarasından xəstəxanada dünyasını dəyişib. Qarşıdurma zamanı Çuy vilayəti daxili işlər idarəsinin rəisi Samat Kurmankulov ciddi yaralanaraq komaya düşüb.
Qırğızıstan mətbuatının yaydığı məlumata görə, qarşıdurmada yaralananların sayı 48-ə çatıb, onların biri jurnalistdir. Ciddi yaralananlar xəstəxanaya çatdırılıb.
Almazbek Atambayevi həbs etmək hələ də mümkün olmayıb. Sabiq prezidentin tərəfdarlarının bir hissəsi saxlanılıb.
Ölkədə vəziyyətin gərginləşməsi ilə bağlı bu gün Qırğızıstan Prezidenti Sooronbay Jeenbekovun başçılığı ilə Təhlükəsizlik Şurasının və parlamentin-Joqorku Keneşin növbədənkənar iclaslarının keçirilməsi gözlənilir.
Almazbek Atambayev korrupsiya, “qanuni oğru” Əziz Butukaevin qanunsuz azad edilməsi, vəzifədən sui-istifadə, torpaq sahəsinə qanunsuz sahib olmaq və digər maddələrlə ittiham edilir.
Xatırladırıq ki, Almazbek Atambayev 2011-ci ildən 2017-ci ilədək Qırğızıstana rəhbərlik edib.
XXX
07:00 Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin Koy-Taş kəndində yerləşən iqamətgahına hücum nəticəsində xəsarət alanların sayı 48 nəfərə çatıb.
Bu barədə Qırğızıstan Səhiyyə Nazirliyinə istinadən RİA "Novosti" məlumat yayıb.
"Bişkek və Çuysk vilayətləri xəstəxanalarına 48 nəfər tibbi yardım üçün müraciət edib", - deyə idarənin məlumatında bildirilir.
Nazilik nümayəndəsi həmçinin qeyd edib ki, zərərçəkmişlərdən 9 nəfəri ambulator müalicəyə buraxılıb. Ümumilikdə 38 nəfərin stasionar müalicədə olduğu bildirilir.
21: 07 - Qırğızıstan prezidenti məzuniyyətini yarımçıq qoyaraq Bişkekə yollanıb
Qırğızıstan prezidenti Sooronbay Jeenbekov bu gün məzuniyyətini yarımçıq saxlayıb və Bişkekə yola düşüb.
Bu barədə Qırğızıstan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Avqustun 7-də ölkənin sabiq prezidenti Almazbek Atambayevin tutulması üzrə Çuy vilayətinin Koy-Taş kəndində əməliyyat başlayıb. Atambayevin qərargahından onun tutularaq naməlum istiqamətə aparıldığını bildiriblər. Lakin bu məlumat hələlik rəsmi təsdiqini tapmayıb.
Qırğızıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, sabiq prezidentin iqamətgahının yerləşdiyi Koy-Taş kəndində ictimai qaydanın mühafizəsinə əlavə milis qüvvələri cəlb olunub. Xüsusi təyinatlılar rezin güllələrdən və səs qumbaralarından istifadə ediblər.
Almazbek Atambayev ölkəyə 2011-ci ildən 2017-ci ilədək rəhbərlik edib. O, Qırğızıstan tarixinə seçkilərdən sonra hakimiyyəti yeni seçilmiş dövlət başçısına könüllü təhvil verən yeganə prezident kimi düşüb.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Azərtac
Müştərilərin xəbərləri
YAP-dan Türkiyənin hakim partiyasına sərt etiraz: “Azərbaycanın daxili işlərinə müdaxilə yolverilməzdir”
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 gün sonra
-
1 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
-
21 saat sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
20 saat sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
5 d. əvvəl
Bakıda daha bir marşrutun bütün avtobusları yenilənir – Gedişhaqqı 60 qəpik olacaq
-
26 d. əvvəl
Davamlı inkişaf və yenidənqurma missiyası ilə "Rebuild Karabakh" sərgisindəyik ®
- 1 saat əvvəl
-
2 saat əvvəl
İri bankın biznes kreditləri portfeli 4 milyard manata yaxınlaşıb
-
2 saat əvvəl
"Ümid edirəm ki, gələcəkdə Azərbaycan investorları ölkəmizə daha çox sərmayə yatıracaqlar"
-
2 saat əvvəl
Bir rəqəmsal bankçılıq təcrübəsini “Istanbul Fintech Week” tədbirində təqdim edib
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
İri bankın biznes kreditləri portfeli 4 milyard manata yaxınlaşıb
"Ümid edirəm ki, gələcəkdə Azərbaycan investorları ölkəmizə daha çox sərmayə yatıracaqlar"
Ən çox oxunanlar
Oktyabrın 14-də gözlənilən hava şəraiti
“Yapı Kredi Bank Azərbaycan” 2026-ci ilin 9 ayını 9.2 milyon manat mənfəətlə başa vurub
Futbol həyəcanı XalqKartla daha sərfəli ®



























