"Sirkin yeni binası Bakının mərkəzində tikiləcək"
“Bakı Dövlət Sirki üçün tikiləcək yeni binanın yeri müəyyənləşib”.
Bunu Bakı Dövlət Sirkinin mətbuat katibi Mahir Rəsuloğlu bildirib.
M.Rəsuloğlu qeyd edib ki, bir müddət əvvəl Mədəniyyət naziri Əbülfəs Qarayevin də bildirdiyi kimi, binanın yerinin dəyişdirilməsinin vaxtı çatıb:
 “Bəzi mədəniyyət müəssisələrinin əsaslı təmir olunmasına baxmayaraq, Bakı Dövlət Sirkinin təmiri fiziki baxımdan çox çətindir. Sirkin hazırkı binası müasir standartara cavab vermir və bu, dövlətin də diqqətindədir. Məsələ nəzarətə götürülüb və artıq müəyyən işlərə başlanılıb. Binada əsaslı təmir aparmaq da çox çətindir. Çünki bütün infrastruktur yenilənməlidir. Bu baxımdan yeni, müasir və Bakının modernliyilə uyğunlaşan binanın tikilməsi zərurəti yaranıb. Bu istiqamətdə də dövlət səviyyəsində işlər gedir”.
 M.Rəsuloğlu qeyd edib ki, sirkin yeni binasının hazır olması mümkün qədər tez şəkildə həyata keçiriləcək:
 “Bu stasionar sirk olduğundan böyük kompleks sayılır və onun  tikintisi üçün müəyyən müddət lazım olacaq. Burada sadəcə zal, manej deyil, əlavə strukturlar da qurulacaq. Müasir sirkin tikintisi üçün müəyyən tələblər var. Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə bir neçə layihə hazırlanıb. Layihəyə əsasən, kompleksdə qastrola gələn artistlərin qalması, heyvanların saxlanması üçün xüsusi yerlər olacaq. Ümid edirik ki, hər şeyin ən yaxşısını ərsəyə gətirə biləcəyik”.
 Qurum rəsmisi qeyd edib ki, hazırda sirkə məxsus heyvanlar yoxdur:
 “Ümumiyyətlə hazırkı sirkin binasının yerləşdiyi yer də tamaşaçılar üçün əlverişli deyil. Sirkin yeni binasında uşaqların əylənməsi, tamaşaya gələnlərin gözləməsi üçün əlverişli şəraitin yaradılması nəzərdə tutulub”.
 M.Rəsuloğlunun sözlərinə görə, sirkin yeni binası Bakının mərkəzində tikiləcək:
 “Bakı Dövlət Sirkinin binası 1967-ci ildə istifadəyə verilən zaman öz dövrü üçün çox unikal sayılıb. Hətta Böyük Moskva Dövlət Sirkinin binası bu layihə əsasında ərsəyə gəlib. O vaxt buz, su manejləri vardı, hansı ki, xüsusi avadanlıqlar vasitəsilə yığılırdı. Onlar sovet dövründə dağılıb. Hazırda yalnız kauçuk manej qalıb. Buna baxmayaraq, noyabrın 2-dən etibarən yeni proqram- “Water land” adlı eksklüziv lazer və fəvvarələr şousunu tamaşaçılara təqdim edəcəyik. Şəraitimiz yaxşı olmasa da, çalışırıq ki, təqdim etdiyimiz proqramlar müasir olsun. Tamaşa zamanı 170 tonluq su hovuzu qurulacaq. Bütün tamaşaçılarımızı noyabrın 2-dən 24-dək Bakı Dövlət Sirkinə dəvət edirik. Biz işləyirik, gələn qonaqlarımızı da yüksək səviyyədə qarşılayıb, onların rahatlığını təmin etmək üçün hər cür şərait yaradırıq”.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© Modern
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
 - 1 ay sonra
 - 6 gün sonra
 - 
                         📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 
                     13 saat əvvəl
                    
Birmarket-dən alışlar 2 dəfə artıb, bu il 1 milyondan artıq sifariş həyata keçirilib
 - 
                     14 saat əvvəl
                    
Nazirlər Kabineti sahibkarlıq subyektləri barədə qərarında dəyişiklik edib
 - 14 saat əvvəl
 - 
                     14 saat əvvəl
                    
Birmarket təkcə platforma ilə deyil, insanları ilə də ticarətçinin yanındadır
 - 
                     15 saat əvvəl
                    
Polad canlananda: “Baku Steel Art 2025” sərgisi Bakıda açıldı - FOTOLAR
 - 15 saat əvvəl
 - 
                     15 saat əvvəl
                    
Azərbaycanda 5 bankın 9 aylıq faiz gəlirləri 185 milyon manatdan çoxdur
 - 
                     16 saat əvvəl
                    
Azərbaycan–Qırğız İnkişaf Fondu 4 investisiya layihəsinə pul ayırıb - ADLARI
 - 16 saat əvvəl
 
Son Xəbərlər
                                    Azərbaycanda Vakansiyalar - Azvak.az
                                    Biznesiniz üçün QISA NÖMRƏ alın
                                    Birmarket-dən alışlar 2 dəfə artıb, bu il 1 milyondan artıq sifariş həyata keçirilib
                                    Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
                                Trendyolmilla Kids: uşaqlar üçün rahat və etibarlı
                                "Pilotsuz uçuş aparatlarını istehsal etməyə başlamışıq"
                                "Bu, ya səhvdir, ya təxribatdır. Hər ikisi də qəbuledilməzdir"
                                "Yaxın gələcəkdə bir çox Azərbaycan şirkəti dünya səviyyəli hərbi təyinatlı məhsullar istehsal edəcək"
                                İlham Əliyev Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxış edib - YENİLƏNİB
                                Noyabrın 4-də gözlənilən hava şəraiti
                                

                        
                    









.jpg)












