“MilliKart” Prosessinq Mərkəzi UNEC-də təlim keçirib
(®) Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyasının birgə iştirakı ilə “Nağdsız Cəmiyyət Günləri” layihəsinə start verilmişdir.
Layihə çərçıvəsində 29 oktyabr 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyasının və “MilliKart” Prosessinq Mərkəzinin birgə iştrakı ilə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) növbəti təlim keçirilmişdir.
“MilliKart” MMC-nin eksperti Müslüm Pənahov tərəfindən nağdsız cəmiyyət, rəqəmsal ödənişlər, beynəlxalq və yerli ödəniş sistemləri, innovativ ödəniş həlləri, həmçinin fırıldaqçılıq hallarına qarşı mübarizə tədbirləri haqqında tədbir iştirakçılarına geniş məlumat təqdim edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə rəqəmsal ödənişlərin genişləndirilməsi ilə bağlı nəzərdə tutulan tədbirlərin icrası və müəyyən olunmuş icra göstəricilərinə nail olmaq məqsədilə hazırlanmış “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” barədə də tədbir iştirakçılarına məlumat verilmişdir.
M.Pənahov onu da qeyd etmişdir ki, “MilliKart” strategiyasına uyğun olaraq növbəti dövrlərdə nağdsız cəmiyyət, rəqəmsal ödənişlər, elektron ticarət və digər bu kimi mövzular üzrə maarifləndirici tədbirlərin genişləndirilməsi istiqamətində fəal iştirak edəcəkdir.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılmaqla yanaşı, nağdsız cəmiyyətin inkişafı istiqamətində ölkədə həyata keçirilən uğurlu islahatlar haqqında məlumat mübadiləsi aparılmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 3 saat sonra
-
11 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















