"Azərbaycan İnvestisiya Şirkəti" 2012-ci ildən investisiya qoyuluşu etməyib

2007-2015-ci illər ərzində "Azərbaycan İnvestisiya Şirkəti" ASC (AİŞ) 11 səhmdar cəmiyyətə səhmlər və paylar üzrə cəmi 88 mln. 614,9 min manat məbləğində vəsait qoyuluşları edib. Bu barədə Hesablama Palatasının 2016-cı il üzrə hesabatında deyilir.
Sənəddə qeyd olunub ki, təhlil ilə əhatə olunan dövrdə (2014-2015-ci illər) müvafiq sərəncamla müəyyən olunmuş dividendlərin, o cümlədən "Azərbaycan İnvestisiya Şirkəti"nə iştirak paylarına (səhmlərinə) görə səhmdar cəmiyyətlər tərəfindən ödənilən 12 mln. 69,7 min manat məbləğində dividendlərin də tam və ya qismən Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) ödənilməsi aparılmayıb.
Nizamnamə kapitalında "Azərbaycan İnvestisiya Şirkəti"nin iştirak payı olan yalnız 2 səhmdar cəmiyyət tərəfindən ("Səba" ASC üzrə 4 mln. 927,8 min manat məbləğində və "Holcim Azərbaycan" ASC üzrə 7 mln. 141,9 min manat məbləğində) dividendlər ödənilib, digər səhmdar cəmiyyətlər tərəfindən isə dividend ödənişləri aparılmayıb. "Səba" ASC-nin 2016-cı ilin 1 yanvar tarixi vəziyyətinə 622,2 min manat dividend borcu qalıb. Nəzarət tədbirinin nəticəsi olaraq bu qalığın 325 min manatının ödənilməsi təmin edilib.
Hesabatda həmçinin qeyd edilib ki, 2015-ci ilin 31 dekabr tarixinə 40 mln. 755,9 min manat məbləğində bölüşdürülməmiş mənfəət qalığının bölüşdürülməsi barədə Müşahidə Şurası tərəfindən qərar qəbul edilməyib, alınmış dividendlər və bölüşdürülməmiş mənfəət AİŞ-in sərbəst istifadəsində qalıb. Şirkətin səhmdar cəmiyyətlərə səhmlər və paylar üzrə son vəsait qoyuluşu 2012-ci ilin 24 may tarixində olub.
Ümumilikdə, sərəncamında kifayət qədər vəsaitin olmasına baxmayaraq Nizamnaməsinə uyğun olaraq şirkət əsas fəaliyyət istiqaməti üzrə 2012-ci ildən heç bir investisiya qoyuluşu etməyib. Məhz bu baxımdan AİŞ 2012-ci ildən öz vəsaitlərini daha çox rezident banklarda depozitlərə və istiqrazlara yerləşdirməyə üstünlük verib. Lakin banklarda yerləşdirilmiş depozit məbləğlərinin faiz dərəcələri və alınmış istiqrazlar üzrə gəlirlilik dərəcələri və müddətləri mövcud bazar prinsiplərinə uyğun olmayıb. Strukturunda maliyyə-iqtisadi təhlil, investorlarla əlaqələr, hüquq ekspertiza şöbələrinin olmasına (beynəlxalq məsləhətçilərin cəlb edilməsi daxil) baxmayaraq, investisiya yatırılmış bəzi səhmdar cəmiyyətlər üzrə nəticələrin iqtisadi əsaslandırmalara uyğun olmaması, səmərəsiz olması, iştirak paylarının (səhmlərinin) satışlarının zərərlə başa vurulması 8 illik fəaliyyəti nəticəsində pay qoyuluşları üzrə əldə olunan dividendlərin ARDNF-ə heç bir vəsaitin köçürülməməsi, vəsaitlərin mövcud bazar qiymətlərinə uyğun olmayan faizlərlə banklarda depozitlərə yerləşdirilməsi və digər məsələlər şirkətin fəaliyyəti istiqamətləri üzrə təhlil və monitorinq işlərində, sərbəst vəsaitlərin yerləşdirilməsində, investisiya paylarının (səhmlərinin) qiymətləndirilməsi və satışı sahəsində zəruri tədbirlərin görülməsini şərtləndirib.
Aparılan təhlillər göstərib ki, AİŞ-in iştirak payı olan "Xəzər Beynəlxalq İnvestisiya Şirkəti" QSC-nin təsisçilərinin nizamnamə kapitalına edilmiş son ödənişlərlə bağlı nizamnaməsinə müvafiq dəyişikliklərin edilməsi və elan edilmiş dividendin şirkətə ödənilməsi təmin edilməyib, maliyyə-təsərrüfat illərini zərərlə başa vurmuş cəmiyyətlərdə monitorinqlər keçirilməklə müvafiq təhlillər aparılıb. Nəzarət tədbirinin nəticəsi olaraq "Xəzər Beynəlxalq İnvestisiya Şirkəti" QSC-nin təsisçilərinin nizamnamə kapitalına edilmiş son ödənişlərlə bağlı QSC-nin nizamnaməsində müvafiq dəyişikliklər edilib, müvafiq qaydada dövlət qeydiyyatına alınıb və bununla əlaqədar 852,9 min manat məbləğində elan edilmiş (2015-2016-cı illərdə elan olunmuş dividendlər üzrə) dividendlərin 2016-cı ildə şirkətə ödənilməsi təmin edilib.
Bundan başqa, məlum olub ki, səhmdar cəmiyyətlərdə AİŞ-ə məxsus səhmlərin satışından sonra 2016-cı ilin 1 yanvar tarixi vəziyyətinə şirkətin 5 səhmdar cəmiyyətində 58,9 mln. manat məbləğində səhmlər və paylar üzrə vəsait qoyuluşları mövcuddur. Həmin cəmiyyətlərdən yalnız biri ("Səba" ASC) tərəfindən dividend ödənişi həyata keçirilir.
Hesablama Palatasının kollegiyası analitik təhlilin nəticələrini müzakirə edərək aşkar olunmuş nöqsanların aradan qaldırılması istiqamətində qanunvericiliyə uyğun zəruri tədbirlərin həyata keçirilməsi və görülmüş işlərə dair Hesablama Palatasına məlumatın təqdim edilməsi barədə qərar qəbul edib və həmin sənəd icra üçün AİŞ-ə göndərilib.
Şirkət tərəfindən təqdim edilən məlumata əsasən "Səba" ASC-nin 2016-cı ilin 1 yanvar tarixi vəziyyətinə olan 622,2 min manat dividend borc qalığının bir hissəsinin (325 min manat), "Xəzər Beynəlxalq İnvestisiya Şirkəti" QSC-nin təsisçilərinin nizamnamə kapitalına edilmiş son ödənişlərlə bağlı QSC-nin nizamnaməsində müvafiq dəyişikliklər olunmasının, müvafiq qaydada dövlət qeydiyyatına alınıb və bununla əlaqədar 852,9 min manat məbləğində elan edilmiş (2015-2016-cı illərdə elan olunmuş dividendlər üzrə) dividendlərin 2016-cı ildə ödənilməsinin təmin olunması ilə bağlı AİŞ tərəfindən Hesablama Palatasına məlumat verilib. Bildirilib ki, depozitə yerləşdirilmiş və vaxtında qaytarılmayan 6095 min manat məbləğində (əsas borc və faiz borcu) vəsaitin qaytarılması üzrə tədbirlər görülür.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"Azərbaycanla münasibətlərdə problemlər var, lakin hər şey öz yerini tapacaq"
- 7 saat əvvəl
-
7 saat əvvəl
Avqustda dövlət qurumlarını hədəfləyən iki saxta domen bloklanıb
- 7 saat əvvəl
-
8 saat əvvəl
Bakı Fond Birjası 7 aylıq ticarət dövriyyəsini açıqladı - REPO-NUN HESABINA 50 FAİZƏ YAXIN ARTIM
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər

Anthropic-in dəyəri 183 milyard dollara çatıb

Tesla-nın Avropadakı satışları getdikcə azalır

“Qırmızıya qarış!” - “Baku Electronics”də 70%-dək ENDİRİM

Tramp yaxın günlərdə Putinlə telefonla danışacaq

Mərkəzi Bank yeni rəqəmsal platformalar istifadəyə verdi

Xalq Bank və “UPT”dən yeni kampaniya

Bakı Fond Birjası 7 aylıq ticarət dövriyyəsini açıqladı - REPO-NUN HESABINA 50 FAİZƏ YAXIN ARTIM
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı - 5 şirkətin dövriyyəsi 50 milyard manatı aşıb
.jpg)
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb

Bəzi yerlərdə leysan olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Azərbaycan və Asiya İnkişaf Bankı müzakirələr aparıb

Azərbaycan ada dövlətdə səfirlik təsis edəcək

Türkiyədə illik inflyasiya avqustda 33 faizə yaxın olub
