Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Kredit kartlarının faizlərinə görə bankların – SIRALAMASI

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kredit kartlarının faizlərinə görə bankların – SIRALAMASI

Kredit kartı təklif edən banklar  tətbiq etdikləri illik faiz dərəcələrinə görə  sıralanıb.

 

Kredit kartları üzrə faizlər 21-36% aralığında dəyişir. Bəzi banklarda isə bu faizlər müştərinin kredit tarixçəsinə və digər şərtlərə uyğun olaraq, fərdi şəkildə müəyyən edilir.

 

Sıralamanı Sizə təqdim edirik:

 

Sıra

Bank

Faiz dərəcəsi (illik)

Kreditin maksimum limiti

1

Expressbank ASC/Smile Card

21%*

1000

2

Caspian Development Bank ASC

24%

2000

3

Azər Türk Bank ASC

26%

Aylıq gəlirin 3 misli

4

Bank Avrasiya ASC

26%

10000

5

Azərbaycan Sənaye Bankı ASC

27%

Aylıq gəlirin 3 misli

6

Rabitəbank ASC

27%

1000

7

DəmirBank ASC

27%

10000

8

Yapı Kredi Bank Azərbaycan QSC

28%

Aylıq gəlirin 2 misli

9

Expressbank ASC/Expresso

28%

3000

10

Azərbaycan Beynəlxalq Bankı ASC

28-30%

5000

11

Bank of  Baku ASC

29%

Aylıq gəlirin 2 misli

12

Bank Respublika ASC

30%

3000

13

Kapital Bank ASC

31

10000

14

Bank BTB ASC

32-36%

5000

15

Unibank KB ASC

32%

Müştərinin ödəniş imkanlarının və öhdəliklərinin təhlilindən sonra fərdi olaraq müəyyənləşdirilir

16

PAŞA Bank ASC

Müştərinin ödəniş imkanlarının və öhdəliklərinin təhlilindən sonra fərdi olaraq müəyyənləşdirilir

 

-Expressbank ASC-nin “Smile Card” kredit kartında faiz birdəfəlik olaraq, 6 ay üçün 6%, 12 ay üçün 12% hesablanılır. Təqribi hesablama illik faiz dərəcəsinin 21%-ə bərabər olduğunu göstərir;

-Bank Respublika ASC-nin “Paykart” kredit kartı ilə partnyor mağazalarda alış-veri zamanı illik faiz dərəcəsi 0% tətbiq edilir.

 

Bəs banklar kredit kartı üçün nə qədər gəlir tələb edir? 

 

Kredit (taksit) kartı sifariş vermək üçün bankların müştəridən tələb etdiyi minimum gəlirin miqdarı üzrə sıralamanı təqdim edirik. Bu siyahıda gəlirin növü və digər şərtlər ilə də tanış ola bilərsiniz. Əvvəldən qeyd etmək vacibdir ki, kartın verilməsi zamanı müştərinin digər kredit öhdəlikləri,  həmçinin hər hansı bir kredit üçün zamin olub-olmadığı da xüsusi əhəmiyyət kəsp edir. Bu kredit məhsulu üçün bəzi banklarda zamin də tələb edilir.

 

Sorğu nəticəsində məlum olub ki,  kommersiya banklarının demək olar ki, yarısında, yəni 15 bankda kredit kartı məhsulu təklif edilir.  Tələb olunan minimum gəlir isə 100-2000 manat arasında dəyişir. Bəzi banklar yalnız əmək haqqı alan şəxslərə kredit kartı təklif etdiyi halda,  digərləri fərdi sahibkarlara və təqaüdçülərə də bu imkanı təmin edir.

 

Ölkənin üç ən böyük bankından (Azərbaycan Beynəlalq Bankı ASC, PAŞA Bank ASC və Kapital Bank ASC) kredit kartı almaq üçün isə müştəri həmin bankın əməkhaqqı kartından maaş almalı və ya sahibkar hesabı həmin bankda olmalıdır.

 

Bundan əlavə bankların fərqli tələbləri də mövcuddur. Məsələn, “Bank BTB”dən kredit kartı almaq istəyən təqaüdçünün minimum gəliri 400 manat olmalıdır və s.

 

Ümumilikdə isə kredit kartı almaq üçün bankların tələb etdiyi minimum gəlir səviyyəsi və əlavə şərtlər aşağıdakı cədvəldə əks etdirilmişdir:

 

Sıra

Bank

Tələb olunan

minimum gəlir

Gəlir növü

1

Kapital Bank ASC

100

Əmək haqqı,
təqaüd

2-3

Expressbank ASC/Smile Card

155

Əmək haqqı,
sahibkarlıq fəaliyyətindən gəlirlər

2-3

Bank BTB ASC

155

Əmək haqqı,
sahibkarlıq fəaliyyətindən gəlirlər,
təqaüd

4

Azərbaycan Sənaye Bankı ASC

250

Əmək haqqı

5

Yapı Kredi Bank Azərbaycan QSC

300

Əmək haqqı

6

Azər Türk Bank ASC

350

Əmək haqqı,
sahibkarlıq fəaliyyətindən gəlirlər,
təqaüd

7-8

Rabitəbank ASC

400

Əmək haqqı,
sahibkarlıq fəaliyyətindən gəlirlər

7-8

Bank of  Baku ASC

400

Əmək haqqı,
sahibkarlıq fəaliyyətindən gəlirlər,
təqaüd

9

Caspian Development Bank ASC

450

Əmək haqqı,
sahibkarlıq fəaliyyətindən gəlirlər

10-11

Bank Avrasiya ASC

500

Əmək haqqı,
sahibkarlıq fəaliyyətindən gəlirlər,
təqaüd

10-11

Expressbank ASC/Expresso

500

Əmək haqqı,
sahibkarlıq fəaliyyətindən gəlirlər

12

Bank Respublika ASC

600

Əmək haqqı,
sahibkarlıq fəaliyyətindən gəlirlər

13

Unibank KB ASC

500

Əmək haqqı,
sahibkarlıq fəaliyyətindən gəlirlər

14

DəmirBank ASC

Müştərinin ödəniş imkanlarının və öhdəliklərinin təhlilindən sonra fərdi olaraq müəyyənləşdirilir

Əmək haqqı,
sahibkarlıq fəaliyyətindən gəlirlər

15

Azərbaycan Beynəlxalq Bankı ASC

Müştərinin ödəniş imkanlarının və öhdəliklərinin təhlilindən sonra fərdi olaraq müəyyənləşdirilir (Kart yalnız taksit üçün nəzərdə tutulub)

Əmək haqqı

16

PAŞA Bank ASC

Müştərinin ödəniş imkanlarının və öhdəliklərinin təhlilindən sonra fərdi olaraq müəyyənləşdirilir

 

 

© BBN.az

29.03.2017 09:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ