"Ötənilki dövlət büdcəsində 205 milyon manat kəsir yaranıb"
2019-cu ildə Azərbaycanın dövlət büdcəsinin mədaxili 23,168 milyard manat proqnoza qarşı 24,2 milyard manat, məxarici isə 25,19 milyard manat proqnoza qarşı 24,405 milyard manat təşkil edib.
Bu barədə maliyyə naziri Samir Şərifov Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunları ilə bağlı keçirilmiş müşavirədə məlumat verib.
"Beləliklə, büdcə gəlirləri 104,5%, büdcə xərcləri isə 97% icra olunub. Son nəticədə büdcənin kəsri 2,022 milyard manat proqnoza qarşı cəmi 205 milyon manat (təxminən 90%) təşkil edib. Bu da onunla bağlıdır ki, vergi-gömrük orqanları büdcə daxilolmaları üzrə proqnozları artıqlaması ilə yerinə yetirib, eyni zamanda büdcənin bəzi xərc istiqamətlərində qənaət edilib.
Mən ilk növbədə büdcədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna transferlərin məbləğini qeyd etmək istərdim. Biz bu məbləği 150 milyon manat azaltmışdıq, amma ilin yekununda hətta 180 milyon manatlıq qənaət əmələ gəlib. Bu da sosial sığorta haqlarının yığılmasında böyük dönüşün yaradılması ilə bağlıdır", - deyə nazir qeyd edib.
Ötənilki icmal büdcəsinin qalığı 7 milyard manatı ötüb
2019-cu ildə Azərbaycanın icmal büdcəsinin mədaxili 29,235 milyard manat proqnoza qarşı 33,818 milyard manat, məxarici isə 27,371 milyard manat proqnoza qarşı 26,476 milyard manat təşkil edib.
Bu barədə maliyyə naziri Samir Şərifov Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunları ilə bağlı keçirilmiş müşavirədə məlumat verib.
"Beləliklə, icmal büdcəsinin gəlirləri 115,7%, xərcləri isə 97% icra olunub. Son nəticədə büdcənin qalığı 7,343 milyard manat təşkil edib ki, bu da 1,864 milyard manatlıq proqnozdan təxminən 4 dəfə çoxdur.
Kəskin artım əsasən, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) gəlirlərinin hesabına təmin olunub və özündə iki istiqaməti ehtiva edir. Belə ki, neftin büdcə qiyməti 60 ABŞ dolları olduğu halda, faktiki qiymət orta hesabla 64-65 dollar təşkil edib.
Bundan başqa, Fondun vəsaitlərinin idarə edilməsindən əldə olunacaq gəlirlərin məbləği 1,4 milyard manat proqnozlaşdırılsa da, faktiki göstərici 3,5 milyard manat olub. Hesab edirəm ki, bütün bunlar Azərbaycanın maliyyə mövqeyinin daha da möhkəmlənməsi ilə bağlı ardıcıl aparılan siyasətin müsbət nəticələridir", - deyə nazir qeyd edib.
© "Report"
Müştərilərin xəbərləri
Davamlı inkişaf və yenidənqurma missiyası ilə "STV Engineering" şirkəti "Rebuild Karabakh" sərgisindədir ®
YAP-dan Türkiyənin hakim partiyasına sərt etiraz: “Azərbaycanın daxili işlərinə müdaxilə yolverilməzdir”
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün sonra
-
18 saat sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
-
13 saat sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
13 saat sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
6 d. əvvəl
Kapital Bankda əhalinin əmanətləri 1 milyard manat artıb - Depozitlər 10 milyard manatı keçib
- 8 d. əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Kapital Bankın biznes kreditləri portfeli istehlak kreditləri portfelindən daha sürətlə artıb
-
4 saat əvvəl
Azərbaycanda əhalinin borc yükü son illərin ən yüksək səviyyəsinə çatıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Kapital Bankda əhalinin əmanətləri 1 milyard manat artıb - Depozitlər 10 milyard manatı keçib
Azərbaycanda mənzil öz qiymətini kirayə ilə 23 ilə çıxarır
Mərkəzi Banka yeni səlahiyyət verilir
Ən çox oxunanlar
İnvestisiya şirkətlərinin xalis mənfəəti 60% artıb
Kapital Bankın biznes kreditləri portfeli istehlak kreditləri portfelindən daha sürətlə artıb

























