“Texnikabank”ın sabiq rəhbəri məhkəmədə Eldar Mahmudovla bağlı ifadə verib
Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin İbtidai istintaq idarəsinin 2-ci şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hakim bildirib ki, zərərçəkmişlərin müracətlərində MTN-in Baş İstintaq İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev və “Texnikabank”ın sabiq rəhbəri Etibar Əliyevin təqsirkarlar kimi cinayət məsuliyyətinə cəlb edilməsinə göstəriş verilməsini xahiş ediblər.
Daha sonra təqsirləndirilən V.Ələkbərov barəsində seçilmiş həbs qətimkan tədbirinin alternativ cəza ilə əvəz edilməsi barədə vəsatət verib.
Vəsatət təmin edilməyib. V.Ələkbərov hakimlər kollegiyasına etiraz verilməsi barədə vəsatət vermək istəyib.
Hakim isə bildirib ki, prosesə şahid gəlib, onu dindirəndən sonra vəsatət verilə bilər. Təqsirləndirilən şəxs hakimlərə etirazını bildirib.
Müşavirə keçirən hakimlər kollegiyası etirazın əsaslı olmadığı nəticəsinə gəliblər və təmin edilməməsi barədə qərar qəbul ediblər.
Bundan sonra “Texnikabank”ın sabiq rəhbəri E.Əliyev ifadə verib. O, bu işdə zərərçəkmişlərdən V.Ələkbərovun rüşvət almasından xəbəri olmadığını söyləyib. E.Əliyev qeyd edib ki, zərərçəkmişlərin pulları banka qoyması, əmanət kitabçaları almaları barədə dedikləri də yalandır. O, zərərçəkmiş Hüseyn Səfərovu ittiham edib: “Bu şəxsin barəsində olan cinayət işinə xitam verilməsinin əleyhinəyəm. Onun barəsində yenidən cinayət işi başlanması üçün qərardad qəbul edilməsini, həmin qərardadın Baş Prokurorluğa göndərilməsini tələb edirəm”.
Bu zaman H.Səfərovla E.Əliyevin arasında mübahisə yaranıb. Hakimlər E.Əliyevə etirazlarını bildiriblər.
Daha sonra E.Əliyev sualları cavablandırıb. O, MTN-in sabiq rəisi Eldar Mahmudovla əlbir olması barədə səslənən fikirlərə münasibət bildirib: "Mən Eldar Mahmudovla necə əlbir ola bilərəm?! Mənim özümü də həbs etmişdilər”.
Məhkəmənin növbəti prosesi aprelin 7-nə təyin edilib.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 294.3-cü (sübutları saxtalaşdırma, ağır və ya xüsusilə ağır cinayətlər haqqında cinayət işi üzrə sübutları saxtalaşdırma, habelə digər işlər üzrə sübutların saxtalaşdırılması ağır nəticələrə səbəb olma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham edilir.
Həbsdə olan V.Ələkbərova məxsus olan və həyat yoldaşı Şəhla Ələkbərovanın adına rəsmiləşdirilmiş Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 0,18 ha torpaq sahəsi və fərdi yaşayış evi, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 164, mənzil 42 ünvanında yerləşən mənzilinə üzərinə həbs qoyulub. Üzərinə həbs qoyulan əmlakların ümumi dəyəri isə 1 milyon 277 min manat hesablanıb.
©Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 1 gün sonra
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı "İnvestra Kredit Ittifaqı"na lisenziya verib
-
8 saat əvvəl
AutoStar Kaukasus yeni S-Class modelini ilk dəfə Azərbaycanda təqdim etdi
-
9 saat əvvəl
Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb
- 9 saat əvvəl
-
10 saat əvvəl
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
- 11 saat əvvəl
-
11 saat əvvəl
"Bank VTB Azərbaycan"ın kapital strukturu cari maliyyə göstəricilərinə uyğunlaşdırılıb
- 11 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Kürdəmirdə “Bazarstore” açılır
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Bank VTB Azərbaycan"ın kapital strukturu cari maliyyə göstəricilərinə uyğunlaşdırılıb
Leobank Uşaq kartı istifadəçilərinin sayı 20 000-ə çatdı!
“Mərmər İnşaat” şirkətinin biznes həcmi əhəmiyyətli şəkildə kiçilib
"ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib"
Azərbaycanda şirkətlərin sayı 6 faizə yaxın artıb
Avqustun 13-də gözlənilən hava şəraiti
Bankda növbədənkənar yığıncaq keçiriləcək, investisiya şirkətinə əlavə maya qoyulacaq
“Böyük Dördlük” Azərbaycanda bazarın təxminən 60%-nə nəzarət edib





















