“Azərbaycanda kredit faizi ilə depozit faizi arasındakı fərq yüksəkdir”
“Əgər Azərbaycanda kredit qoyuluşu ÜDM-in cəmi 20 faizini təşkil edirsə, dünya üzrə orta göstərici 130 faiz, Avropa və Mərkəzi Asiya üzrə 91 faiz və Azərbaycanın da daxil olduğu yuxarı orta gəlirli ölkələrdə 123 faizdir. Nəzərə alsaq ki, kredit qoyuluşlarından əlavə xaricdə həm də qiymətli kağızlar bazarından da sərmayə cəlb olunur, onda tam mənzərəni təsəvvür edə bilərik. Deməli, cənab Prezidentin vurğuladığı kimi Azərbaycanda kredit portfelinin böyüməsi və maliyyə dərinliyinin artması üçün geniş imkanlar var”.
“Marja” xəbər veri ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.
Mərkəzin icraçı direktoru sözlərinə belə davam edib: “Dünya Bankının məlumatına əsasən, Azərbaycanda spred (kredit faizi ilə depozit faizi arasındakı fərq) göstəricisi 2018-ci ildə 7,17 faiz olmuşdur, bu gün isə spred 4,65 faizdir, amma yenə də region ölkələri ilə müqayisədə yüksəkdir. Örnək olaraq, 2018-ci ildən spredin Belarusda 2.78 faiz, Gürcüstanda 2,29 faiz, Rusiyada 3,5 faiz və Moldovada 4,36 faiz olduğunu qeyd edə bilərik.
Azərbaycanda kredit faizlərinin aşağı salınması və daha sağlam kredit ekosisteminin qurulması məqsədilə qabaqcıl beynəlxalq təcrübədə tətbiq edilən üç vacib mexanizmdən istifadə olunmuşdur. Daşınar əmlakın yüklülüyünün dövlət reyestri yaradılmışdır ki, bu reyestr də daşınmaz əmlakı olmayan sahibkarların da dövriyyə vəsaitlərini girov qismində təqdim edərək kredit almasına imkan yaradır. Digər tərəfdən kredit zəmanəti mexanizminin yaradılması da riskləri azaldan və dünyada uğurla sınaqdan çıxmış mexanizmlərdir. Digər mexanizm isə kredit bürolarının yaradılmasıdır ki, müvafiq qurumun yaradılması ümumilikdə ölkədə kredit məlumatlarının mübadiləsi sisteminin inkişafına, şəffaf hesabatlılıq sisteminin qurulmasına və banklarda elektron xidmətlərin tətbiqinə imkan verir. Sadalanan hər üç mexanizmin funksionallığının daha da artırılması zəruridir. Məhkəmə-hüquq islahatları, o cümlədən məhkəmə qərarlarının icrası sahəsində görülən işlər də bankların risk antipatiyasını aşağı salır və bu da kreditin “maya dəyəri”nə azaldıcı təsir göstərir”.
Vüsal Qasımlı qeyd edib ki, ölkə bankların depozit bazasından asılılığı yüksək səviyyədədir:
“Bu asılılığın azaldılması və diversifikasiya kanallarının genişləndirilməsi istiqamətində tədbirlərin görülməsi zəruridir. Bankların cəlb etdikləri hər 100 manatın 70 manatdan çoxu depozitlərin payına düşmüşdür. Halbuki, 2016-cı ildə bu göstərici hər 100 manat üçün 57 manat civarında olmuşdur. Göründüyü kimi son 3 il ərzində depozitlərin bank resurslarında xüsusi çəkisi artmışdır. Bu vəziyyət bankların bir mənbədən – depozitlərdən yüksək asılılığını göstərir. Üstəlik 25 milyard manatlıq cəmi depozitlərin 55 faizi tələb olunanadəkdir. Hansı ki, bankların manatla verdiyi kreditlərin 83 faizi, xarici valyuta ilə verdiyi kreditlərin 76 faizi uzunmüddətlidir. Qısa pul cəlb edib, uzun pulları satanda müddət uyğunsuzluğu yaranır. İqtisadi artım tempi yüksəldikcə və bankalara inam artdıqca müddətli depozitlərin xüsusi çəkisi də çoxalacaq ki, bu da depozit və kredit müddətləri arasındakı fərqi azaldacaq.
Buna görə də bankların alternativ mənbələrdən – o cümlədən, xarici bazarlardan və Mərkəzi Bankın yenidənmaliyyələşmə resurslarından istifadəsinin genişlənməsi arzuolunandır. Müqayisə üçün deyək ki, Mərkəzi Bankın uçot dərəcəsi 7,25 faiz olduğu halda bankların əhalidən cəlb etdiyi əmanətlərin orta faiz dərəcəsi 9,3 faiz olmuşdur. Hazırda Mərkəzi Bankın yenidənmaliyyələşdirmə resurslarının ölkə üzrə kredit portfelində xüsusi çəkisi 5 faizdən azdır. Mərkəzi Bankın yenidənmaliyyələşdirmə resurslarına daha çox likvidlik çətinliyi yaşayan bankların ehtiyacı var. Likvidlik çatışmazlığı yaşayan banklarımızın xarici bazarlardan müəyyən zəmanət müqabilində aşağı faizlə (LİBOR 1,8 faiz, TİBOR 0,1 faiz, Euribor -0,4 faiz və s. nəzərə alınmaqla) vəsait cəlb etməsi də mümkündür”.
Vüsal Qasımlı vurğulayıb ki, kreditin “maya dəyəri”nə oturan digər maddə - əməliyyat xərcləridir: “Əməliyyat xərcləri dedikdə isə, işçilərin və filialların saxlanılması xərcləri, kredit qərarının verilməsi ilə bağlı xərclər (yaşayış, iş yerinə baxışın keçirilməsi, sənədləşmələr və s.) və s. nəzərdə tutulur. Banklarda maliyyə texnologiyaları və institutsional islahatlar tətbiq edilməklə əməliyyat xərcləri azaldıla bilər. Digər tərəfdən ölkənin informasiya təhlükəsizliyi maraqları nəzərə alınmaqla, beynəlxalq miqyasda tanınmış kredit bürolarının imkanlarından istifadə də nəzərdən keçirilə bilər.
Bir sözlə, bu gün bank sektorunda likvidlik izafi də olsa, qeyri-bərabər paylanıb və bahalıdır. Bank tənzimlənməsi daha çox bazar mexanizmini, rəqabət mühitini və beynəlxalq maliyyə bazarları ilə daha dərindən inteqrasiyasını əsas götürərək həyata keçirilməlidir.
Bir məsələni də qeyd etmək lazımdır ki, əgər kommersiya bankları Mərkəzi Bankın resurslarına 6 faizlə yatırım edirlərsə, deməli, biznesə də indikindən daha ucuz kredit verə bilərlər. Bunun üçün real sektorun da daha inandırıcı və əsaslandırılmış biznes-planları banklara təqdim etməsi vacibdir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
2 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 2 saat əvvəl
-
3 saat əvvəl
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
-
3 saat əvvəl
CityNet Best Managed Companies Azerbaijan 2026 mükafatına layiq görülüb
-
4 saat əvvəl
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı!
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
















.jpg)







