Azərbaycanda az xərcə evlərin quraşdırılmasına başlanılıb – QİYMƏT
Prefabrik və konteyner evlərin quraşdırılması və satışı ilə məşğul olan “Başak Group” şirkətinin Layihələrin İdarə Edilməsi Blokunun Rəhbəri Orxan Nəzirlinin “Marja”ya müsahibəsi.
-Orxan bəy, həm sosial mediada, həm də KİV-də müşahidə edirik ki, son zamanlar prefabrik evlər ilə maraqlananlar artıb. Bununla bağlı Sizin fəaliyyətinizi öyrənmək istərdik. Ümumiyyətlə, insalarda bir sual yaranır ki, Prefabrik ev nədir?
-“Başak Group” şirkəti kimi biz ölkəmizdə müasir Avropa standartlarına uyğun prefabrik və konteyner evlərin satışı və quraşdırılması ilə məşğul oluruq. Məhsulumuzun bir hissəsi Avropadan, digər hissəsi isə yerli bazardan alınır. Prefabrik - öncədən zavodda istehsal edilmiş hazır məhsul deməkdir. Bu evlər Avropada, habelə dünyanın inkişaf etmiş ölkələrində daha geniş yayılmışıdır. Son illər ölkəmizdə də bu tip evlərə insaların marağı artmışdır və artmaqdadır. Xüsusilə 2019-cu ildə yaşayış səviyyəsindən və statusundan asılı olmayaraq bütün kateqoriyadan olan insanların müraciətlərinin sayı xeyli dərəcədə artmışdır.

- Prefabrik evlərin hazırlanması və quraşdırılmasının həyata keçirilmə müddəti nə qədərdir?
-Prefabrik evlərin hazırlanması və quraşdırılması qısa bir zaman müddətində həyata keçirilir. Bu evlərin quraşdırılmasında qeyd etdiyim kimi Avropa standartlarına uyğun materiallardan istifadə edilir. 100 kv.m ev 45-65 gün ərzində tam təmirli şəkildə müştəriyə təhvil verilir. Evin planı hazırlanandan sonra müştərinin torpaq ərazisində prefabrik evlərin quraşdırılması həyata keçirilir. Prefabrik evlər monolit beton üzərinə qalvanizə edilmiş profillərlə quraşdırılır. Daha sonra evin divarları fibersement lövhələrlə üzlənir, sonra daş yunu ilə izolyasiya edilir. Evin dam örtüyü metal örtüklər və aksesuarla bağlandıqdan sonra təmir işlərinə start verilir. Daha sonra santexnika, elektrik xətləri, tavan və divar panellərindən istifadə edilərək evin interyer hissəsinin quraşdırılması həyata keçirilir.
Prefabrik evlərdə hamam və tualet otaqları, yerin döşəmə sistemləri professional briqadamızla qısa bir zamanda həyata keçirilir.
-100 kv.m-lik prefabrik ev müştəriyə təxminən neçəyə başa gəlir?
-100 kv.m evin qiyməti 35 min manatdan başlayır. Ev təmirıi şəkildə təhvil verilir. Təmir paketlərinə görə qiymət arta bilir.
-Orxan bəy, prefabrik evlərin üstünlükləri nədir?
-Son dərəcə estetik gözəl görünüşə malikdir. Burada nəmişliyə davamlı materiallardan istifadə edilir. Onlar həm də zəlzələyə və yanğına davamlıdır. İşlər sürətlə görülür. Materiallar həm də ekoloji cəhətdən sağlamdır. Onlarda insan sağlamlığına zərər verəcək maddələr yoxdur. Kompakt və ekonomdur. Həm soyuğa, həm də istiyə davamlıdır. Hər bir kəsin büdcəsinə uyğun formada hazırlanıb müştəriyə təhvil verilir. Uzunömürlüdür.

-Konteyner evlərlə prefabrik evlərin fərqi nədir?
-Konteyner evlər iki formatda hazırlanır. Müştərinin torpaq sahəsində və emalatxanamızda. Hər iki halda onlar hazır şəkildə yığılırlar. Konteyner evlər dəmir örtüklərdən və ya fibersement örtüklərindən istifadə edilərək 15 gün ərzində hazırlanıb müştəriyə təhvil verilir. Bu ən çox dağlıq ərazilərdə və ya bağ evlərində yaşayan müştərilərimizə təklif olunur. Modul tiplidir, yəni konteyner evləri bir müddətdən sonra bir yerdən başqa bir yerə daşımaq mümükündür. Burada müştərinin ziyanı sıfıra bərabərdir. Müştəri bir torpaq sahəsindən digər torpaq sahəsinə yaşadığı evi apara bilir. Prefabrik evdə də bu mümkündür. Sadəcə bu halda müəyyən zaman çərçivəsində prefabrik ev yerindəcə sökülür və digər yerdə yenidən qurulur. Bu da müştəriyə əlavə xərc hesabına başa gəlir.
Bütün hallarda bu evlərin misli yoxdur, onlar həm rahatdır, həm təhlükəsiz, həm də az xərc tələb edir. Qeyd edim ki, indi bütün dünyada insanlar məhz bu üslulla qurulan evlərə üstünlük verirlər. İnanıram ki, bizim Azərbaycanda da insanlar əvvəl-axır anlayacaqlar ki, həddən artıq bahalı və çoxmərtəbəli villa tikdirməyə və ora milyonlar sərf etməyə dəyməz, ən rahatı, ən təhlükəsizi və ən münasib və sərfəlisi elə prefabrik və ya konteyner evlərdir. Yeni, 2020-ci ilə də bu arzularla gedirik, hamıya sağlam və təhlükəsiz, rahat və uzunömürlü evlər arzulayıram!
-Müsahibə üçün təşəkkür edirəm.
Prefabrik evə sahib olmaq istəyənlər 050 888 18 88 və 055 301 12 00 nömrələri ilə müraciət edə bilərlər
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 1 gün sonra
-
- 6 d. əvvəl
-
1 saat əvvəl
Tullantılar necə biznesə çevrilir? “Tullantıların biznesi” kitabı NƏŞR OLUNDU
- 13 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı "İnvestra Kredit Ittifaqı"na lisenziya verib
-
13 saat əvvəl
AutoStar Kaukasus yeni S-Class modelini ilk dəfə Azərbaycanda təqdim etdi
-
14 saat əvvəl
Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb
- 14 saat əvvəl
-
15 saat əvvəl
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
- 16 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Rəsmi məzənnələr açıqlandı
Kürdəmirdə “Bazarstore” açılır
İyunda Azərbaycanda orta maaş cüzi azalıb
Ən çox oxunanlar
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Bank VTB Azərbaycan"ın kapital strukturu cari maliyyə göstəricilərinə uyğunlaşdırılıb
Leobank Uşaq kartı istifadəçilərinin sayı 20 000-ə çatdı!
“Mərmər İnşaat” şirkətinin biznes həcmi əhəmiyyətli şəkildə kiçilib
"ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib"
Azərbaycanda şirkətlərin sayı 6 faizə yaxın artıb





















