Qəbələ İslam Turizm Paytaxtı elan edilib
Azərbaycanın dünyada əsas turizm şəhərlərindən biri kimi tanınan Qəbələ 2020-ci il üçün İslam Turizm Paytaxtı elan edilib.
Bu qərar İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi, Azərbaycan Respublikası və İƏT-in institutları ilə birgə elan edilib.
İslam Turizmi Paytaxtı hər il İƏT üzv dövlətlərlə məsləhətləşmələr nəticəsində seçilir.
Məlumata görə, İƏT Azərbaycan Respublikası ilə koordinasiyalı şəkildə turizmin, mədəniyyətin inkişaf etdirməsini əhatə edən hərtərəfli proqramın inkişafını davam etdirir. Belə ki, 2020-ci il Qəbələ üçün çox vacib il olacaq, şəhər İƏT ölkələrinin Turizm üzrə Nazirlər Şurasının 11-ci iclasına ev sahibliyi edəcək.
Avropa Azərbaycan Məktəbinin təsisçisi Tale Heydərov bildirib ki, Qəbələnin 2020-ci il üçün İslam Turizm Paytaxtı elan edilməsi şəhər üçün böyük şərəfdir: “İƏT dünyanın 57 ölkəsini,1,8 mlrd əhalini birləşdirən güclü səsdir, tribunadır. Şəhərin İslam Turizm paytaxtı elan edilməsi Qəbələnin turizmini və yerli iqtisadiyyatını inkişaf etdirəcək”.
T.Heydərov əlavə edib ki, Azərbaycan dünyada qədim tarixi, heyrətamiz mədəniyyəti, adət-ənənəli ilə tanınır, lakin Bakı ilə yanaşı, regionlar da kəşf edilməlidir: “Yalnız İslam dünyasını deyil, həmçinin bütün turistləri bu heyrətamiz şəhəri kəşf etməyə çağırıram. Qəbələ şəhəri hər mövsüm və hər yaşda olan turistlər üçün maraqlı fəaliyyət növləri təqdim edir. Bu şəhərdə hər il Qəbələ Beynəlxalq Musiqi Festivalı təşkil edilir. Bütün Cənubi Qafqazda ən böyük xizək kompleksi olan Tufandağ Xizək Kompleksi Qəbələdə yerləşir”.
Qeyd edək ki, Qəbələ turistlərin Azərbaycanda ən çox üz tutduğu 4 regionun içərisində ilk sırada yer alıb. Turistlərin Azərbaycanda ən çox getdiyi 4 rayon – Qəbələ, Quba, Şəki və Qusardır.
Xatırladaq ki, bu ilin yanvar ayında Azərbaycana səfər etmiş xarici vətəndaşların sayı 2019-cu ilin yanvar ayı ilə müqayisədə 35 min və ya 18,1% artaraq 226 min nəfərə çatıb. Ən böyük artım həm də ən çox səyahətçilərin gəldiyi Rusiya və Gürcüstandan müşahidə olunub. Belə ki, Rusiyadan gələnlərin sayı 12 min və ya 20,5% artaraq 68 min, Gürcüstandan gələnlərin sayı isə 8 min və ya 14,6% artaraq 64 min olub.
Həm Yaxın Şərqdən, həm də Türkiyədən müvafiq olaraq 20,8% və 12,1% artımla hər birindən 24 min qonaq gəlib. Yaxın Şərq ölkələri arasında ən çox artım Səudiyyə Ərəbistanı (321,5% və ya 5 min artım) və Küveytdən (73,7% və ya 1,7 min artım) gələnlərin sayında müşahidə olunub.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
4 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
2 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 2 gün sonra
-
6 saat əvvəl
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
-
6 saat əvvəl
Rusiya Mərkəzi Bankı faizləri endirmədi – İnflyasiya yenidən sürətlənir
-
6 saat əvvəl
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
-
6 saat əvvəl
Tramp Zelenskiyə çağırış etdi: Artıq Rusiya ilə razılaşmağın vaxtıdır
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
-
8 saat əvvəl
Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
Ən çox oxunanlar
Qızılın unsiyasının qiyməti 4000 dollardan da aşağı düşdü
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
Böyük şirkət istismara yararsız texnikalarını satır – 1 tonunun qiyməti 1 200 manatdan başlayır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kristal Bakı”da növbədənkənar yığıncaq keçirilib
Türkiyədə Orta Dəhlizi gücləndirəcək dəmir yolu xəttinin tikintisinə 250 mln. dollar ayrılıb
Azərbaycana soğan idxalı artıb – 15 057 ton























