Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam-3_21

"Əksər hallarda azərbaycanlılar rəhbərin yanında susur, əslində isə danışmaq lazımdır!" - Dünyanın ən yaxşı ünsiyyətcili Doktor İtshak Adizes

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Əksər hallarda azərbaycanlılar rəhbərin yanında susur, əslində isə danışmaq lazımdır!" - Dünyanın ən yaxşı ünsiyyətcili Doktor İtshak Adizes
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) Çox nüfuzlu "Holmes Report" şirkəti, Roma Papası Fransisk, Dalay Lama, Almaniyanın Kansleri Angela Merkel, Fransa Prezidenti Emmanuel Makron və Kanadanın baş naziri Castin Trüdo ilə yanaşı Dr. İtshak Adizesi də “2017-ci ilin ən yaxşı ünsiyyətcili” adlandırmışdır. Bu heç də təsadüfi deyil. Doktor Adizes dünyanın 52 ölkəsinin 2000-dən çox şirkətində tətbiq olunan unikal metodologiyanın müəllifidir.

 

Noyabrın 8-də Bakıda Doktor İtshak Adizesin iştirakı ilə biznes-forum keçiriləcək. Bizim Doktor Adizesdən müsahibə almaq imkanımız oldu:

 

- 6 yaşınız olanda siz konslagerdə olmusunuz, 22 yaşınız olanda İsrail Müdafiə Qüvvələrində çavuş olmusunuz, 28 yaşınız olanda musiqi ilə peşəkar şəkildə məşğul olmusunuz, 30 yaşında isə məsləhət biznesinə başlamısınız. Bu işi elə uğurla aparırsınız ki, hazırda biznes işləri üzrə yalnız şirkətlərə deyil, həm də onlarla dövlətin hökumət üzvlərinə məsləhətçilik edirsiniz. Dünyanın ən yaxşı biznes məsləhətçilərindən birinin həyat hekayəsində sadaladığım faktların köməyi olubmu? Bu mövqeyə çatmağınızın səbəbi nədir? Dönüş nöqtəsi, xoş təsadüf yoxsa məqsədə doğru hərəkət?

 

- Bəli, uşaqlığımda problemlər çox olub. Konsentrasiya düşərgəsindən qurtulduqdan sonra İsrailə gəldim və burada məcburi hərbi xidmət etdim. Musiqiyə gəlincə isə, o, karyera deyil, pul qazanmaq yolu idi. Çətinliklər məni bu həyatda nəyəsə nail olduğumu sübut etməyimə sövq etdi. Lakin düşünmürəm ki, sadaladığınız hər hansı bir hadisə mənim dünya səviyyəli məsləhətçi olmağıma təsir etdi. Mənə müsbət təsir göstərən əsas amil sual verməkdən çəkinməməyimdir. Heç nəyi dərhal qəbul etmirəm, hər zaman "Nə üçün?" sualını verir və anlamağa çalışıram. Heç vaxt ciddi problemləri həll etməkdən çəkinməmişəm və onların ən çətinlərini isə özüm üçün bir sınaq kimi qəbul etmişəm.

- Dediniz ki, hər zaman "Nə üçün?" sualını verirsiniz. Nə üçün hökumət üzvlərinə, baş nazirlərə məsləhətçilik etməklə kifayətlənməyərək siz şirkətlərə öz biznesini aparmaqda köməklik edirsiniz? İş pulda deyil, elə deyilmi? Bəs nədədir?

 

- Əslində, mən problemləri çox sadə şəkildə həll edilə biləcək şirkətlərlə işləmirəm. Mən işə mürəkkəb hallar olduqda qoşuluram. Bu, dağa qalxmaq kimidir. Çalışıram ki, həll etməyə can atdığım hər bir problem əvvəlkindən daha mürəkkəb olsun. Bu cür problem tapıb, onu uğurla həll edirəm.

 

- Müsahibələrinizin birində siz "dünya əzələlərdən hisslərə doğru hərəkət edir" demisiniz. Hər hansı N şirkəti "daha həssas" olmaq üçün hansı dəyişikləri etməlidir?

 

- Bu çoxşaxəli problemdir. Lakin düşünmürəm ki, Azərbaycanda belə bir problem mövcud olsun. Azərbaycanlılarda emosiyalar çox yaxşı inkişaf etmişdir, onlar hər şeyi mükəmməl hiss edir. Çox geniş ürəyiniz var! Sizin qeyd etdiyiniz emosiya qıtlığı problemi Azərbaycanda deyil, Rusiya, ABŞ və Almaniyada mövcud ola bilər.

 

İnstitutumuzun metodikasında daim dəyişikliklər həyata keçirilir. Artıq insanlar problemlərdən qorxmur; onların aradan qaldırılması üsullarını bilirlər, hətta problemin üstünə hücum etməyi belə bacarırlar. Bizim indiki məqsədimiz təşkilatın mədəniyyətində dəyişikliklərin aparılmasıdır. Əksər postsovet ölkələrinin biznes mədəniyyətində kollektivdə inamın olmaması xüsusiyyəti var – bu, kommunist rejiminin mirasıdır. Xoşniyyətli olmağınıza baxmayaraq, siz öz həmkarınıza etibar etmirsiniz və onun sizə qarşı hər an hiylə işlədəcəyindən çəkinirsiniz. Kommunist Rusiyasında hətta uşaqlar belə böyüklərə qarşı casusluq edirdi, insanlar arasında inam yox idi. Kiməsə inamınız yoxdursa, onu yoxlamaq üçün çox vaxt sərf edirsiniz. Biz çalışırıq ki, şirkətlərdəki insanlar bir-birinə etibar etsin, inamlı münasibət qursun. Biz "Kimdir müqəssir?" kimi səslənən məşhur rus sualından yaxa qurtarıb, "Bunun bir daha baş verməməsi üçün sistemdə hansı dəyişiklikləri etmək lazımdır?" sualını veririk. Şirkətlər əvvəlkindən qat-qat yaxşı fəaliyyət göstərib, məqsədlərinə nail olurlar. İnsanlara belə şəraitdə işləmək xoşdur.

 

- Metodologiyanız Coca-Cola, Bank of America, Volvo, Visa Group və dünyanın digər böyük şirkətlərində uğurla tətbiq edilmişdir. Azərbaycan şirkətləri ilə işləmisinizmi? İşləmisinizsə, bu haqda bizə danışın.

 

- Əlbəttə, mən artıq Azərbaycanda bir sıra şirkətlərlə işləmişəm. Lakin bu məlumat ciddi şəkildə məxfi saxlanılır və mənimlə müştəri arasında qalır, buna görə təəssüf ki, bu məlumatı paylaşa bilmərəm.

- Metodologiyanızı həyata keçirdikdən sonra şirkətlərin ən yaddaqalan nəticələri barədə məlumat verin.

 

- Məsələn, Adizes metodologiyası tətbiq olunduqdan sonra dünyanın ən böyük nar şirəsi istehsalçısı olan ROLL International şirkətinin satışları 12 milyon dollardan 4 milyard dollara yüksəldi. Domino Pizza-nın satışları 160 milyon dollardan 4 milyard dollara qalxdı. Meksikanın televiziya, bank və sığorta şirkətlərinə sahib olan Salinas Group şirkəti satış həcmini 250 milyon dollardan 12.5 milyard dollara qədər artırdı. Sadalama uzun müddət çəkə bilər (gülür).

 

- Sizcə, Azərbaycan bazarına xas olan əsas problemlər hansılardır?

 

Azərbaycanda idarəetmə tərzinə güclü təsir göstərən amil idarəetmənin avtokratiyasıdır. Rəhbərin dediklərini hər kəs eşitməli, heç kəs etiraz etməməlidir. İdarəetmə bütünlüklə mərkəzləşmişdir. Bu çox səhv yanaşmadır. Belə olan təqdirdə, siz digər insanların beynindən, biliklərindən, imkanlarından, bacarıqlarından qətiyyən istifadə etmirsiniz. Bu isə əldən verilmiş imkanlar deməkdir. Bu problem Rusiyada, Azərbaycanda mövcuddur. Bu problemə bütün postsovet respublikalarında rast gəlinir. Bu çox pisdir, axı azərbaycanlılar çox ağıllıdır. Lakin rəhbərin yanında onlar çox vaxt susur və ya onunla razılaşırlar, bu isə itirilmiş enerji deməkdir. Azərbaycanlılar insanı tənqid etməyi xoşlamır, yaxşı münasibətləri qorumağa çalışırlar. Səthi olaraq hər şey gözəl görünür, amma əslində çoxlu etiraz və narazılıq var. Buradakı əməkdaşlar münaqişəni birbaşa həll etməkdən çəkinir. Bu, gizli bir xəstəlik kimidir, üzdə görünmür, amma yaxşı axtarsan, onu tapa bilərsən. Demək istəyirəm ki, Azərbaycanın biznesində açıqlıq, səmimiyyət yoxdur.

 

- Adizes İnstitutu Moskvada 2010-cu ildən fəaliyyət göstərir və siz bir müddət əvvəl zarafat etdiniz ki, Rusiyanın de-bürokratlaşma nazirliyinə ehtiyacı var. Bu il Bakıda həmin institutun filialı açılır. Sizcə, bəs Azərbaycanın nəyə ehtiyacı var?

 

- Azərbaycan mənim üçün çox maraqlı ölkədir, çünki azərbaycanlılarda hər zaman, sovet dövründə belə sahibkarlığa meyillilik olub. Azərbaycan mədəniyyətində iqtisadi inkişaf üçün zəruri olan sahibkarlıq ruhu var. Özlərinin sahibkarlıq bacarıqlarını inkişaf etdirmək və onları həyatda tətbiq etmək üçün azərbaycanlıların sahibkarlıq idarəetməsi sahəsində peşəkar təhsilə ehtiyacı var. Biliklər, bacarıqlar və düzgün yanaşma lazımdır. Həmçinin iri şirkətləri mərkəzləşdirmədən azad etmək lazımdır. Beləliklə, iqtisadiyyatın böyüməsi və inkişafında daha çox insanın marağı olacaqdır.

 

- Adizes İnstitutunun Bakı filialı öz işinə nə vaxt və necə başlayacaq?

 

- Noyabrın 8-də JW Marriott Absheron Baku otelində azərbaycanlı sahibkarlar və idarəçilər üçün biznes-forum keçirəcəyəm. Elə həmin gün Libraff kitab mağazaları şəbəkəsində “Dəyişikliyin idarə olunması” adlı kitabımın azərbaycan dillinə tərcüməsinin təqdimatı olacaq. Bu hadisələrin hər ikisi Adizes İnstitutunun Bakı filialının açılışına həsr olunmuşdur.

 

Bakıya gəlməyi və burada işə başlamağı səbirsizliklə gözləyirəm, çünki şəhəri və insanları bəyənirəm.

 

Əlavə məlumat və bilet almaq üçün əlaqə nömrəsi: +99450 290 49 79

 

23.10.2019 13:39

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ