HTech Invest – yerli istehsaldan ixracata doğru - FOTO
(®) Mingəçevir yüksək texnologiyalar parkının rezidenti olan HTech Invest, dünyanın aparıcı İT avadanlıq istehsalçılarından biri olan ACER-in dəstəyi ilə 2016-cı ildən etibarən Azərbaycanda stolüstü kompüter, nettop və monoblokların istehsalını həyata keçirir.
Şirkət başlıca və mühüm vəzifələrindən biri kimi böyüməkdə olan bazarın tələbatını təkcə kəmiyyət baxımından ödəməkdə deyil, həmçinin "Made in Azerbaijan" adı altında yüksək keyfiyyətli məhsul istehsal etməkdə və həmin məhsulların xarici ölkələrə satışını və ixracını gerçəkləşdirməkdə görür.
2017-ci ilin dekabr ayında 23-cü beynəlxalq “Bakutel” sərgisində şirkətin məhsulları ilə tanış olan Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev və birinci vitse-prezidenti Mehriban Əliyeva HTech Investin ilk nailiyyətlərini təqdirə layiq dəyərləndirmiş və istehsalatın gələcək inkişafı və genişlənməsi üçün müvafiq tövsiyələrini vermişlər.
HTech Invest şirkətinin kommersiya direktoru Lətif Məhərrəmovun bildirdiyinə görə, 2019-cu ili şirkət üçün uğurlu il saymaq olar. Belə ki, il ərzində 10.000 ədəd ACER kompüteri istehsal olunaraq realizə edilmişdir. Bu günə kimi şirkətin istehsal etdiyi məhsullar yüz minlərlə ABŞ dolları məbləğində Özbəkistan, Tacikistan və Qırğızıstana ixrac edilib. Hal-hazırda isə, Tacikistan, Özbəkistan və Gürcüstandan daha 1000 ədəd kompüterə sifarişlər alınıb.
HTech İnvestdə 40 nəfərə yaxın əməkdaş çalışır ki, onların da böyük əksəriyyəti Mingəçevir şəhərinin yerli sakinləridir. Şirkət bölgənin böyük vergi ödəyicisidir. 2019-cu ildə şirkət ölkə büdcəsinə 1.3 milyon manatdan çox maliyyə vəsaiti ödəmişdir. Bu uğurlu fəaliyyətin nəticəsi kimi, L.Məhərrəmov başda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi olmaqla bütün tərəfdaşlara və sifarişçilərə minnətdarlıq bildirərək demişdir: “Cari ildə biz artıq 4 dəfə zavodun məhsullarını ixrac etmişik, bu isə, Azərbaycanın IT məhsulların etibarlı istehsalçısı kimi artan nüfuzunun bariz göstəricisidir. Yaxın gələcək üçün bizim əsas hədəfimiz IT məhsullarının ixracını milyonlarla ABŞ dolları məbləğinə artırmaqdır”.
29 fevral 2020-ci il tarixində "Buta Palace" da biznes sahəsində milli “Azeri Business Award” mükafatının təqdimat mərasimi keçirilib. Həmin tədbirdə 2019-cu ilin nəticələrinə görə, HTech Invest “İlin IT şirkəti” nominasiyasında “Azeri Business Award” mükafatı ilə təltif edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 4 saat sonra
-
10 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır




















