İctimaiyyətlə əlaqələr üzrə nüfuzlu müsabiqəyə müraciətlərin qəbuluna start verildi
(®) Eventiada IPRA Golden World Awards 2019 müsabiqəsinə işlərin qəbuluna start verilir
Müsabiqədə iştirakla bağlı müraciətlər 30 sentyabr tarixinədək qəbul olunur
Şərqi Avropanın kommunikasiyalar sahəsində ən böyük müsabiqəsi olan “Eventiada IPRA Golden World Awards” müsabiqəsinə müraciətlərin qəbuluna start verilib. 1990-cı ildən etibarən keçirilən müsabiqə Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyası (IPRA) tərəfindən təşkil olunur.
“Azərbaycanlı mütəxəssislərin kommunikasiyalar sahəsində peşəkarlığını nümayiş etdirməyinin effektiv yollarından biri də Eventiada IPRA Golden World Awards kimi nüfuzlu beynəlxalq müsabiqələrdə milli layihə və keyslərlə iştirak etməkdir. Bu müsabiqənin istənilən nominasiyasında qalibiyyət ölkəmizin peşəkar icması üçün ciddi bir hədiyyə olardı”, - deyə müsabiqənin beynəlxalq münsiflər heyətinin üzvü, Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyasının (APRA) və “Baku School of PR” şirkətinin rəhbəri İlham Məmmədzadə qeyd edir.
01/09/2018 – 01/09/2019 tarixləri arasında Rusiya, MDB, Avropa və Orta Asiya ölkələrində həyata keçirilmiş layihələr üzrə müraciətlər www.eventiada.com saytında rus və ingilis dillərində qəbul olunur. Bütün nominasiyalar üzrə layihələrə beynəlxalq mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən baxılacaq. Əlavə olaraq, müsabiqə ərzində ali mükafat olan Grand Prix, eləcə də fərdi mükafatlar — «İlin adamı», «İlin PR-rəhbəri» və «Peşəyə verdiyi töhfəyə görə» öz sahiblərini tapacaq.
Müsabiqənin qrafiki:
-30 sentyabradək — müraciətlərin qəbulu;
-1 oktyabradək — müraciətlərin təqdim edilməsi ilə bağlı güzəştli tariflər;
-6 - 13 oktyabr — ekspertlər şurasının səsverməsi;
-14 - 18 oktyabr — münsiflər heyətinin səsverməsi;
-11−12 noyabr — Qran-Pri nominasiyası üzrə səsvermə;
-12 noyabr — Təntənəli təqdimetmə mərasimi, Rusiya, Moskva.
Bu ilki müsabiqədə Beynəlxalq standartlara uyğun gələn ən yaxşı layihə; Yeni alətlərin tətbiqi ilə ən yaxşı innovativ layihə; ən yaxşı beynəlxalq layihə; KSM sahəsində ən yaxşı layihə; və s. nominasiyalarda layihələr qiymətləndirləcək.
Müsabiqə haqda daha ətraflı məlumatı www.eventiada.com veb-səhifəsndən almaq mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 2 saat sonra
-
11 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















