İrşad Electronics müştərilərinin kredit ödəmələrinə fasilə verdi
“Sağlıq hər şeydən vacibdir” – deyən İrşad Electronics müştərilərinə qarşıdakı aprel ayını evdə rahat qalmaq üçün şərait yaradıb.
İrşad Electronics müştərilərinin aprel ayı üzrə kreditlərini növbəti aya ertələyib.
Bu barədə şirkətin rəsmi facebook səhifəsində məlumat yayılıb: “Covid-19 virusu ilə əlaqədar olaraq sizlərə dəstək olmaq adına Aprel ayı üçün aylıq ödənişlərə 1 AYLIQ FASİLƏ verilməsini qərara aldıq”.
Bu müddətdə İrşad Electronics müştəriləri evdə rahat oturub, özlərinin və əzizlərinin sağlamlığının qayğısına qala biləcəklər. May ayından başlayaraq, İrşad Electronics-ə olan kreditlərin aybaay ödənməsi davam edəcək.
İrşad Electronics koronavirus zəncirini qırmaq, onu yaymamaq və özlərinin də yoluxmamağı üçün müştərilərinə evdən çıxmamağı tövsiyə edir.
Əməkdaşlarının da karantin qaydalarına riayət etməsini və mağazalara insan axınının qarşısını almaq istəyən şirkət martın 28-dən etibarən bütün mağazalarının fəaliyyətini müvəqqəti dayandırıb. Bu müddətdə yalnız onlayn sifarişlər üzrə nağd və taksitli alışlar həyata keçiriləcək. Müştərilərə məhsulların çatdırılması yüksək dezinfeksiya tələblərinə uyğun olaraq təşkil ediləcək.
İrşad Electronics ölkə üzrə 30-dan artıq mağazaya malik mobil telefon, elektrotexnika və məişət avadanlıqları satışı şəbəkəsidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 4 saat sonra
-
10 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
























