"Emal sənayesinin stimullaşdırılması məsələləri gündəlikdədir"
“Qeyri-neft ixracının uzunmüddətli strategiyası işlənməlidir və həm bu strategiya mövcud olan bazarlarla bağlı olmalıdır, perspektiv bazarlara çıxışla bağlı işlər aparılmalıdır”.
“Marja” xəbər verir ki, bunu yanvarın 13-də 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
Prezident sözlərinə belə davam edib:
“Ümumiyyətlə, biz indi bilirik ki, hər il əhali ən azı 100 min artır. Bunu biz uzunmüddətli proqnoz kimi götürərək daxili tələbatın həcmini də müəyyən etməliyik. Çünki biz əgər istehsalı, qeyri-neft istehsalını artırmasaq, gələcəkdə bizim qeyri-neft ixracımız daha da aşağı düşəcək, nəinki artacaq. Ona görə də burada emal sənayesinin stimullaşdırılması məsələləri gündəlikdədir. Ona görə İqtisadiyyat Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi ilə sıx əlaqədə olmalıdır. Çünki bizim əsas qeyri-neft ixracımız kənd təsərrüfatı mallarıdır. Bu barədə məlumat verin. Dövlət İnvestisiya Proqramı artıq təsdiqləndi və bunun əsas məqsədi iqtisadi artımı təmin etməkdir. Ancaq, eyni zamanda, dövlət hazırda əsas investor kimi fəaliyyət göstərir. Ancaq biz istəyirik ki, qeyri-neft sahəsində əsas investor özəl sektor olsun”.
Müşavirədə İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib:
“Biz 2020-ci ildə və növbəti illərdə Kənd Təsərrüfatı Nazirliyi və digər aidiyyəti qurumlarla birgə əlavə zəncir dəyərinin təmin edilməsi, yəni, emal sənayesinin dəstəklənməsi, o cümlədən Sahibkarlığa Kömək Milli Fondunun bank sektoru və assosiasiyalarla birlikdə çalışaraq bunu qarşımızda prioritet vəzifə kimi görürük. Bu, eyni zamanda, bizim qeyri-neft ixracımızın coğrafiyasının, həmçinin nomenklaturasının genişləndirilməsinə və daha dayanıqlı olmasına imkanlar yaradacaq.
Verdiyiniz suala gəldikdə, ilkin təhlillər onu göstərir ki, emal sənayesinin və ümumilikdə sərmayələrin cəlb edilməsinin yeni bazarları barədə danışarkən Azərbaycanda yaradılan siyasi makroiqtisadi sabitlikdən yararlanaraq həm əhalisi, həm də turist axını artan ölkə bazarımıza, həmçinin də digər bazarlara çıxış imkanları yaratmalıyıq. Bu, istər xarici, istərsə də yerli özəl sərmayəçilər üçün böyük əhəmiyyət kəsb edir. Sizin icazənizlə biz gələcəkdə həmin yeni bazarlara uyğun olan ticarət sazişləri – istər sərbəst ticarət sazişləri, istərsə də xüsusi rejimli ticarət sazişləri ilə bağlı təklifləri hazırlayırıq”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 21 saat sonra
-
- 27 d. əvvəl
-
40 d. əvvəl
Paşinyan Ermənistandan Azərbaycana ixracın başlayacağını bildirib
-
47 d. əvvəl
Azərbaycan daha 4 beynəlxalq şirkəti ƏDV məqsədləri üçün vergi uçotuna aldı - ADLARI
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bankın eyni gündə 2 yeni filial fəaliyyətə başladı - Filialların sayı 18 oldu
-
1 saat əvvəl
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
-
2 saat əvvəl
Metroda tarixi "ayrılıq" – Yaşıl və qırmızı xətlər 11 ay sonra müstəqil olacaqlar
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Azərbaycan daha 4 beynəlxalq şirkəti ƏDV məqsədləri üçün vergi uçotuna aldı - ADLARI
Expressbank eyni gündə 2 filial açıb
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
Ən çox oxunanlar
Hər 4 məcburi audit subyektindən biri auditdən yayınır
Azərbaycan Çin şirkətilə alüminium və metallurgiya sənayesində birgə layihələrin həyata keçirilməsini nəzərdən keçirib
Azərbaycan nefti cüzi ucuzlaşıb
Qızılın qiyməti son 2 ayın yeni maksimum səviyyəsində

























