Tələbələr üçün Enerji Hakatonu baş tutub
® SOCAR AQŞ və Texas A&M Universitetinin birgə təşəbbüsü ilə Enerji Hakatonu keçirilib.
Dayanıqlı cəmiyyət, qlobal enerji problemlərinin həllinə həsr olunan layihə zamanı tələbələrdən ibarət komandalar yarışıb. 7-9 fevral tarixlərində Innoland İnkubasiya və Akselerasiya Mərkəzinin dəstəyi ilə keçirilən Enerji Hakatonunda iştirakçı komandalar spesifik enerji problemi ilə bağlı yaradıcı həllər və prototiplər irəli sürüb.
İlk mərhələdə ümumilikdə müraciət edən 50 -dən çox komanda arasından seçilmiş 10 komanda yarışıb. Seçilmiş komandalar Azərbaycan-Fransız Universiteti (UFAZ), Azərbaycan Diplomatik Akademiyası (ADA), Bakı Mühəndislik Universiteti, Bakı Ali Neft Məktəbi (BANM), Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Moskva Dövlət Universitetinin Bakı Filialı kimi ali məktəblərin 3 – 4-cü kurs və magistr tələbələrindən ibarət 4 nəfərlik qruplar olub. 10 iştirakçı komanda tərəfindən 48 saat ərzində təklif edilən ideyalar hakimlər kollegiyası tərəfindən qiymətləndirilib.
Hakimlər Kollegiyasında aşağıdakılar təmsil olunub.
Ramin İsayev- SOCAR AQS, Baş direktor,
Məmməd Kərim- Khazar Ventures, təsisçi,
Amid Quliyev- Baş proqramçı, mühəndis,
Riad Salayev- McKinsey & Company, konsultant,
Favad Quraişi – Equinor, ölkə meneceri
Şəms Mustafayeva- BMT-nin Əlaqələndirmə üzrə müşaviri
Niall Henderson – BP, vitse prezident
Azərbaycan-Fransız Universitetinin tələbələrindən ibarət (UFAZ) “Deep divers” komandası – “Duzun qızdırılmasından alınan enerjinin saxlanması”, Bakı Mühəndislik Universitetinin tələbələrindən ibarət “E- zone” komandası “2*2=5 Enerjinin səmərəli saxlanılmasında ağıllı texnologiyaların tətbiqi”, Moskva Dövlət Universitetinin Bakı Filialının tələbələrindən ibarət “Amirli” komandası isə “Su elektrik stansiyalarının modifikasiyası” layihəsi ilə yarışmanın qalibləri olublar.
Bu mərhələnin qalibi olan üç komanda 14-16 fevral tarixlərində Texas A&M Universitetinin təşkil etdiyi Planet üçün yarat 2020 (Invent for the Planet 2020) yarışmasının virtual mərhələsində iştirak edəcək.
Virtual yarışmanın qalibi olacaq bir komanda Planet üçün yarat 2020 (Invent for the Planet 2020) yarışmasının 30 mart-2 aprel tarixlərində ABŞ-ın Texas ştatında keçiriləcək final mərhələsində ölkəmizi təmsil etmək hüququ qazanacaqdır. Müsabiqədə iştirak ilə bağlı bütün xərclər SOCAR AQŞ tərəfindən qarşılanacaqdır.
Yarışmanın nəticəsi olaraq innovativ ideyalar daha sonra inkişaf etdirilə, ölkə sərhədlərini aşan beynəlxalq startup layihəsinə çevrilə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 4 saat sonra
-
10 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















